Məhkəmə qərarları › İş №2-1(114)-1776/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1776/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1776/2025 17.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli **********2979 nömrəli və xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Fiziki şəxs haqqında məlumata əsasən X30 xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır.

2. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9874 nömrəli qərarına əsasən fərdi X2na məxsus Tərtər şəhərində yerləşən “Yeməkxana” adlı təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilmişdir.

3. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi və 29 nəfər fiziki şəxsin – X49, X1, X20, X11, X21, X18, X6, X12, X22, X23, X40, X24, X31, X41, X13, X8, X32, X19, X25, X4, X42, X33, X26, X34, X27, X35, X14, X28 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.

4. X49, X1, X20, X11, X21, X18, X6, X12, X22, X23, X40, X24, X31, X41, X13, X8, X32, X19, X25, X4, X42, X33, X26, X34, X27, X35, X14, X28 və X9 yazılı izahatlarında, onların əmək müqavilələri hüquqi qüvvəyə minmədən işəgötürən X30 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin izahatlarla təsdiq edilmişdir.

5. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2979 nömrəli qərarı ilə, vergi ödəyicisi X30 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

6. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərarı ilə, vergi ödəyicisi X30 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 58000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

7. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2931 nömrəli tələbnamənin təsdiqlənmiş surətindən görünür ki, büdcəyə ödənilməli olan 58000 manat vəsaitin xx.xx.2024-cü il tarixədək büdcəyə ödənilməsi tələb edilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı X30 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli **********2979 nömrəli və xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir

9. Tələb onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********2930 saylı qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyimə görə vergi orqanı tərəfindən barəsində 58.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməyimə dair qərar çıxarılmışdır. Həmçinin, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********2979 saylı qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmasının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyimə görə barəsində 1.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməyinə dair qərar çıxarılmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2024-ci il tarixli, **********2979 saylı və xx.xx.2024-cü il tarixli, **********2930 saylı qərarlar qanunsuz olduğundan ləğv edilməlidir. Bildirir ki, Tərtər rayonunda yerləşən "X39 Mərkəzi" yeməkxanasını o, işlədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə Qanunların tələbinə həmişə əməl etmişdir. Bütün vergiləri və sosial ödəmələri vaxtında ödəyir, əhali ilə hesablaşmalar kassa və pos-terminallarla aparılır, həmçinin işçilərlə əmək müqaviləsi qaydalara uyğun bağlanmışdır. Hazırki iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları əvvəllər bir neçə dəfə onların restoranda olmuş və hər-hansı qanun pozuntusunun şahidi olmamışlar. Barəsində qəbul edilmiş hazırki qərarlar isə qərəzlidir. Belə ki, nəinki 29 nəfər, heç bir nəfərlə də olsun əmək müqaviləsi olmadan onların müəssisədə işləmir. Belə bir fakt var idisə, onların izahatları alınmalı idi, hal şahidlərinin iştirakı ilə akt tərtib edilməli, video görüntü və s. qaydalara riayət olunmalı idi. Yeməkxanada bəzi işçilər günəmuzd işlədiyindən, onlar günəmuzd qaydada əmək haqqı alırlar. Bundan başqa, barəsində tətbiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsində göstərilmişdir ki, - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə görə vəzifəli şəxslər 10.000 manatdan artıq cərimə oluna bilməzlər. Buradan da görünür ki, cavabdeh orqan səhvə yol vermişdir. Restoranları - əhali ilə hesablaşma üçün kassa və pos-terminal aparatları ilə, həmçinin ciddi uçot blankları ilə təmin edilib. Bundan başqa, vergi yoxlaması keçiriləcəyi ilə bağlı Vergi Qanunvericiliyinə görə vergi ödəyicisinə ən azı 15 gün əvvəl məlumat verilməlidir. Ancaq vergi orqanı bu tələbi də pozmuşdur. Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Yuxarıda sadaladıqlarına əsasən hesab edir ki, cavabdeh orqanın xx.xx.2024-ci il tarixli **********2979 saylı və xx.xx.2024-cü il tarixli **********2930 saylı qərarları qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

13. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

15. İddiaçı məsuliyyətə cəlb edilməsi barədə **********2979 nömrəli və **********2930 nömrəli qərarlar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hazırki işdə iddia müddətinin ötürülmədiyini hesab edir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi Tərtər şəhərində yerləşən "Yeməkxana" adlı təsərrüfat subyektində lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024cü il tarixli **********9874 nömrəli qərarına əsasən "Nağd pul hesablaşmalarına əməl olunması" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi hallarının aşkar edilməsi" halları üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarət-kassa aparatına daxil edilməməsi və 29 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi halları aşkar edilmiş və bu faktlar müvafiq olaraq xx.xx.2024-cü il tarixli DVX seriyalı 005630 nömrəli və 037408 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş həmin aktlara və digər materiallara baxılaraq İddiaçı barəsində "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********2979 nömrəli və **********2930 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlarla vergi ödəyicisinə ümumilikdə 59000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi bütün vergiləri və digər sosial ödəmələri vaxtında ödəməsi, əhali ilə hesablaşmaların nəzarət-kassa və POS-terminalla aparılması, həmçinin işçilərlə əmək müqaviləsinin qaydalara uyğun bağlanmasına dair bildirdikləri özünü müdafiə xarakteri daşıyır və aşağıda göstərilən faktlara və toplanmış sübutlara əsasən qeyd olunanların əksi sübuta yetirilir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbiri zamanı saat 19:05-də müştəri tərəfindən sifariş edilmiş 3 ədəd pivə üçün nağd qaydada 6,0 manat ödənilmiş, lakin həmin məbləğ nəzarət-kassa aparatına daxil edilməmiş və müştəriyə kassa çeki təqdim edilməmişdir. Bu hal, xx.xx.2024-cü il tarixli, DVX seriyalı 037408 nömrəli aktla rəsmiləşdirilmiş, NKA-dan əvvəlcə "X" hesabatı alınmış, xidmətin dəyəri nağd ödənilmiş 6,0 manat məbləğ 333 nömrəli satış çeki ilə saat 19:35-də vergi orqanı əməkdaşları tərəfindən NKA-nın yaddaşına bərpa edilmiş, təkrarən "X" hesabatı alınmış və bunlar tərtib edilmiş aktda öz əksini taparaq, "X" hesabatları və satış çeki akta əlavə edilmişdir. X2 aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi üçün bu barədə aktda qeyd aparılmış və əlavə olaraq sərbəst formada akt tərtib edilmişdir. Əhali ilə pul hesablaşmalarının aparılması vəziyyəti ilə bağlı qeyd etmək yerinə düşər ki, vergi orqanı tərəfindən eyni zamanda vergi ödəyicisinə "Xronometraj metodu ilə müşahidənin aparılması haqqında" xx.xx.2024-cü il tarixli **********9872 nömrəli qərarla operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır. Vergi ödəyicisinin onlayn kassa əməliyyatları barədə 2024-cü ilin iyul ayı üzrə məlumatlarına diqqət yetirsək görərik ki, vergi ödəyicisi gündəlik olaraq nəzarət-kassa aparatından istifadə etməmiş və nəzarət-kassa aparatından istifadə edərək daxil etdiyi məbləğlər isə aşağıdakı kimi olmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2 çek üzrə 42,0 manat, xx.xx.2024-cü il tarixdə 2 çek üzrə 230,0 manat, xx.xx.2024- cü il tarixdə 1 çek üzrə 90,0 manat, xx.xx.2024-cü il tarixdə 14 çek üzrə 1200,0 manat, xx.xx.2024-cü il tarixdə 10 çek üzrə 610,0 manat olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarət tədbiri keçirilən vaxtadək nəzarət-kassa aparatına 1 çek üzrə 5,0 manat məbləğ daxil edilmiş, 2-ci çek isə vergi orqanı əməkdaşları tərəfindən nağd ödənilmiş 6,0 manat məbləğində bərpa çekinin daxil edilməsi ilə təmin edilmişdir. Vergi ödəyicisində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsində xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin dövriyyəsinin ümumilikdə 4703,0 manat, xx.xx.2024- cü il tarixdə 5532,0 manat, xx.xx.2024-cü il tarixdə isə 5156,0 manat məbləğində olduğu müəyyən edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir (aktlar əlavə olunur). Qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılmasına əməl olunmamış, faktlar əsasında və toplanmış sübutlarla iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksi sübuta yetirilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 19:30-da aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək aşkar edilmiş qanun pozuntusu DVX seriyalı 005630 nömrəli aktla rəsmiləşdirilmişdir. Nəzarət tədbiri zamanı vergi ödəyicisi Ceyhun Əliyev operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla tanış edilmiş və o, bunu öz imzası ilə təsdiq etmişdir. Lakin nöqsan aşkar edilməsi ilə əlaqədar olaraq aktlar tərtib edildikdə bununla bağlı Ceyhun Əliyev özü izahat verməkdən imtina etmiş və eyni zamanda fəaliyyət göstərdiyi obyektdə çalışan işçilərin izahat verməmələrini bildimiş və bu səbəbdən 29 nəfər fiziki şəxsin izahatının alınması mümkün olmamışdır. İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər izahat verməkdən imtina etsələr də vergi orqanı əməkdaşları tərəfindən onların fotoşəkilləri çəkilmişdir (fotoşəkillər əlavə olunur). Qeyd edilənlərlə yanaşı vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 29 nəfər fiziki şəxsin hər birinin iddiaçı tərəfindən izahatı alınaraq məhkəməyə təqdim edilmişdir. İddaçı tərəfindən həmin izahatlar özünümüdafiə xarakterli olaraq məhkəməyə təqdim olunmasına baxmayaraq, iddiaçı həmin izahatlarla bir daha sübuta yetirmişdir ki, göstərilən 29 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi vergi orqanı tərəfindən düzgün müəyyən edilmişdir. Lakin iddiaçı nəzərdən qaçırmışdır ki, məhkəməyə təqdim olunmuş izahatlarda xx.xx.2024-cü il tarixdə keçirilən yoxlama zamanı "bir günlük günəmuzd işləmişəm, mənə qarşılığında 15,0 manat pul veriblər və mən daimi işçi deyiləm" fikirlərini bildirən X22 ilə xx.xx.2024-cü il tarixdə, "bir günlük günəmuzd işləmişəm, mənə qarşılığında 10,0 manat pul veriblər, mən daimi işçi deyiləm" fikirlərini bildirən X23 ilə xx.xx.2024-cü il tarixdə, "mən heyvandarlıqla məşğul oluram, üç günlük restoran rəhbərliyindən xahiş edib gündəlik 15,0 manata günəmuzd işləmişəm mən daimi işçi deyiləm" fikirlərini bildirən X28 ilə xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, iddiaçı xx.xx.2024-cü il tarixdə vergi orqanına ərizə ilə müraciət edərək operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 29 nəfər fiziki şəxsin hər birinin adını göstərməklə əmək müqaviləsinin şərtlərində razılığa gələ bilmədikləri üçün onların işdən azad edildikləri barədə məlumat vermişdir (ərizə əlavə olunur). İddiaçının bildirdiyi fikirlərə münasibətdə qeyd olunmalıdır ki, iş üzrə materiallar, iddiaçının məhkəməyə təqdim etdiyi izahatlar, xx.xx.2024-cü il tarixli vergi orqanına təqdim olunmuş ərizə, vergi ödəyicisi üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə hesabat, nəzarət tədbiri zamanı çəkilmiş fotoşəkillər iddiaçının mülahizələrinin özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıdığını sübuta yetirir. İddiaçının yeməkxanada bəzi işçilər günəmuzd işlədiyini və əmək haqqı aldıqlarını bildirməsi, həmçinin Vergi Məcəlləsinin 58.10-cu maddəsini qeyd etməsi ilə onun tərəfindən vergi qanunvericiliyinə əməl olunmamasını bir daha təsdiqləmiş olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göstərilən maddənin tələbindən də göründüyü kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçi ilə əmək müqaviləsi bağlanmalıdır, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxslər isə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etdikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğu açıq-aydın göstərilmişdir.

22. Cavabdehin nümayəndəsi X15 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9874 nömrəli qərar; - xx.xx.2024-cü il tarixli akt; - X49, X1, X20, X11, X21, X18, X6, X12, X22, X23, X40, X24, X31, X41, X13, X8, X32, X19, X25, X4, X42, X33, X26, X34, X27, X35, X14, X28 və X9 yazılı izahatları; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2979 nömrəli qərar; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərar; - “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********2931 nömrəli tələbnamə. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9874 nömrəli qərarına əsasən fərdi X2na məxsus Tərtər şəhərində yerləşən “Yeməkxana” adlı təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilmişdir.

26. Həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı qəbul edilmiş nağd pul vəsaitinin nəzarətkassa aparatına daxil edilməməsi və 29 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş, bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir.

27. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2979 nömrəli qərarı ilə, vergi ödəyicisi X30 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

28. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərarı ilə, vergi ödəyicisi X30 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 58000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.

29. İddiaçı X30 hazırkı iddia tələbində həmin qərarları mübahisələndirərək, ləğv olunmasını xahiş edir.

30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus sahibkarlıq subyektində xx.xx.2024-cü il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində aşağıdakı 2 hal aşkar olunmuşdur: 1) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verilməsi; 2) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi.

31. Məhkəmə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbiri zamanı saat 19:05-də müştəri tərəfindən sifariş edilmiş 3 ədəd pivə üçün nağd qaydada 6,0 manat ödənilmiş, lakin həmin məbləğ nəzarət-kassa aparatına daxil edilməmiş və müştəriyə kassa çeki təqdim edilməmişdir. Bu hal, xx.xx.2024-cü il tarixli, DVX seriyalı 037408 nömrəli aktla rəsmiləşdirilmiş, NKA-dan əvvəlcə "X" hesabatı alınmış, xidmətin dəyəri nağd ödənilmiş 6,0 manat məbləğ 333 nömrəli satış çeki ilə saat 19:35-də vergi orqanı əməkdaşları tərəfindən NKA-nın yaddaşına bərpa edilmiş, təkrarən "X" hesabatı alınmış və bunlar tərtib edilmiş aktda öz əksini taparaq, "X" hesabatları və satış çeki akta əlavə edilmişdir. X2 aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etdiyi üçün bu barədə aktda qeyd aparılmış və əlavə olaraq sərbəst formada akt tərtib edilmişdir.

32. Vergi orqanı tərəfindən eyni zamanda vergi ödəyicisinə "Xronometraj metodu ilə müşahidənin aparılması haqqında" xx.xx.2024-cü il tarixli **********9872 nömrəli qərarla operativ vergi nəzarəti tədbirinin keçirilməsi qərara alınmışdır.

33. Vergi ödəyicisinin onlayn kassa əməliyyatları barədə 2024-cü ilin iyul ayı üzrə məlumatlarına diqqət yetirsək görərik ki, vergi ödəyicisi gündəlik olaraq nəzarət-kassa aparatından istifadə etməmiş və nəzarət-kassa aparatından istifadə edərək daxil etdiyi məbləğlər isə aşağıdakı kimi olmuşdur.

34. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2 çek üzrə 42,0 manat, xx.xx.2024-cü il tarixdə 2 çek üzrə 230,0 manat, xx.xx.2024- cü il tarixdə 1 çek üzrə 90,0 manat, xx.xx.2024-cü il tarixdə 14 çek üzrə 1200,0 manat, xx.xx.2024-cü il tarixdə 10 çek üzrə 610,0 manat olmuşdur.

35. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarət tədbiri keçirilən vaxtadək nəzarət-kassa aparatına 1 çek üzrə 5,0 manat məbləğ daxil edilmiş, 2-ci çek isə vergi orqanı əməkdaşları tərəfindən nağd ödənilmiş 6,0 manat məbləğində bərpa çekinin daxil edilməsi ilə təmin edilmişdir.

36. Vergi ödəyicisində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsində xx.xx.2024-cü il tarixə vergi ödəyicisinin dövriyyəsinin ümumilikdə 4703,0 manat, xx.xx.2024-cü il tarixdə 5532,0 manat, xx.xx.2024-cü il tarixdə isə 5156,0 manat məbləğində olduğu müəyyən edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. (aktlar iş materiallarına əlavə olunmuşdur).

37. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.9. lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS- terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək; Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki səxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə- material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Maddə 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət- kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət- kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının 1.4.6 və 8.3.16-cı maddələrinə əsasən malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş nəzarət kassa aparatı vasitəsilə həyata keçirməli olan vergi ödəyicisinin pul hesablaşmaları aparılan zaman alıcıya cek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vəzifəsidir.

39. Qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılmasına əməl olunmamışdır.

40. Məhkəmə operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş digər halla - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir.

41. Belə ki, xx.xx.2024-cü il tarixdə aparılmış vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyektində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 29 nəfər fiziki şəxsin - X49, X1, X20, X11, X21, X18, X6, X12, X22, X23, X40, X24, X31, X41, X13, X8, X32, X19, X25, X4, X42, X33, X26, X34, X27, X35, X14, X28 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək aşkar edilmiş qanun pozuntusu DVX seriyalı 005630 nömrəli aktla rəsmiləşdirilmişdir.

42. İşlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslər izahat verməkdən imtina etsələr də, vergi orqanı əməkdaşları tərəfindən onların fotoşəkilləri çəkilmişdir. (fotoşəkillər iş materiallarına əlavə olunmuşdur).

43. Qeyd edilənlərlə yanaşı vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 29 nəfər fiziki şəxsin hər birinin iddiaçı tərəfindən izahatı alınaraq məhkəməyə təqdim edilmişdir. Həmin izahatlardan da görünür ki, göstərilən 29 nəfər fiziki şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.

44. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

45. Göstərilən maddənin tələbindən də göründüyü kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçi ilə əmək müqaviləsi bağlanmalıdır, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxslər isə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etdikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməli olduğu açıq-aydın göstərilmişdir.

46. Vergi Məcəlləsinin 58.10-cu maddəsində Məcəllənin tələblərinə əməl olunmadıqda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikdə işəgötürənə, digər halda isə Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyət göstərən şəxsləri işlərin yerinə yetirilməsinə cəlb edən sifarişçiyə maliyyə sanksiyasının tətbiq edilməsi qeyd olunmuşdur.

47. Vergi orqanı tərəfindən aparılmış araşdırma ilə isə operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 29 nəfər fiziki şəxsin 20 nəfərinin ümumiyyətlə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmadığı, 9 nəfərin isə müxtəlif fəaliyyət növləri üzrə vergi orqanında qeydiyyatda olmasına baxmayaraq, ümumiyyətlə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə etmədikləri müəyyən edilmişdir.

48. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. - 2-1-ci maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. - 2-2-ci maddəsinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

49. Beləliklə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus sahibkarlı subyektində operativ vergi nəzarəti həyata keçirilərkən və bunun nəticəsində mübahisələndirilən qərarlar qəbul edilərkən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.

50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.

51. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********2979 nömrəli və xx.xx.2024-cü il tarixli **********2930 nömrəli qərarlar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edildiyindən, iddiaçı X10 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar