Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-177/2021 22.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2rşı torpağın mülkiyyətə verilməsinə dair JN-198B (KOD 61013078) saylı şəhadətnamədə həyətyanı sahənin 0.52 ha əvəzinə 0.19 ha göstərilməsinə dair səhvin düzəldilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-198B (KOD 61013078) saylı şəhadətnamədə həyətyanı sahənin 0.52 ha əvəzinə 0.19 ha göstərilməsinə dair səhvin düzəldilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Aqrar İslahat keçirilməmişdən əvvəl kolxoz təsərrüfatının mövcud olduğu dövrdə ona Bərdə rayonu Hacallı kəndinin ərazisindən 0,52 hektar həyətyanı torpaq sahəsi verilmiş və o, həmin həyətyanı sahədə fərdi yaşayış evi tikdirmiş və uzun illərdir həyətyanı sahəni əkib-becərir. Bərdə rayon ərazisində Aqrar İslahat keçirildikdən sonra ona və ailə üzvlərinə Bərdə rayon X1 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-198B (KOD 61013078) nömrəli şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə səhvən ona və ailə üzvlərin məxsus həyətyanı sahə 0,19 hektar göstərilmişdir. O, əvvəllər buna əhəmiyyət verməmiş, lakin gələcək üçün həmin səhvin müəyyən problemlərə səbəb ola biləcəyi üçün şəhadətnamədə olan səhvi düzəltmək qərarına gəlmiş və şəhadətnamədə səhvin düzəldilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********09 nömrəli məktubunda islahat zamanı istifadəsidə olan həyətyanı torpaq sahəsinin 0.52 hektar olmasına baxmayaraq, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,19 hektar olmaqla mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinin cavabdehin səlahiyyətinə aid olmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 171 nömrəli arxiv arayışına əsasən rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon Mehdixanlı İƏV-nin Hacallı kəndi üzrə 7.8 saylı Tssərrüfatbaşına kitabın 2001-2005, 2006-2010-cu illərə aid 582-579 saylı şəxsi hesabına əsasən vətəndaş İddiaçı adına olan həyətyanı torpaq sahəsinin 0,52 hektar olduğu qeyd olunub. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və X1 qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İslahat zamanı iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsi 0,52 ha olmasına baxmayaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,19 ha olmaqla onun mülkiyyətinə verilmşdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi 7 saylı X3 səlahiyyətinə aid deyildir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəfindən bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçı Bərdə rayon X1 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-198B (KOD 61013078) nömrəli şəhadətnamədə göstərilən 0.19 ha torpaq sahəsi əvəzinə 0.52 ha torpaq sahəsinə dair şəhadətnamədə düzəlişin edilməsini tələb edir ki, həmin sənəd də (JN-198B nömrəli şəhadətnamə) Bərdə rayon X1 xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bununla bərabər məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iddiaçının dəlillərini araşdırmaq üçün xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular vermiş, sorğuya verilmiş cavablarda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Xidmətin tabeliyində olan «xxxx» MMC-nin arxivlərində aparılmış araşdırma nəticəsində Bərdə rayonu Hacıallı kəndi üzrə həyətyanı və pay torpaq sahəsi verilən şəxslərin siyahısında iddiaçının və ailə üzvlərinin adlarının aşkar edilməsi göstərilmişdir. Bununla bərabər məhkəmə xidməti vəzifəsinə uyğun olaraq iddiaçının dəlillərini araşdırmaq üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu vermiş, sorğuya verilmiş cavaba əlavə olunmuş Bərdə rayonu C.Cabbarlı adına AİM-nin Hacallı kənd üzrə torpaq payı alan subyektlərin siyahısında və torpaq sahələrinə aid cədvəldə iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan 0.08 ha və zəbtində isə 0.44 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2rşı torpağın mülkiyyətə verilməsinə dair JN-198B (KOD 61013078) saylı şəhadətnamədə həyətyanı sahənin 0.52 ha əvəzinə 0.19 ha göstərilməsinə dair səhvin düzəldilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-177/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-177/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver