Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1760/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ünvanlı sosial yardımın təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvanlı sosial yardım təyin edilməsini vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci ildə anadan olmuş, iki azyaşlı övladı var, nikahı pozulmuş və uşaqlar onun himayəsində qalmışdır. Yalnız bir uşağın saxlanması üçün 150 manat alimentin tutulması müəyyən edilmişdir. Heç bir yerdə işləmir, yaşamağa evi yoxdur. Ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, adına 4 yerdə daşınmaz əmlak mövcud olduğundan imtina edilmişdir. Lakin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən arayışda onun və digər ailə üzvlərinin adlarına Göygöl rayonu, Balçılı kəndində yerləşən 1,89 ha torpaq sahəsinin olduğu bildirilmişdir. Qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpaqlarıdır. Bu torpaqların mövcudluğu ünvanlı sosial yarqım almaq hüququnu istisna etmir. Həmçinin, bu torpaq sahəsi ЈМ 889, KOD 50804018 dövlət qeydiyyatı ilə qeydiyyata alınmışdır. Lakin bu dövlət qeydiyyatı ona ünvanlanan imtina bildirişində qeyd edilən dövlət qeydiyyatlı torpaq sahələri ilə eyniyyət təşkil etmir. Cavabdehin imtina etməsi qanunsuzdur. İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, onlara JN 889 nömrəli Dövlət aktı ilə verilmiş 1,89 ha sahə 4 müxtəlif yerdən verilmişdir, cavabdeh bunu 4 ayrı sahə kimi nəzərə alır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı VEMTAS vasitəsilə müxtəlif tarixlərdə ünvanlı dövlət sosial yardım alınması üçün müraciət etmişdir. Sonuncu xx.xx.2022-ci il tarixli müraciətində İddiaçı adına olan **********74, **********73, **********72, **********75 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlaklarını ərizə məlumatlarında qeyd etməmişdir. Bu səbəbdən ünvanlı sosial yardımın təyin edilməsi mümkün olmamışdır. İddiaçının adına 4 yerdə torpaq sahəsi olması görünür. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş iddiaçıya ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildirişdən görünür ki, İddiaçı adına **********74, **********73, **********72, **********75 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlaklarını ərizə məlumatlarında qeyd etməmiş, bu səbəb(lər)ə görə ünvanlı sosial yardımın verilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş “Torpağa Mülkiyyət hüququna dair” JN-889 nömrəli Dövlət Aktından görünür ki, Xanlar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 12 saylı qərarı ilə 1.89 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X4 və ailə üzvlərinə (X2 və digərləri) verilmiş, sahə 4 müxtəlif ərazilərdən verilmişdir. -surəti işə əlavə edilmiş AZ-İ 365318 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X7 və İddiaçı arasındakı nikah Göygöl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. -surətləri işə əlavə edilmiş “doğum haqqında şəhadətnamə”lərdən görünür ki, iddiaçının iki azyaşlı (X5 və X8) uşağı var. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubda bildirilir ki, Məmmədova (Rüstəmova) Gülnar Gündüz qızının və onun digər altı nəfər ailə üzvlərinin adların Göygöl rayonu, Balçılı kəndində yerləşən 1.89 ha torpaq sahəsinə dair JM-889, KOD 50804018 saylı «Torpağa müalkiyyət hüququna dair» Dövlət Aktının tərtib edildiyini müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun adına **********74, **********73, **********72, **********75 dövlət qeydiyyatı nömrəli “Torpaq sahəsi” əmlaklarını ərizə məlumatlarında qeyd etməməsi səbəbindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları göstərimişdir. Məhkəmə cavabdeh orqanın imtinasının qanunsuz və əsassız olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “Torpağa Mülkiyyət hüququna dair” JN-889 nömrəli Dövlət Aktı ilə verilmiş 1.89 ha torpaq sahəsinin plan-cizgisindən görünür ki, bir sahə ayrı-ayrı dörd yerdən verilmişdir və buna görə cavabdeh əsassız olaraq dörd fərqli mülkiyyət sənədi tələb edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, idiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1760/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1760/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver