Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1769/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı sənəddə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydinə düzəliş edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1955-ci il tarixli 2412 nömrəli doğum haqqında akt qeydinə əsasən X19 xx.xx.1955-ci il tarixdə doğulmuşdur. X4, anası X20r.
2. Orta təhsil haqqında AЗ 514496 nömrəli attestatdan görünür ki, 1955-ci il təvəllüdlü X17 1972-ci ildə Azərbayan SSR Kirovabad şəhər M.P.Vaqif adına 8 nömrəli orta məktəbin tam kursunu bitirmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-R-2265/2023 nömrəli arayışından görünür ki, xx.xx.1955-cı il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Cavabdehndə 2412 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.
4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-563/2023 nömrəli qərarına əsasən 1935-ci il təvəllüdlü X6 xx.xx.1995-ci il tarixdə Göygöl rayonu 8 nömrəli internat evində hipostatik pnevmaniya xəstəliyi nəticəsində yaranan ağciyər ödəmindən ölməsi barədə ölüm akt qeydinin aparılması və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
5. Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 281649 nömrəli şəhadətnaməyə əsasən X17 xx.xx.1995-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13-də 474 nömrə ilə qeyd edilmişdir.
6. İddiaçının vəkili X23 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv arayışının verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8113/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Kirovabad şəhəri, Kommunist küçəsi, 316 saylı fərdi yaşayış evi xx.xx.1956-cı il tarixli 36-14155 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 vərəsələri X18, X11, X12, X13 və X2. Krovabad şəhəri 1-ci dairə Xalq Məhkəməsinin 1957-ci il tarixli 249 nömrəli qətnaməsinə əsasən Kommunist küçəsi, 316 ünvanında yerləşən evin planı üzrə mülk və həyətyanı sahə 3 hissəyə bölünməsi, hər bir sahə üçün ayrıca plan verilməsi, 1 - X22 yaşadığı otaq və 1022 kv.m sahənin, 2 - X27 yaşadığı otaq və 1022 kv.m sahənin, 3 - X18 və 4 nəfər uşaqlarına yaşadığı otaq və 1022 kv.m sahənin verilməsi qət edilmişdir. X18 və 4 nəfər uşaqlarına (Atakişiyevlər Firdus, Çimnaz, Amalya, Simuzər Fərman uşaqlar) aid olan hissəyə Kirovabad şəhər, Kommunist (indiki Təbriz) küçəsi, 258 ünvanı verilmişdir. Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1977-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X15, Atakişiyevlər: Firdus, Çimnaz, Amalya, Simuzər Fərman uşaqlarının adına qeyd edilmişdir. Fərdi yaşayış evi 2003-cü ildə aparılmış inventarizasiya işləri zamanı tikili "A"-da ümumi sahəsi 39.1 kv.m, yaşayış sahəsi 22.2 kv.m olan bir yaşayış otağından, tikili "B"-də ümumi sahəsi 76.9 kv.m, yaşayış sahəsi 70.5 kv.m olan iki yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 947 kv.m-dən ibarət olmuşdur.
7. İddiaçı xalası X6 doğum haqqında akt qeydində adının Simzardan Simuzərə, doğum tarixinin isə xx.xx.1955-ci ildən xx.xx.1955-ci ilə düzəliş edilməsi barədə Cavabdehnə müraciəti etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-272 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində düzəliş aparılması mümkün olmamışdır. Belə ki, Cavabdehndə xx.xx.1955-ci il tarixdə tərtib edilmiş 2412 nömrəli doğum haqqında akt qeydində onun adı «Simzar», doğum tarixi «xx.xx.1955» qeyd olunmuşdur. Hazırda onun xx.xx.1955-ci ildə anadan olmasını təsdiq edəcək hər hansı sənədi təqdim etməmişdir, həmçinin doğum haqqında akt qeydində onun əsl adı kimi «Simzar» qeyd olunmuşdur. Qeyd olunanlara əsasən göstərilən hallara düzəliş aparılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
8. Məhkəmənin sorğusu əsasında əldə edilmiş: - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-A-1888/2024 nömrəli arayışından görünür ki, X19 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Cavabdehndə 2412 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X16, anası: X20r. - X6 fərdi uçot kartasından görünür ki, X19 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Atası: X16, anası: X20r. II. Məhkəmədə icraat
9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə və xalası X6 doğum qeydində düzəliş edilərək adının “Simuzər”, doğum tarixinin isə xx.xx.1935-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 onun xalasıdır. O, ruhi xəstə olduğundan vəfat etmişdir. Onun vəfatı ilə bağlı ölüm qeydinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair Gəncə İnzibati məhkəməsinə müraciət edilmiş və Gəncə İnzibati Məhkəməsində iddia tələbi təmin edilmişdir. Bundan sonra xalasının doğum haqqında şəhadətnaməsini əldə edən zaman müəyyən etmişdir ki, onun doğum qeydində adında və doğum tarixində səhvə yol verilmişdir. Bu barədə cavadehə müraciət edilsə də cavabdeh doğum qeydində düzəliş edilməsindən imtina etmişdir. Belə ki, ölüm haqqında şəhadətnaməsində xalasının adı «Simuzər», doğum qeydində isə «Simzar» kimi göstərilməklə, doğum qeydində isə doğum tarixi xx.xx.1955-ci il kimi göstərilmişdir. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
22. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddiaçının hazırkı tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1955-ci il tarixli 2412 nömrəli doğum haqqında akt qeydi; - Orta təhsil haqqında AЗ 514496 nömrəli attestat; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-70-R-2265/2023 nömrəli arayışı; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-563/2023 nömrəli qərarı; - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 281649 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8113/2023 nömrəli cavab məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-272 nömrəli imtina məktubu; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-70-A-1888/2024 nömrəli arayışı; - X6 fərdi uçot kartası.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
25. İş materiallarından müəyyən olur ki, xx.xx.1955-ci il təvəllüdlü X17 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xalası X6 ölüm qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 563/2023 nömrəli qərarına əsasən iddia təmin edilmiş, 1935-ci il təvəllüdlü X6 xx.xx.1995ci il tarixdə Göygöl rayonu 8 nömrəli internat evində hipostatik pnevmaniya xəstəliyi nəticəsində yaranan ağciyər ödəmindən ölməsi barədə ölüm akt qeydinin aparılması və bununla bağlı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan qərar icra edilərək X6 xx.xx.1995-ci il tarixdə ölməsi barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin iyun ayının 13-də 474 nömrə ilə qeyd edilmiş və ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 281649 nömrəli şəhadətnamə tərtib edilmişdir.
26. Bundan sonra İddiaçı xalası X3 haqqında akt qeydində adının Simzardan Simuzərə, doğum tarixinin isə xx.xx.1955-ci ildən xx.xx.1955-ci ilə düzəliş edilməsi barədə Cavabdehnə müraciəti etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-272 nömrəli cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğuna görə doğum haqqında akt qeydində düzəliş aparılması mümkün olmamışdır. Belə ki, Cavabdehndə xx.xx.1955-ci il tarixdə tərtib edilmiş 2412 nömrəli doğum haqqında akt qeydində onun adı «Simzar», doğum tarixi «xx.xx.1955» qeyd olunmuşdur. Hazırda onun xx.xx.1955-ci ildə anadan olmasını təsdiq edəcək hər hansı sənədi təqdim etməmişdir, həmçinin doğum haqqında akt qeydində onun əsl adı kimi «Simzar»qeyd olunmuşdur. Qeyd olunanlara əsasən göstərilən hallara düzəliş aparılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
27. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
30. Qanunvericilik normalarından da göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının (hazırkı halda doğum aktı) qeydiyyatı faktı o halda məhkəmə qaydasında müəyyən edilir ki, akt qeydi itmiş olsun və onun bərpası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mümkün olmasın.
31. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən əldə edilmiş 01.091955-ci il tarixdə 2412 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1955-cı il tarixdə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Cavabdehndə 2412 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.
32. Hazırda iddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 563/2023 nömrəli qərarına istinadla, həmin doğum haqqında akt qeydində mərhum X6 adının və doğum tarixinin düzgün qeyd edilməməsinə əsas gətirərək, xx.xx.1955-ci il tarixdə 2412 nömrə ilə qeydə alınmış doğum akt qeydinə düzəliş edilərək, adının “Simuzər”, doğum tarixinin isə xx.xx.1935-ci il kimi qeyd edilməsinin cavabdehin üzərinə qoyulmasını istəyir.
33. Halbuki, mərhum X8 məxsus bütün digər sənədlərdə adı “Simzar”, doğum tarixi isə xx.xx.1955-ci il kimi qeyd edilmişdir. Orta təhsil haqqında AЗ 514496 nömrəli attestatda da iddiaçının təvəllüdü kimi 1955-ci il olması qeyd edilərək, onun 1972-ci ildə Azərbayan SSR Kirovabad şəhər M.P.Vaqif adına 8 nömrəli orta məktəbinin tam kursunu bitirdiyi göstərilmişdir. Bu hal isə mərhum Atakişiyeva Simuzər (Simzar) qızının təvəllüdünün 1935-ci il olmadığını deməyə əsas verir.
34. Məhkəmə onu da qeyd edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-563/2023 nömrəli qərarında iddiaçının təvəllüdü kimi 1935-ci ilin, adının Simuzər göstərilməsi X9 doğum haqqında akt qeydində düzəliş edilməsi üçün əsas sayıla bilməz.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva