Məhkəmə qərarları › İş №2-1(114)-1756/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1756/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1756/2025 24.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Göygöl bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayonu Göygöl bələdiyyəsinin 09 yanvar 2012-ci il tarixli, 02 saylı iclas qərarından çıxarışa əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2012-ci il tarixində Göygöl rayon torpaq şöbəsində 255 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Göygöl bələdiyyəsinin mülkiyyətinə aid olan fərdi mənzil tikintisi məqsədi ilə alqı-satqı yolu ilə satışa çıxarılan 32x600=19200 kv.m və ya 32,0,06=1,92 hektar torpaq sahəsi Göygöl bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetii olmaqla uqodiyası KPİ İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir. Alqısalqı yolu ilə satışa çıxarılan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məııləqələrinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Həmin yer başqa hüquqi və fifiziki şəxslərinmülkiyyətinə verilməmişdir. Elektrik,rabitə,nəqliyyat, qaz,su kanalizasiya və digər kommunkasiya xətlərinin müühafizə zolağına və sürüşmə zonasında yerləşmir. xx.xx.2012-ci il tarixli 112 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Göygöl bələdiyyəsinin hesabına 840 manat məbləğində ödəniş edilmişdir. İddiaçı Göygöl şəhərində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-ci il tarixli 3-21-3-33/2-6948/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin xəritə materiallarına əsasən faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan əraziyə düşdüyü, həmçinin, Yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü aşkar edilmişdir. Təqdim edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarından çıxarış Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, ərizənizə əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 255 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl bələdiyyəsi ilə onun arasında bağlanan torpaq sahəsinin alqısatqısına dair xx.xx.2012-ci il tarixli, 255 nömrəli aktı ilə müəyyən edilmiş Göygöl şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşmmaz əmlakı dövlət reysterində qeydə alınması, çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtinanın əsasları təkrarlanmışdır. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsi, Göygöl rayonu aqrar sənaye kombinatının ərazisində aparılmış torpaq islahatına dir tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsində və Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planında, bələdiyyə mülkiyyətində olan, ehtiyyat fond torpalan kateqoriyasına aid (Torpaq məcəlləsinin 47-ci maddəsinin 5-ci bəndinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanununun 7.1.1-ci bəndinə əsasən yaşayış məntəqələrinin perespektiv inkişafı üçün cəlb olunan torpaqlar) torpaq sahəsi olaraq göstərilmişdir. Həmin 575.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən xüsusi mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı torpaq sahəsidir. Həmin 575.0 kv.m torpaq sahəsi üzərində tikili aşkarlanmamışdır. 2.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarına istinadən **********00 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 575.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmin 575.0 kv.m torpaq sahəsinin 556.0 kv.m hissəsi. Elektron kadastr sistemi məlumatlarına istinadən, kadastr nömrəsi **********1166 olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. 3.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsi, Elektron kadastr sistemi məlumatlarına istinadən, elektrik xəttinin qorunma zolağına, qaz kəmərinin mühafizə zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmamışdır. 4.İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarına istinadən **********00 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 575.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmin 575.0 kv.m torpaq sahəsinin 556.0 kv.m hissəsi. Elektron kadastr sistemi məlumatlarına istinadən, kadastr nömrəsi **********1166 olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. 5.İddiaçı naturada təqdim etdiyi 575.0 kv.m torpaq sahəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları, rəyə əlavə edilmiş cizgi planında əks olunmuşdur. 6.İddiaçı naturada təqdim etdiyi 575.0 kv.m torpaq sahəsi üzərində tikili aşkarlanmamışdır. 7.Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsinin satıldığı zaman. Göygöl rayonu aqrar sənaye kombinatının ərazisində aparılmış torpaq islahatına dir tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinə istinadən, bələdiyyə mülkiyyətində olan, ehtiyyat fond torpaları kateqoriyasına aid (Torpaq məcəlləsinin 47-ci maddəsinin 5-ci bəndinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanununun 7.1.1-ci bəndinə əsasən yaşayış məntəqələrinin perespektiv inkişafı üçün cəlb olunan torpaqlar) torpaq sahəsi müəyyən edilməmişdir. 8.Göygöl bələdiyyəsinin yerquruluşu planından (miqyas 1:10 000) çıxarışda şərti göstərilən sahənin koordinatları (X və Y) olmaması səbəbindən, sualın cavablandırılması mümkün deyildir. 9.Rəy hazırlanarkən, Elektron kadastr sistemi məlumatlarına. Göygöl rayonu aqrar sənaye kombinatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli kompleks yerquruluşu layihəsinə, Göygöl şəhəri Göygöl bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırıİmasına dair 2009-cu il tarixli yerquruluşu planına və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Hİ8 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına əsaslanılmışdır. İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək torpaq sahəsinin plan və ölçüsü sənədinin (A№ 401447 nömrəli ) hüdudlari daxilində yerləşən 556,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Göygöl bələdiyyəsinin 09 yanvar 2012-ci il tarixli, 02 saylı iclas qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsindən iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə, təqdim edilmiş Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarından çıxarış Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, həmçinin, xx.xx.2012-ci il tarixli, 255 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla kəndin perespektiv inkişafı fonduna aid,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsi Elektron kadastr sistemi məlumatlarına istinadən **********00 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Göygöl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 575.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmçinin cavabdeh orqan tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində ünvanlanmış mütəxəssis rəyinə əlavəyə əsasən iddiaçı X3 naturada təqdim etdiyi faktiki istifadəsində olan 575.0 kv.m torpaq sahəsinin 556.0 kv.m hissəsi, Göygöl rayon Göygöl bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 02 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün X3 adına tərtib edilmiş A-401447 nömrəli (**********1166) torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 556.0 hissəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Həmin 575.0 kv.m torpaq sahəsinin 556.0 kv.m hissəsi Elektron kadastr sistemi məlumatlarına istinadən, kadastr nömrəsi **********1166 olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək torpaq sahəsinin plan və ölçüsü sənədinin (A№ 401447 nömrəli ) hüdudlari daxilində yerləşən 556,0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş Elektron kadastr sistemi məlumatlarına istinadən, kadastr nömrəsi **********1166 olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, kadastr nömrəsi **********1166 olan torpaq sahəsi iddiaçının adına tərtib olunmuş A№401447 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinin kadastr nömrəsidir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Torpaq sahəsinin plan və ölçüsü sənədinin (A№ 401447 nömrəli ) hüdudları daxilində yerləşən 556,0 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun tanınması öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar