Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1767/2024 04.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğvi və İİ dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Goranboy Rayon Mərkəzi Xəstəxanasının Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışa əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə ambulator, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Epilepsiya, tez-tez təkrarlanan qıcolma, tutmalarla stationar müalicədə olmuşdur.
2. X9 X2 ambulator, stasionar tibbi kartasından çıxarışa əsasən İddiaçı xx.xx.2010cu il tarixdə ambulator, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Epilepsiya, teztez təkrarlanan qıcolma, tutmalarla stationar müalicədə olmuşdur.
3. İddiaçı xx.xx.2016-cı il tarixdə ”2.2.16. Epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (Epilepsiya tez-tez baş verən cəngolma tutmaları. Şəxsiyyətin dəyişməsi, ağıl zəifliyi ilə. Ümumi nitq inkişafının geridə qalması) diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı xx.xx.2021-ci il tarixdə ”2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xsətəliklər zamanı demensiya) diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Mingəçevir Psixo-Nevroloji Dispanserinin həkim psixiatr komissiyasının xx.xx.2021-ci il tarixli 200/21 nömrəli protokol qərarından çıxarışa əsasən diaqnoz “F028* - Epilepsiya xəstəliyi nəticəsində demensiya, kəkələmə F98.5” kimi müəyyən edilmişdir.
6. İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
7. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Epilepsiya xəstəliyi tez-tez baş verən qıcolma tutmaları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, ağıl zəifliyi, nitq pozğunluğu, kəkələmə” kimi müəyyən edilmişdir.
8. X3 Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarında diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Epilepsiya tez-tez qıcolma tutmaları, şəxsiyyətin dəyişməsi, ağıl zəifliyi” kimi qeyd edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlarda, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında diaqnoz “F02.8 Epilepsiya nəticəsində ağıl zəifliyi” kimi qeyd edilmişdir.
9. Mingəçevir Psixo-Nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli göndərişində iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F02.8* – Başqa rubrikalarda təsnif edilın, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində ağıl zəifliyi, qıcolma tutmaları ilə.
10. Həmin göndərişdə Beyin MRT-nin nəticəsi kimi qeyd edilmişdir ki, beyin MRposteriorda interhemisiferik yarığın hər iki tərəfində və lateral mədəciyin arxa buynuzunun yuxarı qonşuluğunda simmetrik FLAİR hiperintens ocaqlar var. Bu səhələrdə aparılan diffuziya MRT-də kəskin işemiya elementləri aşkar edilməmişdir. Kliniki məlumatlarla birlikdə bu sahələrdə xroniki işemik proseslər – hipiksiya nəticələrinin tapıntıları baxımından qiymətləndirmə tövsiyyə olunur. Soltemporal bölgənin ən geniş nöqtəsində anterior posterior uzunluğu 17 mm və oblik uzun ox 25 mm olan bütün seriyalarda CSF siqnalında etirafdakı strukturlarda sıxılmaya səbəb olan araxnoid kist tapıntısı var. Selikli qişanın qalınlaşması və xroniki sinuzit elementləri bütün paranazal sinuslarda, solda daha qabarıq şəkildə izlənilir. Bu fonda sol çənə sinusunda ən böyüyü 17 mm ölçüdə olan bir neçə selik tutma kistaları müşahidə edildi. Baş beyinin bioelektrik aktivliyində üzvi rezidual xarakterli pozulma ilə yanaşı hər iki yarımkürənin müxtəlif strukturlarında epileptik elementlər aşkar edilir.
11. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş və qərar xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci qrup əlillik dərəcəsinin müəyyən edilməsi və qiymətləndirilməklə əlilliyə dair ödənilməmiş poensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, özü əlil xəstəsidir, heç bir yerdə işləmir. O, Goranboy Rayon Xəstəxanasının və Gəncə Şəhəri Psixiatriya Xəstəxanasının verdiyi arayışlardan da göründüyü kimi uşaqlıqdan epilepsiya və tez-tez qıcolma, ağıl dərəcəsinin zəifliyi, üzvü mənşəli şəxsiyyət pozğunluğu, ümumi nitq inkişafının geridə qalması və danışıqda kəkələmə (ciddi baş ağrıları, tamamilə artıq dərəcədə halsızlıq, özünəqapanma və depressiya) xəstəliyindən əziyyət çəkir. Son vaxtlar hər gecə qıcolmaları (sudurqa keçirdir) tutur və bir gecədə bir neçə dəfə təkrarlanır. Ağır xəstəliyindən ailə üzvləri də əziyyət çəkirlər tez-tez xəsətxanalara aparırlar və özəl xəstəxanalarda da müalicəsinin aparılmasına ehtiyac yaranır. Bildirir ki, xx.xx.1997-ci ildən ildən İİ qrup əlilliyə görə o, pensiya alsa da, əlilliyə görə aldığı pensiya 2022-ci ilin oktyabr ayından dayandırılmışdır. Hazırda da pensiya ala bilmir. Bununla bağlı dəfələrlə təyin edilmiş Sosial Ekspert Komissiyasından keçsə də, ona cavabdeh tərəfindən əlillik dərəcəsinin verilməsi təmin edilmir. Sağlamlıq vəziyyəti ilə bağlı hər dəfə həkim Ekspert Komissiyasından keçmiş və onun xəstəliyi hər hansı bir qondarma xəstəlik deyil və onun xəstəliyi həqiqi olaraq anadangəlmə xəstəliklə bağlıdır. Bugünki gündə cavabdehin qanunsuz hərəkətləri nəticəsində haqsızlığa məruz qalmışdır. Ərizəsinə əlavə etdiyi 100 vərəqli tibbi sənədlərdən də görünür ki, o, daimi olaraq xəstəlikdən əziyyət çəkmişdir. Hər ilin hər ayında da müayinələrdə olmuşdur. Ona bu barədə heç bir səbəb tapa bilməzlər, həm dövlət həm də özəl xəstəxanalarda hər ay müalicə götürür. Lakin heç cür sağalmağı mümkün deyildir, çünki bu xəstəlik onda anadangəlmə bir xəstəlikdir. Onun xəstəliyi ilə bağlı aparılmış müayinə və müalicələri ilə bağlı Goranboy rayon həkimləri tərəfindən aparılmış müayinə nəticəsində qoyulmuş diaqnozlar ilə bağlı yuxarıda qeyd etdiyi kimi sənədləri göndərilmiş və ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı imtina edilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir, buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. Məhkəmənin hüquqi yardımına əsasən iddiaçının nümayəndəsi X5 xx.xx.2024cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin olunmuş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı iddiasında onun “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərarının ləğv edilməsini xahiş etsə də, həmin qərarın ləğvi tələbi isə iddiaçının üçüncü dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi tələbinin təmininə yönəlmişdir.
18. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayındəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PND Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: F02.8* Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində ağıl zəifliyi, qıcolma tutmaları ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Şəxsin əlillik hüququnu dəqiqləşdirmək DTSERA -ya yaxınlaşmağı tövsiyyə olunur. Goranboy rayon sakini xx.xx.1992-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0278003AALD7 nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.11 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik" altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçının nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında yazılı etirazda göstərilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üzrə Agentlikdə mövcud olan bütün sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlər içərisində iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsinə dair qərarın ləğv edilməsinə dair qərar mövcud deyildir. İddiaçının əyani müayinəyə cəlb edilməsinə səbəb Agentlik tərəfindən müxtəlif risk qrupları üzrə əlillik təyinatlarının əsaslılığının yoxlanılması olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Goranboy Rayon Mərkəzi Xəstəxanasının Xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışı; - X9 X2 ambulator, stasionar tibbi kartasından çıxarışı; - Mingəçevir Psixo-Nevroloji Dispanserinin həkim psixiatr komissiyasının xx.xx.2021-ci il tarixli 200/21 nömrəli protokol qərarından çıxarış; - Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi; - X3 Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışları; - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı; - Mingəçevir Psixo-Nevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli göndərişi; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
29. Məhkəmə proses iştirakçılarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
30. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki,
31. İddiaçı xx.xx.2016-cı il tarixdə ”2.2.16. Epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (Epilepsiya tez-tez baş verən cəngolma tutmaları. Şəxsiyyətin dəyişməsi, ağıl zəifliyi ilə. Ümumi nitq inkişafının geridə qalması) diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.ümumi xəstəlik səbəbilə əlaqədar 5 il müddətinə, xx.xx.2021-ci il tarixdə ”2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xsətəliklər zamanı demensiya) diaqnozu üzrə ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
32. Həmin əlillik təyinatı barədə qərar qüvvədə olduğu halda, iddiaçının əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
33. Məhkəmə cavabdeh orqanın həmin hərəkətlərini qanunsuz sayır və aşağıdakıları qeyd edir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
35. Göründüyü kimi, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
36. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
37. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün İddiaçı qızının xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunmasına baxmayaraq müayinədə iştirak etmədiyiniş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik" altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarının ləğv edildiyini qeyd etmişdir. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir.
38. Cavabdeh orqan ümumi əsaslara (cümlələrə) istinad edərək, əlilliyi müəyyən edilmiş şəxsləri əlillikləri qüvvədə olduğu müddətcə yenidən əyani müayinə dəvət edərək, onların əlilliklərinin yenidən qiymətləndirməsini həyata keçirməkdə haqlı olmamışdır.
39. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
40. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
41. Digər tərəfdən, qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
42. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
43. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ejspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik əlillik təyin edilməsi barədə qərar ləğv edilmədən, ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə dair qərar qəbul etmişdir.
44. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı diaqnozunun əlillik əlaməti təyin etmir barədə 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva