Məhkəmə qərarları › İş №2-1(114)-1789/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1789/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1789/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs ünvan 10ux rayonu İnstitut bələdiyyəsi) qarşı ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 1, mənzil 13 (əvvəllər Əzizbəyov küçəsi, bina 3, mənzil 12; order verilən zaman ev 2, mənzil 6) ünvanında yerləşən mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan X1 tərəfindən 18 nömrəli order əsasında ev 2 mənzil 6 ünvanında yerləşən 39.4 kv.m mənzil Məmmədov Məmməd adına verilmişdir.

2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilə dair X4 adına 2004-cü il may ayında 304 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin sənəddə mülkiyyət hüququna dair sənəd qismində ünvan 10ux rayonu DTİ və MHQİ-nin 25 may 2004-cü il tarixli 05 saylı qərarı qeyd edilmişdir.

3. 15.02.1972-ci il tarixli Az №223350 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X7 ilə X13 nikaha daxil olmuş, nikahdan sonra kişiyə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.

4. Azərbaycan Respublikası ünvan 10ux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 16 avqust 2024-cü il tarixli 437 nömrəli arayışında göstərilmişdir ki, X10 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, vəfat etdiyi günədək ünvan 10ux rayonu, İnstitut qəsəbə R.Nağıyev küçəsi bina 2, mənzil 6 ünvanında yaşamış və vəfat edəndən sonra onun aşağıdakı ailə üzvləri qalmışdır:

1. Arvadı-İddiaçı

2. Qızı-Əsgərova (Məmmədova) Tutu Məmməd qızı

3. X9 oğlu

4. Qızı- İbrahimova (Məmmədova) Aygün Məmməd qızı

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9622/02024 nömrəli imtina məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı, ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, təqdim edilən orderin mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.

6. Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 696620 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.

7. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12445/2024 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2005-ci il tarixli 01 saylı qərarı ilə ünvan 10ux rayonu İnstitut qəsəbəsi, Əzizbəyov küç., bina 3, mənzil 12 ünvanında yerləşən fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzil 2004-cü il may ayında 304 inventar nömrə ilə X12 adına qeydiyyata alınmış, ünvan 10ux rayon DTİ və MH Qİ-nin xx.xx.2005-ci il tarixli 01 saylı qərarına əsasən ünvan 10ux rayon İnstitut kəndi 3 otaqdan ibarət ümumi sahəsi 56.9 kv.m, yaşayış sahəsi 39.2 kv.m mənzilin dövlət yaşayış fondunun balansından çıxarılıb X3 mülkiyyətinə verilmiş və 2004-cü ilin may ayına sonuncunun adına texniki pasport tərtib edilmişdir.

8. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası ünvan 10ux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 18 iyun 2025-ci il tarixli 5-72-9/2-51/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, həqiqətən mərhum X5 məxsus olan mənzil əvvəllər ünvan 10ux rayonu Əzizbəyov küç., bina 3, mənzil 2 orderdə qeyd edilən ev 2, mənzil 6 hal-hazırda İnstitut qəsəbə R.Nağıyev küçəsi, bina 1, mənzil 13-dür və keçmiş Əzizbəyov küçəsi ilə orderdə qeyd edilən ünvan indiki Rizvan Nağıyev küçəsindəki mənzil ilə eyni ünvandır.

9. Məhkəmənin sorğusuna ünvan 10ux Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 10ux rayonu İnstitut qəsəbəsi Rizvan Nağəyev küçəsində yerləşən, vətəndaş İddiaçı yaşadığı 1 nömrəli binanın 13 nömrəli mənzilinin(əvvəlki ünvan Əzizbəyov küçəsi bina 3, mənzil 12-Order verilən zaman ev 2, mənzil 6) balans saxlayıcı orqanı ünvan 10ux rayonu İnstitut bələdiyyəsidir. ünvan 10ux rayonu İnstitut qəsəbəsində yerləşən, əvvəllər Azərbaycan Elmi X6nun və Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının balansında olan evlər, mənzil-kommunal, sosialmədəniyyət və əhalinin ümumi istifadəsində olan obyektlər müvafiq olaraq xx.xx.2000-ci il və xx.xx.2000-ci il tarixlərində tərtib edilmiş xüsusi aktlarla və Azərbaycan Elmi X6nun xx.xx.2000-ci il tarixli 34 nömrəli əmri ilə balansdan çıxarılaraq ünvan 10ux rayonu İnstitut bələdiyyəsinin balansına verilmiş, əksəriyyəti xidməti mənzil statusu daşımır və dövlət mənzil fonduna aid deyildir. Odur ki onlardan, İddiaçı yaşadığı ünvan 10ux rayonu İnstitut qəsəbəsi Rizvan Nağıyev küçəsində yerləşən 1 nömrəli binanın 13 nömrəli mənzili (əvvəlki ünvan Əzizbəyov küçəsi bina 3, mənzil 12 - Order verilən zaman ev 2, mənzil 6) xüsusi təyinatlı dövlət mənzil fonduna (xidməti mənzil) aid olmadığı üçün İddiaçı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və özəlləşdirilməsinə ünvan 10ux Rayon İcra Hakimiyyəti etiraz etmir.

10. Məhkəmənin sorğusu əsasında ünvan 10ux rayonu İnstitut bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 48 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Əzizbəyov küçəsi ilə orderdə qeyd edilən ünvan indiki Rizvan Nağıyev küçəsindəki mənzil ilə eyni ünvandır, ünvan 10ux rayon İcra Hakimiyyəti Başçısının 5/272 XX saylı 21 avqust 2000-ci il tarixli, AzETPİ-nin 55 saylı 04 sentyabr 2000-ci il tarixli məktublarına əsasən və AzETPİ MTB-nin 06 sentyabr 2000-ci il tarixli 34 saylı əmrinə uyğun olaraq təsərrüfatının balansında olan mənzil-komunal, sosial və mədəniyyət obyektləri İnstitut Bələdiyyəsinə 06 sentyabr 2000ci il tarixdə aktla təhvil verilmiş, həmçinin ünvan 10ux rayonu, İnstitut qəsəbəsi Rizvan Nağıyev küçəsi bina 1, mənzil 13 ünvanında yerləşən daşınmaz əmlak İnstitut bələdiyyəsinin balansındadır. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan X1 tərəfindən orderlə mərhum X4 daimi istifadəsinə verilmiş və mərhum ölən bir günədək ailə üzvləri ilə birgə həmin mənzildə yaşamışdır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 1, mənzil 13 (əvvəllər Əzizbəyov küçəsi, bina 3, mənzil 12; order verilən zaman ev 2, mənzil 6) ünvanında yerləşən mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 1, mənzil 12 (əvvəllər Əzizbəyov küçəsi, bina 3, mənzil 12, order verilən zaman ev 2, mənzil 6) ünvanında yerləşən mənzil Azərbaycan X1 tərəfindən həmin institutun elmi-işçisi olan həyat yoldaşı X5 18 №-li orderlə 1975-ci ildə verilmişdir. Onlar həmin vaxt artıq bir neçə il idi evli idilər. Mənzil verildikdən dərhal sonra onlar ailələri ilə həmin mənzilə köçmüş və hal-hazıradək orada yaşayırlar. ünvan 10ux rayon DTİ və MHQİ-nin 25 may 2004-cü il tarixli 25 saylı qərarı ilə həmin vaxt ünvanı ünvan 10ux rayonu, Əzizbəyov küçəsi, bina 3. mənzil 12 olan həmin mənzilin həyat yoldaşı adına Texniki Pasportu işlənib hazırlanmışdır. Texniki pasportun özəlləşdirmə sənədi olduğunu hesab edib, həyat yoldaşı mənzilə dair çıxarış almayıb. Həyat yoldaşı Məmməd Məmmədov 25 fevral 2015-ci il tarixdə vəfat etmişdir. 2024-cü ilin sentyabr ayında o yaşadıqları mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9622/2024 saylı məktubla ona imtina etmişdir. Cavabdeh imtinada qeyd etmişdir ki, təqdim etdiyi orderin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı müəyyən edilmişdir. O, cavabdehin imtinası ilə razı deyildir. Belə ki, həmin order dövlət müəssisəsi tərəfindən tərtib olunmuş sənəddir. Bundan başqa qeyd etdiyi kimi 2004-cü ildə mənzilin texniki pasportu hazırlanmışdır. Əgər order özəlləşdirməyə əsas verən sənəd olmasaydı həmin texniki pasport hazırlanmazdı. Odur ki, cavabdehin imtinasını əsassız hesab edir və buna görə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1789/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 1, mənzil 13 (əvvəllər Əzizbəyov küçəsi, bina 3, mənzil 12, order verilən zaman ev 2, mənzil 6) ünvanında yerləşən mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə ünvan 10ux rayon İnstitut bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasa onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 7-ci bəndi).

24. Üçüncü şəxs ünvan 10ux rayonu İnstitut bələdiyyəsinin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

25. Cavabdeh orqanın nümayəndəsi X8 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - ünvan 10ux rayonu DTİ və MHQİ-nin 25 may 2004-cü il tarixli 05 saylı qərarı; - 2004-cü il may ayında 304 inventar nömrəli texniki pasport; - 15.02.1972-ci il tarixli Az №223350 nömrəli evlənmək haqqında şəhadətnamə; - Azərbaycan X1 tərəfindən 18 nömrəli order; - Azərbaycan Respublikası ünvan 10ux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 16 avqust 2024-cü il tarixli 437 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-9622/02024 nömrəli imtina məktubu; - Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 696620 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 12445/2024 nömrəli məktub və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası ünvan 10ux rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 18 iyun 2025-ci il tarixli 5-72-9/2-51/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında ünvan 10ux rayonu İnstitut bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 48 nömrəli məktubu;

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən edilir k, iddiaçının mərhum əri X5 Azərbaycan X1 tərəfindən 18 nömrəli order əsasında ev 2 mənzil 6 ünvanında yerləşən 39.4 kv.m mənzil ayrılmışdır. Həmin mənzilin ünvanı hazırda dəyişdirilərək, ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, R.Nağıyev küçəsi bina 2, mənzil 6 olmuşdur. İddiaçı mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilərək, təqdim edilən orderin mənzilin özəlləşdirilməsi üçün əsas olmadığı bildirilmişdir.

29. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən mənzil artıq mərhum X4 adına əvvəllər özəlləşdirilmişdir. ünvan 10ux rayon DTİ və MH Qİ-nin xx.xx.2005-ci il tarixli 01 saylı qərarına əsasən ünvan 10ux rayon İnstitut kəndi 3 otaqdan ibarət ümumi sahəsi 56.9 kv.m, yaşayış sahəsi 39.2 kv.m mənzilin dövlət yaşayış fondunun balansından çıxarılıb X3 mülkiyyətinə verilmiş və 2004-cü ilin may ayına sonuncunun adına texniki pasport tərtib edilmişdir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan mənzilin əvvəllər iddiaçının mərhum əri X4 adına özəlləşdirilmiş olmasını (hansı ki, həmin sənədləri məhkəməyə məhz cavabdeh təqdim etmişdir) nəzərə almadan, mənzil üzərində iddiaçının hüquqlarının qeydiyyatından imtina etməkdə haqlı olmamışdır.

32. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

33. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimata görə: Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

35. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ünvan 10ux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 1, mənzil 13 (əvvəllər Əzizbəyov küçəsi, bina 3, mənzil 12; order verilən zaman ev 2, mənzil 6) ünvanında yerləşən mənzil üzərində hüququn mərhum həyat yoldaşı X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar