Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1759/2022 26.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Gəncə şəhər Qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Gəncə şəhər Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək X7 barəsində Masallı RİHB-nin Musaküçə ərazi nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə 38 nömrə ilə aparılmış doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək, Cavabdeh əsl cavabdeh Gəncə şəhər Qeydiyyat şöbəsi ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X4 hazırda 2 ədəd doğum haqqında şəhadətnaməsi mövcuddur. İlkin doğum haqqında şəhadətnamə Masallı RİHBnin Musakücə ərazi nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydə alınmış, ikinci doğum haqqında şəhadətnamə isə Rusiya Federasiyası Sankt-Peterburq vilayəti Malyutka VVAQ şöbəsi tərəfindən 14 avqust 2007-ci il tarixdə qeydə alınmışdır. Masallı RİHB-nin Musakücə ərazi nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə qeydə alınmış doğum akt qeydi qanunsuzdur. Belə ki, yetkinlik yaşına çatmayan X7 əslində Rusiya Federasiyasının Sankt-Peterburq vilayətində xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Lakin azyaşlı X4 babası X9 RİHB-nin Musakücə ərazi nümayəndəliyinə müraciət edərək azyaşlının doğum yerini Masallı rayonu Musakücə kəndi, doğum tarixini xx.xx.2007-ci il kimi göstərməklə xx.xx.2007-ci il tarixli, 38 nömrə ilə müvafiq doğum akt qeydinin aparılmasına nail olmuşdur. X7 həqiqətən də Rusiya Federasiyasının Sankt- Peterburq vilayətində xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Bundan başqa, Dövlət Sərhəd Xidmətinə sorğu veriləcəyi təqdirdə X4 anası, yəni hazırkı iddiaçının X5 dünyaya gətirərkən Rusiya Federasiyasında olduğu məlum olacaqdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 26 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Gəncə şəhər Qeydiyyat şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, “Nikah haqqında” xx.xx.2006-cı il tarixli, AZ-İ 250105 nömrəli şəhadətnamənin surəti, “Doğum haqqında” xx.xx.2007-ci il tarixli, AZ-İ 934008 nömrəli şəhadətnamənin surəti, Cavabdeh xx.xx.2022-ci il tarixli, 32 nömrəli məktubu, “Doğum haqqında “ xx.xx.2007-ci il tarixli, İİ-AK 598003 nömrəli şəhadətnamənin təsdiqlənmiş surəti, xx.xx.2007-ci il tarixli, 2834 nömrəli arayış, “Doğum haqqında” xx.xx.2022-ci il tarixli, 4520 nömrəli arayışın təsdiqlənmiş surəti Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-410/13 nömrəli məktubu, “Doğum haqqında” xx.xx.2007-ci il tarixli, 38 nömrəli akt qeydinin təsdiqlənmiş surəti və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3455 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 ilə İddiaçı birgə nikahından xx.xx.2007-ci il tarixdə X7 anadan olmuşdur. X6 Rusiya Federasiyası Sankt- Peterburq vilayəti Malyutka VVAQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, İİ-AK 598003 nömrəli “Doğum haqqında” şəhadətnamə tərtib edilmişdir. Daha sonra X4 babası Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə İnzibati Ərazi Nümayəndəliyinə ərizə ilə müraciət edərək, azyaşlının doğum yerinin Masallı rayonu, Musaküçə kəndi, doğum tarixinin isə xx.xx.2007-ci il olduğunu göstərmiş və ərizəyə əsasən xx.xx.2007-ci il tarixli, 38 nömrəli “Doğum haqqında” akt qeydi tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli, 38 nömrəli doğum akt qeydi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan “Doğum haqqında” (Forma 24) xx.xx.2007-ci il tarixli, 4520 nömrəli arayışın və xx.xx.2007-ci il tarixli, İİ-AK 598003 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, azyaşlı X7 xx.xx.2007-ci il tarixdə Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/3455 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə dövlət sərhədini keçmiş, xx.xx.2007-ci il tarixdə ölkəyə qayıtmış və xx.xx.2007-ci il tarixdə dövlət sərhədini təkrar keçmişdir. Göründüyü kimi, X4 anadan olduğu xx.xx.2007-ci il tarixdə azyaşlının anası İddiaçı ölkə hüdudlarından kənarda olmuşdur. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. maddəsinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 9.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya VVADQ orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. maddəsinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu VVADQ orqanına, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.7. maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X7 barəsində Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə 38 nömrə ilə aparılmış doğum haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X7 barəsində Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə İnzibati Ərazi Nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixdə 38 nömrə ilə aparılmış doğum haqqında akt qeydi ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1759/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1759/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver