Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1764/2025 21.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, N-ci ilin dekabr ayında könüllü kimi Şəmkir rayon Hərbi Komissarlığından Ölkənin ərazi bütövlüyünün təmin olunması üçün erməni qəsbkarlarına qarşı döyüşlərə qatılmış, N nömrəli Hərbi Hissənin (Mingəçevir batalyonu) tərkibində qulluq etməklə, hər cür təminatla təmin edilərək xidmətə başlamışdır. Tərtər rayonunun Akop-kamari kəndi uğrunda gedən ağır döyüşlər zamanı xx.xx.1994-cü il tarixdə düşmənin atdığı snayper gülləsindən sol ayağının topuq nahiyyəsindən xəsarət almışdır. Yəni snayper gülləsi topuq nahiyəsini dəlib keçmişdir. Döyüş yoldaşları onu əvvəlcə tibb məntəqəsinə gətirmiş, oradan Bərdə hospitalına aparmış, orada cərrahiyyə əməliyyatı olunduqdan sonra qatarla onu Bakı şəhərində travmatologiya xəstəxanasında müalicəyə göndərmişlər. İki ay orada müalicə olunduqdan sonra, xəstəxanananın travma şöbəsinin müdiri, həm də müalicə həkimi Mehman həkimin göstərişi ilə onu Gəncə şəhərindəki 230 saylı hərbi hospitala göndərmişlər. 230 saylı hərbi hospitalda yaralı, həm də ağır yaralı xəstə çox olduğuna görə onu əvvəlcə Gəncə 3 saylı TTY xəstəxanasının travma şöbəsinə göndərmiş, orada bir müddət mülicə aldıqdan sonra, 230 saylı hərbi hospitala göndərmişlər. Hospitalda ağır xəstələr çox olduğundan hospitalda 20 gün hər gün sarğıya gedib yaranın sarğısını dəyişdirib gəlmişdir. 1994-cü ildən forma 88 əsasında ona TSEK İİ qrup əlillik təyin etmişdir. 2000-ci ildən İİİ qrup müharibə əlili kimi pensiya almışdır. 2021-ci ilin iyul ayından əlilliyi ləğv edilmişdir. Onunla birgə döyüşlərdə iştirak edən şəxslərin hamısı bu gün müharibə veteranı kimi imtiyazlardan istifadə edirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, bununla bağlı dövlət tərəfindən müəyyən güzəştlərdən və ya hər hansı imtiyazlardan istifadə edə bilmir. Bu da onun konstitusiya ilə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olur. Bildirir ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədi ilə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etsə də, həmin inzibati orqan xx.xx.2024-cü il tarixli 3-25-2/2- 0-9981-2-/2024 nömrəli cavab məktubu ilə bundan imtina edərək göstərmişdir ki, "Ərizənizə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiya da xx.xx.2024-cü il tarixdə baxılaraq, barənizdə müsbət qərar qəbul edilməmişdir. O cavabdeh orqanın imtinasının qanunsuz və əsassız hesab edir. Ona görə ki, xx.xx.1994-cü il tarixli tibbi sənəddə qeyd olunmuşdur ki, hərbi xidmətə tam yararsızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuda görünür ki, ona Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 1462 nömrəli arayışına əsasən hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan İddiaçı məxsus hərbi biletdə və fərdi uçot kartoçkasında göstərilmişdir ki, xx.xx.N-ci il tarixdə N nömrəli hərbi hissənin siyahasına daxil olmuş və xx.xx.1994-cü il tarixdə isə hərbi hissənin siyahasından çıxmışdır. xx.xx.1994-cü il tarixdə Şəmkir RHK-nın xx.xx.1997-ci il tarixli əmri ilə N №-li hərbi hissədən ehtiyata buraxılmışdır. Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü ildə Ağdərənin Aop-komari kəndində döyüşdə pulemiyot gülləsindən yaralanmışdır. İddiaçı xx.xx.1994-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək hər il 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Şəmkir rayon Hərbi Komissarlığının xx.xx.1997-ci il tarixli 255№-li əmrdən çıxarışda görünür ki, Azərbaycan Respublikasının hərbi qulluq haqqında qanununa əsasən Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qulluğa yararsız hesab olunmuş aşağıda adları göstərilmiş siravi və çavuşlar hərbidən azad olunsunlar və hərbi qeydiyyata qəbul edilsinlər. 29-253 siravi - İddiaçı -1964, Dekabr N-ci il ildən N nömrəli hərbi hissədə qulluq etmiş. Əsas Xəstəlik tarixi №651 xx.xx.1994-cü il. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş SSR-i Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1994-cü il tarixdə keçmiş SSR-nin 1987-ci il tarixli 260 nömrəli əmri, N nömrəli hərbi hissənin hərbi həkim komissiyasının qərarı ilə, xəstəliklər cədvəlinin "İ" qrafasının "44a" maddəsinə əsasən "dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı hesab olunmuşdur. Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.1994-cü il tarixdə yaralanmışdır. Müdafiə Nazirliyi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 29 aprel 2025-ci il tarixdə məktubda görünür ki, N №-li hərbi hissə komandirinin dekabr N-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasıehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 05 iyun 2025-ci il tarixli məktubda görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 29 dekabr 2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış məktubda görünür ki, xidmət keçdiyi qurum tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə altsisteminə Fərmanın müddəalarına uyğun daxil edilmiş xəsarət məlumatlarına və Əlillik altsistemində olan 3-cü dərəcə əlilliyinə əsasən İddiaçı birdəfəlik ödəmə üzrə xx.xx.2022-ci il tarixində 4400 manat, daha sonra arxiv sənədləri əsasında müəyyən edilmiş 2-ci dərəcə əlilliyinə görə isə xx.xx.2022-ci il tarixində 2200 manat fərq məbləğində ödəniş proaktiv qaydada icra edilmişdir. Müdafiə Nazirliyi tərəfindən xx.xx.2026-cı il tarixdə Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış məktubda görünür ki, N №-li hərbi hissənin xx.xx.1993-xx.xx.1994-cü il tarixli "Yaralıların və xəstələrin qeydiyyatı" kitabında (əsas: səh-94) İddiaçı adı yazılmış, lakin adının qarşısında sıra nömrəsi, hərbi hissənin nömrəsi, hərbi rütbəsi, yaralandığı tarix, hansı diaqnozla daxil olması, göstərilən ilk yardım, hara təxliyə olunması və ona baxan həkimin soyadı qeyd olunmamışdır. Müdafiə Nazirliyinin Tibbi X3 İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına məxsus xəstəlik haqqında şəhadətnamələri Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə təhvil verilmədiyi üçün məlumat verə bilmirlər. Vətəndaş İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "Sol ayaq pəncəsinin içəri səthindən girmiş ayaq arxasından xaric olmuş ayaq darağı sümüklərinin sınığı ilə güllə yarası diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsiniin İ hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. 7-ci maddəsinə görə, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndində görə, Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İşdə olan Müdafiə Nazirliyi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 29 aprel 2025-ci il tarixdə məktubda görünür ki, N №-li hərbi hissə komandirinin dekabr N-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması, hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmasıehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. İddiaçı xx.xx.1994-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixədək hər il 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "Sol ayaq pəncəsinin içəri səthindən girmiş ayaq arxasından xaric olmuş ayaq darağı sümüklərinin sınığı ilə güllə yarası diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində (Tərtər hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. Şəmkir rayon Hərbi Komissarlığının xx.xx.1997-ci il tarixli 255№-li əmrdən çıxarışa əsasən, İddiaçı Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qulluğa yararsız hesab olunmuş hərbi qulluqçu kimi hərbidən azad olunmuş hərbi qeydiyyata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması müəyyən olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 nömrəli Qərarında göstərilən mövqedən çıxış edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1764/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1764/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver