Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1761/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı 05.08.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hərbi xidmətdə xəstələnməyi ilə bağlı 2ci qrup əlildir. Atası İddiaçı Məhəmməd oğlu 1993-cü ilin dekabr ayının 31-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam rayonu Güllücə yüksəkliyi ətrafında yaralanmış və 02 yanvar 1994-cü ildə aldığı xəsarətdən vəfat etmişdir. İddiaçının atası İddiaçı şəhidlik statusu verilmişdir. Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən anası X1 Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan qismində uçota alınmışdır. Sərəncamda anası Dünya Əhmədovanın ailə üzvü olaraq İddiaçı və bacısı X3 göstərilmişlər. 24 noyabr 2020-ci il tarixdə X4 vəfat etmişdir. 2021-ci ilin iyul ayında iddiaçı anasının adına olan mənzil uçotunun onun adına dəyişdirilməsi üçün Cavabdehnə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Təyin edilmiş məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştiak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: - İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh 26.05.2015-ci il tarixli, 72 nömrəli sərəncamının surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 03.08.2021-ci il tarixli imtina məktubunun əsli; - X2 məxsus 140183 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - 118760 nömrəli Əlillik dərəcəsinin verilməsi haqqında vəsiqənin surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Cavabdeh 20.09.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, cavabdeh orqan iddiaçıya 03.08.2021-ci il tarixli imtina məktubu göndərərək bildirmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinin üzvləri hesab edilirlər. İddiaçı 1994-cü il təvəllüdlü olduğu üçün şəhid ailəsi üzvü hesab edilmir və anasının mənzil uçotunun iddiaçının adına dəyişdirilməsi qanunvercilikdə nəzərdə tutulmamışdır. Cavabdehin imtinasından narazı qalan iddiaçı məhkəməyə müraiət edərək, Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını qanunauyğun hesab edir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: - ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; - qardaşlar və bacılar; - uşaq evlərində tərbiyə olunanlar; - peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; - 2.1.1. arvadı (əri); - 2.1.2. valideynləri; - 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; - 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; - 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; - 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçının atası İddiaçı Məmməd oğlu 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, anası X4 isə 24.11.2020-ci il tarixdə vəfat etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1994-cü il təvəllüdlü olduğu və onun əlilliyi 30.04.2015-ci il tarixdə yəni 21 yaşında təsdiqləndiyi üçün şəhid ailəsi üzvü hesab edilmir və anasının mənzil uçotunun onun adına dəyişdirilməsi qanunverciliklə nəzərdə tutulmamışdır. Həmçinin məhkəmənin sorğusu əsasında alınmış Cavabdeh 20.09.2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Cavabdeh başçısının 27.04.2021-ci il tarixli, 87 nömrəli sərəncamı ilə iddiaçı dərəcə əlilliyi olan şəxs kimi mənzil uçotuna alınmışdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatlarına, cavabdehin məhkəmənin sorğusuna verdiyi cavab məktubuna əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 26.05.2015-ci il tarixli, 72 saylı sərəncamına əsasən mənzil uçotunun onun adına dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1761/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1761/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver