Məhkəmə qərarları › İş №2-1(114)-1756/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1756/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1756/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Gəncə şəhər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Gəncə şəhər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona İİ dərəcə əlilliyə görə ödənilməmiş 10 ay 10 günlük məbləğin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2010-cu il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Ona təyin olunmuş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə başa çatırdı. Həmin vaxtdan o, əlilliyin təkrar təyin olunması üçün Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin onun sənədlərini bir neçə ay gecikdirərək əlilliyin təyin olunması mərkəzinə göndərdilər. Bu cür münasibət tək ona qarşı edilmirdi. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində yüzlərlə, bəlkə də daha çox sənədlər yığılıb qalmışdı. Hamıya da onlayn sistemin işləməməsi barədə cavab verirdilər. Yəqin ki, bu münasibət bu gün də davam edir. Birinci dəfə ona əsassız olaraq imtina cavabı verdilər. İkinci dəfə yenidən sənədləri toplayaraq müraciət etmişdir. Eyni zamanda Bakı şəhərində əlilliyin təsdiq olunması mərkəzində olmuşdur. Xəstəliyi keçirdiyi haqqında videogörüntüləri təqdim etmişdir. Onun sənədlərini yenə də yerli Tibbİ-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir neçə ay onlayn sistemin “işləməməsi” bəhanəsi ilə gecikdirdilər. Nəhayət xx.xx.2021-ci il tarixdən İİ dərəcə olmaqla əlilliyi bərpa olundu. Lakin əlilliyə görə pensiyanın ödənişi də həmin tarixdən ödənilir. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün pensiyanı ödəmədilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X4-Daşkəsən filialı və Gəncə şəhər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxslərinin günahı üzündən ona verilməyən 10 ay 10 günlük İİ dərəcə əlilliyə görə pensiyasının ödənilməsi üçün qərar çıxarılmasını xahiş edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 avqust 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçıya cavabdehin düzgün cavabdehlə əvəz edilməsini təklif etsə də iddiaçı cavabdehi əvəz etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin 06.01 201 Q-cu il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən əlilliyi xx.xx.2021-ci il tarixindən İİ dərəcə olmaqla bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1 -ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əillik müddəti bitdiyi tarixdən 6 aydan çox (10 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün iddiaçıya ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu, yəni iddianın düzgün cavabdehə qarşı verildiyi müəyyən olunmur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrindən biridir. 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifələrindən biridir. Tibbi-Sosial Ekspertiza və X1 altsistemi proqram təminatına əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixindən İİ dərəcə olmaqla bərpa olunduğu üçün, ona əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən bərpa edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ pozulmamışdır. Həmçinin məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi təklif olunsa da, iddiaçı işə hazırki iddia tələbi üzrə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Gəncə şəhər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs Gəncə şəhər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti) qarşı pensiya fərqinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar