Məhkəmə qərarları › İş №2-1(114)-1757/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1757/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1757/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşıiddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək,Cavabdeh xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamının qismən ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə Tovuz rayon Ceyrançöl qış otlaq ərazisində yerləşən Dövlət ehtiyat fond torpağından 197 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya öz mülkiyyətində olduğu halda icarəyə verilmişdir. Belə ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 000659 nömrəli Dövlət aktına əsasən Gədəbəy rayon X3 tərəfindən xx.xx.1995-ci il tarixli 17 saylı qərarı ilə təsərrüfatlararası heyvandarlıq Sənaye birliyinin Ceyrançöldə olan ərazisində cizgidə göstərilən sərhəd daxilində 57.0 ha torpaq sahəsi Ağamalı kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. Həmçinin “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 004092 nömrəli Dövlət aktına əsasən xx.xx.1994-cü il tarixli, 55 nömrəli qərarla Gədəbəy rayon X4 tərəfindən Ceyrançöl təsərrüfatlararası yemçilik birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 110.0 ha torpaq sahəsi Ceyrançöl kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, 167 ha torpaq sahəsi onun mülkiyyətində olduğu halda ona icarəyə verilə bilməzdi. Çünki ona icarəyə verilmiş 197 ha torpaq sahəsinin 167 ha torpaq sahəsi onun şəxsi mülkiyyətindədir, 30 ha torpaq sahəsi isə icarəsinə verilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin sərəncam qismən ləğv edilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının Cavabdehnə qarşı Cavabdeh xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi barədə iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahələri ona daimi istifadə hüququna dair Dövlət aktı əsasında verilməsinə baxmayaraq Cavabdeh mübahisələndirilən sərəncamla yenidən ona icarəyə vermişdir, buna görə də o, həmin sahəni mülkiyyətinə keçirə bilmir. İddiaçının vəkili X1 iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 004092 nömrəli Dövlət aktının surətindən görünür ki, xx.xx.1994-cü il tarixli, 55 nömrəli qərarla Gədəbəy rayon X4 tərəfindən Ceyrançöl təsərrüfatlararası yemçilik birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 110.0 ha torpaq sahəsi “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. -“Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 000659 nömrəli Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon X3 tərəfindən xx.xx.1995-ci il tarixli 17 saylı qərarı ilə təsərrüfatlararası heyvandarlıq Sənaye birliyinin Ceyrançöldə olan ərazisindən cizgidə göstərilən sərhəd daxilində 57.0 ha torpaq sahəsi “Ağamalı” kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. -Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamından görünür ki, Ceyrançöl qış otlağının 38h saylı sahəsindən 119.0 ha, 40h saylı sahəsindən 78.0 ha olmaqla cəmi 197.0 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi və onunla bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı əsasında 197.0 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. -Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 05/696 nömrəli məktubundan görünür ki, Ceyrançöl qış otlaq sahəsindən İddiaçı Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə verilmiş 197.0 ha torpaq sahəsi “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının torpaq sahəsində yerləşir. -“Ceyrançöl” kəndli (fermer) təsərrüfatının xx.xx.1995-ci il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, “Ceyrançöl” kəndli (fermer) təsərrüfatına başçılıq vəzifəsi həmin təsərrüfatın üzvü olan İddiaçı həvalə edilmişdir. -“Ağamalı” kəndli (fermer) təsərrüfatının xx.xx.2002-ci il tarixli 06 nömrəli iclas protokolundan görünür ki, “Ağamalı” kəndli (fermer) təsərrüfatının rəhbərliyi İddiaçı həvalə edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 000659 nömrəli Dövlət aktına əsasən Gədəbəy rayon X3 tərəfindən xx.xx.1995-ci il tarixli 17 saylı qərarı ilə təsərrüfatlararası heyvandarlıq Sənaye birliyinin Ceyrançöldə olan ərazisində cizgidə göstərilən sərhəd daxilində 57.0 ha torpaq sahəsi Ağamalı kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. Həmçinin “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 004092 nömrəli Dövlət aktına əsasən xx.xx.1994-cü il tarixli, 55 nömrəli qərarla Gədəbəy rayon X4 tərəfindən Ceyrançöl təsərrüfatlararası yemçilik birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 110.0 ha torpaq sahəsi Ceyrançöl kəndli (fermer) təsərrüfatının istifadəsinə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının xx.xx.1995-ci il tarixli 03 nömrəli iclas protokolu ilə “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının, “Ağamalı” kəndli (fermer) təsərrüfatının xx.xx.2002-ci il tarixli 06 nömrəli iclas protokolu ilə “Ağamalı” kəndli (fermer) təsərrüfatının rəhbərliyi İddiaçı həvalə edilmişdir. Bundan sonra Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə Ceyrançöl qış otlağının 38h saylı sahəsindən 119.0 ha, 40h saylı sahəsindən 78.0 ha olmaqla cəmi 197.0 ha torpaq sahəsinin İddiaçı icarəyə verilməsi qərara alınmış və onunla bağlanmış icarə müqaviləsi təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ceyrançöl qış otlaq sahəsindən İddiaçı Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə icarəyə verilmiş 197.0 ha torpaq sahəsi “Ceyrançöl” kəndli (fermer) təsərrüfatının torpaq sahəsində yerləşir. İşin faktiki hallarından da göründüyü kimi “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair” B 000659 nömrəli və B 004092 nömrəli Dövlət aktları ilə iddiaçının rəhbərlik etdiyi “Ceyrançöl” və “Ağamalı” kəndli (fermer) təsərrüfatlarının istifadəsinə və sahibliyinə verilmiş 167.0 ha torpaq sahəsi Cavabdeh başçısının xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmişdir. Halbuki qeyd olunan torpaq sahəsi artıq onun rəhbəri olduğu müəssisələrin qanuni istifadəsində olmuşdur. Deməli Cavabdeh başçısının İddiaçı 197.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı 167 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində qanunsuz olmuşdur. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanununun:- -65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. -65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.2-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Yuxarıda sadalanan maddələrin tələbləri baxımından mübahisələndirilən Cavabdeh başçısının İddiaçı 197.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı 167 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində “İnzibati icraat haqqında” Qanunun tələbi baxımından etibarsızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -36.1-ci maddəsinə əsasənmüəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh başçısının İddiaçı 197.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı 167 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində etibarsız sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 36, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh başçısının İddiaçı 197.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx xxxxx 2014-cü il tarixli 66 nömrəli sərəncamı 167 ha torpaq sahəsinin icarəyə verilməsi hissəsində etibarsız sayılsın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar