Məhkəmə qərarları › İş №2-1(114)-1767/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1767/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1767/2020 24.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X10rşı (üçüncü şəxslər X8 və X4) dövlət aktında və şəhadətnamədə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-9xx xxx 50205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-124A KOD 50205018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yalnışlıqların aradan qaldırılaraq övladlarının soyadlarının “Mollayev” və “Mollayeva” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa rayon X6 xx.xx.1997-ci il tarixli 12 nömrəli qərarına əsasən JN-9xx xxx 50205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə 1.20 ha pay torpaq sahəsi və JN-124A KOD 50205018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.13 ha həyətyanı torpaq sahəsi iddiaçının və alə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin dövlət aktında və şəhadətnamədə iddiaçının övladları X5 və X1 səhvən “Hacıyev” və “Hacıyeva” kimi qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış alarkən məlum olmuşdur ki, dövlət aktında və şəhadətnamədə yanlışlıqlar var. Bundan sonra iddiaçı həmin yanlışlıqların aradan qaldırılması məqsədilə DƏDRX-nin 15 saylı X12 müraciət etsə də, cavabdeh inzibati orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X8 və X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin sənəddə, yəni X6 siyahısında subyektlərin adı və soyadı olduğu kimi dövlət aktına və şəhadətnaməyə yazıldığı təqdirdə təmsil etdiyi qurumun hərəkətlərində qanunsuz heç nə yoxdur. Üçüncü şəxs X4 məhkəmə iclasında iddianı qəbul edərək izahatında bildirmişdir ki, onun soyadı “Mollayeva” olduğu halda səhvən “Hacıyeva” yazılıb, həmin səhvin düzədilməsinə etiraz etmir. Digər üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, ilkin sənədlərdə, yəni Ağstafa rayonu Aşağı Kəsəmən kənd İlyas Abdullayev adına sovxozda torpaq payı almaq hüququ olan subyektlərin siyahısında və Ağstafa rayonu Zəlimxan kəndində vətəndaşalrın xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə, eləcə də JN-9xx xxx 50205018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-124A KOD 50205018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə iddiaçının ad, soyad və ata adı düzgün yazılmış, övladları Zaur və İlhamənin soyadları səhv yazılmışdır. Göründüyü kimi hazırki halda hüquqları pozulmuş şəxs iddiaçı deyil, onun övladları X8 və X3r. Belə olan halda hazırki iddia üzrə iddiaçının tələb hüququ istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. İddia ərizəsinə əlavə edilmiş üçüncü şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X4 xx.xx.1979-cu il tarixdə, X8 isə xx.xx.1980-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. -28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hazırki işin faktiki halları üzrə hüququ pozulmuş şəxslərin, yəni X2 və X5 prosessual hüquq və fəaliyyət qabiliyyətləri baxımından özlərinin şəxsən iddia qaldırmaq hüquqları var. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X10rşı dövlət aktında və şəhadətnamədə düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar