Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1753/2022 23.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindəki qeyriyaşayış binasının qanunsuz inşa olunmuş tikililəri barədə məlumatlar daxil olmaqla mövcud vəziyyətin tam olaraq texniki pasportda göstərilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti 161A ünvanda yerləşən 110.3 kv.m torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış binasının qanunsuz inşa olunmuş 2-6-cı mərtəbələri və mansarı barədə məlumatlar daxil olmaqla mövcud vəziyyətin tam olaraq texniki pasportda göstərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2-1(83)-40/2015 nömrəli qərarına əsasən iddiaçıya məxsus Gəncə şəhəri, H.Əliyev prospekti, 161A ünvanda yerləşən 110,30 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 91.7 kv.m qeyri-yaşayış sahəsi ünvan 3 ünvanı adı altında inşa edilməkdə olan binanın ("Biznes Mərkəzi” nin) tikintisi altına düşdüyünə görə, xx.xx.2011-ci il tarixli protokol üzrə öhdəliyinə əsasən həmin binanın Gəncə şəhəri, H. Əliyev prospekti, 161A ünvanında yerləşən hissəsində ona məxsus torpağa və üzərindəki əmlaka mülkiyyət hüquqları saxlanılmaqla, binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ona verilməsi təmin edilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə qərarı icra olunaraq ünvan 5 ünvanda yerləşən hissəsində, birinci mərtəbədə və zirzəmidə təsdiq olunmuş layihəyə uyğun müvafiq ölçülərdə qeyriyaşayış sahəsi ayrılaraq tikilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də iki ildən artıq müddətdir ki, torpaq sahəsi və üzərindəki daşınmaz əmlakın qanuna müvafiq qeydiyyata alınması təmin edilmir. Qanunun tələbinə əsasən torpaq sahəsi, üzərində yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalıdır. Cavabdehə müraciət edərək mülkiyyət hüquqlarının qeydiyyata alınarkən mükiyyətində olan 110.3 kv.m torpaq sahəsinin üzərində inşa edilən altımərtəbəli binanın mövcud vəziyyətinin və həmin binanın qanunsuz tikilmiş beş mərtəbəsi və mansarı barədə məlumatların qanunun tələbinə uyğun olaraq daşınmaz əmlakın texniki pasportunda göstərilməsini xahiş etmiş, lakin bundan imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin binanın bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyinə görə bütövlükdə binanın texniki pasportunu tələb edir. Texniki pasportu tələb etməkdə məqsədi binanın bütövlükdə mülkiyyətinə keçirmək və yaxud qeyri-qanuni tikilinin sökülməsi barədə iddia qaldımaqdır. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, etiraz məktubuna uyğun izahat verərərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 ci il tarixli, 8-1(102)-10/2021 nömrəli Qərarı təmsil etdiyi qurum tərəfindən icra olunaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161 A ünvanda yerləşən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Lakin iddiaçı sənədləri götürməkdən imtina edərək texniki pasportda ona məxsus tikilinin üzərində yerləşən, mərtəbələr üzrə tikililərin qanunsuz tikili kimi ştrixlənərək göstərilməsini tələb etmişdir. İddiaçıya məxsus daşınmaz əmlak obyekti üzərində inşa edilmiş yeddimərtəbəli qeyri-yaşayış binasının başqa subyektə məxsus olmasını və həmin bina ilə bağlı məhkəmə mübahisənin olmasını nəzərə alaraq texniki pasportda həmin tikililərin göstərilməsi mümkün olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş:- -********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 161 A ünvanında 0,01103 hektar torpaq sahəsi üzərində yerləşən qeyri yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışdan görünür ki, ünvan 7 ünvanında 0,07338 hektar torpaq sahəsi üzərində yerləşən altımərtəbəli qeyri-yaşayış binası üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8-1(102)-10/2021 nömrəli Qərarı 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi qaydada göndərilmişdir. Həmin qərar icra olunaraq Gəncə şəhəri H.Əliyev prospekti, 161 A ünvanında yerləşən qeyri-yaşayış binasının (Biznes Mərkəzinin) birinci mərtəbəsindəki qeyri-yaşayış binası zirzəmisi ilə birlikdə və 0.01103 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ vahid daşınmaz əmlak obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 10 nömrəli qərarının 2.6.1-ci bəndinə görə fiziki şəxslər texniki pasport əldə etmək üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim etməlidir. Qeyd olunan sənəd təqdim etmədiyi halda 3.2.1-ci bəndə əsasən texniki pasportun verilməsindən imtina olunur. Qeyd olunanlar onu deməyə əsas verir ki, istənilən əmlakla bağlı texniki pasport əldə etmək üçün həmin əmlakın texniki pasport tələb edən şəxsin mülkiyyətində olması əsas şərtdir. İddiaçının texniki pasport tələb etdiyi əmlak isə onun mülkiyyətində deyil, eyni zamanda çoxmərtəbəli binanın iddiaçıya aid hissəsinə dair cavabdeh tərəfindən texniki pasport tərtib edilsə də iddiaçı götüməkdən imtina etmişdir. Digər tərəfdən iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi niyyəti (binanı bütövlükdə mülkiyyətinə keçirmək və yaxud qeyri-qanuni tikilinin sökülməsi barədə iddia qaldımaq) onun qeyd olunan texniki pasportu tələb etməklə bağlı subyektiv hüququnun olmadığını deməyə əsas verir. Həmçinin qeyd olunur ki, həmin binanın qismən qanunsuz (layihəyə uyğun olmayan) tikilmiş hissəsinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "xxxx" MMC-yə qarşı iddiası hazırda məhkəmənin icraatındadır. Belə olduğu təqdirdə cavabdeh qurumun hazırki vəziyyətdə ümumiyyətlə binanın texniki pasportunu hazırlamasının hüquqi məntiqi yoxdur. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddiaçının Gəncə şəhəri H.Əliyev prospekti, 161 A ünvanında yerləşən çoxmərtəbəli binanın texniki pasportunu tələb etməklə bağlı subyektiv hüququ yoxdur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin və üzərindəki qeyri-yaşayış binasının texniki pasportunda qanunsuz tikililərin göstərilməməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindəki qeyriyaşayış binasının qanunsuz inşa olunmuş tikililəri barədə məlumatlar daxil olmaqla mövcud vəziyyətin tam olaraq texniki pasportda göstərilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1753/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1753/2022
23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver