Məhkəmə qərarları › İş №2-1(114)-1777/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1777/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1777/2025 22.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçı Cevdat qızının Cavabdehnə qarşı “yol vergisinin silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi İddiaçı Cevdat qızının mülkiyyətindədir. Nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Həmin nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli, Q-30/2023 saylı akt əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir. Daha sonra yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamış, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. İddiaçının nümayəndəsi və vəkiliNümayəndə1 müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina cavabı verilmişdir. İddiaçı Cevdat qızının nümayəndəsi və vəkiliNümayəndə1 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, hesablanmış 10250 ABŞ dolları yol vergisini ödəməkdən azad edilməklə gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 iyul 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası CM-nin 179.4, 213.1 və 29.318.1-ci maddələri ilə olan 212970152№li cinayət işi üzrə ibtidai istintaq başa çatdığından «Azərterminalkompleks» Birliyində saxlanılan Türkiyə Respublikasının vətəndaşı Eminə Kayaya məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı «Man» markalı yükmaşının sonuncuya qaytarılmasına etirazları olmadığından yük maşını 10 avqust 2023-cü ildə mülkiyyətçinin nümayəndəsi olaraq ona qaytarılmışdır. Ancaq yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. Bundan sonra 16 avqust 2023-cü ildə aidiyyatı üzrə cavabdeh orqana və Baş Prokurorluğa müraciət edərək yol vergisinin hesablanmasının əsasız olmasını və ləğv edilməsi xahiş edilsə də, 21 avqust 2023-cü ildə cavabdeh orqan belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2043/2024 nömrəli qərardadı ilə İddiaçı Cevdat qızının Cavabdehnə qarşı “MAN” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, hesablanmış 10250 ABŞ dolları yol vergisini ödəməkdən azad edilməklə gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-612/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2043/2024 nömrəli qərardadının ləğv edilməsi və iş materiallarının yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Baş Prokurorluğunun cavab məktubunda qeyd edilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası CM-in 179.4 və 29,318.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası CM-in 179.4-cii maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ç.Oktay CM-in 29, 318.1 -ci maddəsi təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmişdir. Həmçinin, məhkəmədə elan edilib araşdırılmış “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2021 -ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Çinar Oktayın idarə etdiyi “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış, həmin nəqliyyat vasitəsi üzərində həbs qoyulmamışdır. İddiaçının nümayəndəsi və vəkiliNümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, k, “09 dekabr 2021- ci ildən 10 avqust 2023-cü il tarixədək, 15 avqust 2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunmaqla, malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən “Man» markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin gömrük sərhədindən keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın nümayəndəsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi sorğuya cavab məktuba əsasən müraciət məktubunun 1-ci bəndində nəzərdə tutulan "Man" markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsinin oxlarının sayı dartıcısı 2 ox, qoşqusu 3 ox olmaqla ümumilikdə 5 oxdan ibarətdir. Müraciət məktubunun 2-ci bəndində qeyd olunan yük nəqliyyat vasitəsi üzrə yol vergisinin hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.3-ci maddəsinə əsasən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq hesablanmaqdadır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 230.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.Eyni zamanda qeyd olunan normaların tələbində yol vergisinin hesablanması, alınması zamanı inzibati akt (qərar), sərəncam və ya bildirişin qəbul edilməsi, yol vergisinin dayandırılması, güzəştin tətbiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Man” markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi İddiaçı Cevdat qızının mülkiyyətindədir.Nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Həmin nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli, Q-30/2023 saylı akt əsasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 təhvil verilmişdir. Daha sonra yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamış, 15 avqust 2023cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. Cavabdeh orqan iddiaçının müraciətində qeyd olunan hal üzrə güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina cavabı verilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

1. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə : Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər. Maddə 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: - 224.1.4. yol vergisi. Maddə 230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir. Maddə 230.2. Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür. Maddə 244.5. Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

2. Azərbaycan Respublikası Vergi Məcələsinə görə: Maddə 209. Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir. Maddə 210. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir. Maddə 211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır: 211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqiyyat vasitələrindən: 211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: Ölkə ərazisində qaldığı 4 (dörd) oxa qədər 4 (dörd) ox və çox müddət olanda olanda 1 gün üçün 20 ABŞ dollar 30 ABŞ dollar 2 həftəyədək 40 ABŞ dollar 80 ABŞ dollar 1 aya qədər 140 ABŞ dollar 280 ABŞ dollar 3 aya qədər 400 ABŞ dollar 800 ABŞ dollar 1 ilə qədər 1400 ABŞ dollar 2800 ABŞ dolları 1 ildən yuxarı 1400 ABŞ dolları + 1 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər ildən artıq qaldığı hər gün üçün 15 ABŞ gün üçün 30 ABŞ dolları dolları 211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. 211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər. Maddə 212.1. Bu Məcəllənin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə köçürülür. Maddə 212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır: 212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda; 212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda. Məhkəmə iclasında iddiaçının vəkili izahat verərək bildirmişdir ki, düzdür nəqliyyat vasitəsi 09 dekabr 2021- ci ildən 10 avqust 2023-cü il tarixədək iddiaçının iradəsindən asılı olmayan hallardan saxlanılaraq yol vergisi hesablanmışdır. İddiaçı nəqliyyat vasitəsini götürmək istəsədə nəqliyyat vasitəsi yalnız ona 10 avqust 2023-cü il tarixində qaytarılmışdır. Daha sonra iddiaçı 10 avqust 2023-cü il tarixindən 15 avqust 2023-cü il tarixinə qədər nəqliyyat vasitəsinin təmiri ilə məşğul olmuşdur. 15 avqust 2023-cü il tarixində iddiaçı yol vergisini ödəmək istədikdə məlum olmuşdur ki, artıq yol vergisinin məbləği 10.000 ABŞ dollarını keçib əgər yol vergisinin məbləği iddiaçının təqsiri olmadan elə yüksək məbləğ hesablanmasa idi onun imkanı çatardı yol vergisini ödəməyə. İddiaçı yalnız 10 avqust 2023-cü il tarixindən 15 avqust 2023-cü il tarixinə qədər olan hesablanmış yol vergisi ilə razıdır və həmin 10 avqust 2023-cü il tarixindən 15 avqust 2023-cü il tarixinə qədər olan dövrü ödəməyi qəbul edir, çünki həmin müddət ərzində nəqliyyat vasitəsi onun öz sahibliyində olmuşdur.İddiaçının təqsiri olmadan hesablanmış böyük məbləğdə yol vergisini ödəməyə onun imkanı olmadığından 15 avqust 2023-cü il tarixindən hal-hazırki dövrə qədər olan müddət ərzində də hesablanmış yol vergisini ödəməkdən azad olunmasını xahiş edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, nəqliyyat vasitəsinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası CM-in 179.4 və 29,318.1 -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2024-cü il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ç.Oktay CMin 29, 318.1 -ci maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmişdir. Həmçinin, məhkəmədə elan edilib araşdırılmış “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2021 -ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Çinar Oktayın idarə etdiyi “Man” markalı, 41F9660/71AAJ679 nömrə nişanlı nəqliyyat vasitəsi gömrük nəzarəti altında saxlanılmış, həmin nəqliyyat vasitəsi üzərində həbs qoyulmamışdır. Həmin nəqliyyat vasitəsinin etibarnaməli sürücüsü olmuş Oktay Çinar cinayət hadisəsi törətdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin 13 dekabr 2021-ci il tarixli məktubuna əsasən «Azərterminalkompleks» Birliyinin anbarına 153 S saylı 13 dekabr 2021-ci il tarixli aktla qəbul edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 18 iyul 2023-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası CM-nin 179.4, 213.1 və 29.318.1-ci maddələri ilə olan 212970152№li cinayət işi üzrə ibtidai istintaq başa çatdığından «Azərterminalkompleks» Birliyində saxlanılan Türkiyə Respublikasının vətəndaşı Eminə Kayaya məxsus 41F9660/71AAJ679 dövlət qeydiyyat nişanlı «Man» markalı yükmaşının sonuncuya qaytarılmasına etirazları olmadığından yük maşını 10 avqust 2023-cü ildə mülkiyyətçinin nümayəndəsi olaraq ona qaytarılmışdır. Ancaq yükmaşınını ölkə sərhəddindən keçirmək mümkün olmamışdır. Belə ki, 15 avqust 2023-cü ildə «Qırmızı körpü» gömrük postunda həmin yük avtomobilinə 10250 ABŞ dolları yol vergisi hesablanmışdır. Bundan sonra 16 avqust 2023-cü ildə aidiyyatı üzrə cavabdeh orqana və Baş Prokurorluğa müraciət edərək yol vergisinin hesablanmasının əsasız olmasını və ləğv edilməsi xahiş edilsə də, 21 avqust 2023-cü ildə cavabdeh orqan belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulmadığı əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, nəqliyyat vasitəsi üzərinə həbs qoyulmamışdır. Nəqliyyat vasitəsi sahibinə 10 avqust 2023-cü il tarixdə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin olunmalı, “09 dekabr 2021- ci ildən 10 avqust 2023-cü il tarixədək nəqliyyat vasitəsinin üzərində heç bir həbs qərarı olmadan İddiaçı Cevdat qızının iradəsindən asılı olmadan saxlanılaraq yol vergisi hesablandığından və nəqliyyat vasitəsinin 10 avqust 2023-cü il tarixində iddiaçı tərəfindən götürülməsinə icazə verildiyindən iddiaçı “09 dekabr 2021- ci ildən 10 avqust 2023-cü il tarixədək olan dövr üzrə yol vergisini ödəməkdən azad edilməlidir.İddianın 15 avqust 2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, artıq 10 avqust 2023-cü il tarixində nəqliyyat vasitəsi öz sahibinə qaytarıldığından 15 avqust 2023-cü ildən son tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunması hissəsində iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı Cevdat qızına məxsus olan “Man» markalı 41F9660/71AAJ679 nömrəli yük nəqliyyat vasitəsi 09 dekabr 2021- ci ildən 10 avqust 2023-cü il tarixədək olan müddət üçün hesablanmış yol vergisini ödəməkdən azad olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar