Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-179/2022 21.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs N nömrəli hərbi hissənin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs N nömrəli hərbi hissə) qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs N nömrəli hərbi hissə) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli, N566 nömrəli əmrinin ləğv olunması, ondan qanunsuz olaraq tutulmuş pul vəsaitlərinin qaytarılması və bu pul vəsaitlərinin tutulması üçün əsas olmuş aktların, N nömrəli hərbi hissə komandirinin N nömrəli, NNNN-ci il tarixli əmrinin, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.NNNN-ci il tarixli və 148 nömrəli, NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab olunaraq ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 17 fevral NNN1-ci il tarixli, N-1(114)-N44/NNN1 nömrəli qərardadı ilə iş üzrəburaxılmış prosssual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin NN aprel NNN1-ci il tarixli, N-1(1N4)-39N/NNN1 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Gəncə İnzibati Məhkəməsinin 17 fevral NNN1-ci il tarixli, N-1(114)-N44/NNN1 nömrəli qərardadı ləğv edilmiş, iş materialları iddia müddətinin ötürülməsinin səbəblərinin və iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin N1 sentyabr NNN1-ci il tarixli, N- 1(1NN)-14N7/NNN1 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin NN aprel NNN1-ci il tarixli, N-1(1N4)-39N/NNN1 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NNNN-ci il tarixli, N566 nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 19 may NNNN-ci il tarixli, N-1(114)-179/NNNN nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 19 may NNNN-ci il tarixli, N-1(114)-179/NNNN nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs N nömrəli hərbi hissə) qarşı əmrin ləğv olunması tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.NN17-ci il tarixdən AR Müdafiə Nazirliyində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. xx.xx.NN19-cu il tarixdən xx.xx.NNNN-ci il tarixədək N №-li hərbi hissədə ərzaq xidməti rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli, N566 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.NNNN-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Bu tarixdə də ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli, N566 №-li əmrinin verilməsi ona məlum olmuşdur. Ehtiyata buraxılmazdan əvvəl onunla keçirilmiş fərdi söhbətləşmələr vaxtı hər iki söhbətləşmə vərəqələrində bu maddə ilə ehtiyata buraxılmağında razı olmadığını qeyd etmişdir. Hesab edir ki, o, əsassız və qanunsuz olaraq heç bir səbəb göstərilmədən qərəzli olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır Həmçinin, hərbi xidmət dövrü ondan dəfələrlə qanunsuz olaraq pul tutulmuşdur. Belə ki, N №-li hərbi hissə komandirinin NNNN-ci il tarixli, 148 №-li əmri ilə 6N5 manat, 348 №-li əmri ilə N manat, N №-li hərbi hissə komandirinin N №-li əmri ilə ondan 1NNN manat pul tutulmuşdur. Bu pul tutulmaları güya onun rəhbərlik etdiyi N №-li hərbi hissənin ərzaq xidmətində baş vermiş çatışmamazlıqlar əsasında tərtib olunmuş aktlara əsasən ondan tutulmuşdur. Lakin o, həmin aktlarla tanış edilməmişdir və pul tutulmaları ilə razı deyildir. Yuxarıda göstərilənlərə əsasən şikayəti üzrə onun iştirakı ilə inzibati araşdırılma aparılması, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında AR Müdafiə nazirinin xx.xx.NNNNci il tarixli, N566 №-li əmrinin ləğv olunması, ondan qanunsuz olaraq tutulmuş pul vəsaitlərinin qaytarılması və bu pul vəsaitlərinin tutulması üçün əsas olmuş aktların, N №-li hərbi hissə komandirinin N №-li, NNNN-ci il tarixli əmrinin, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.NNNN-ci il tarixli və 148 №-li, NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab olunaraq ləğv olunması barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.NNNN-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinə və N nömrəli hərbi hissə komandirinə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirir ki, ondan pul tutulmaları haqqında əmrlər və həmin əmrlərin verilməsi üçün əsas olmuş aktlar ona indiyədək təqdiq edilməmişdir. Həmin ərizəsində bu tələbləri üzrə (xüsusən də pul tutulmaları üçün əsas olmuş aktlar üzrə) aparılacaq inzibati araşdırmada iştirak etməyə hazır olduğunu bildirmişdir. Müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.NNNN-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsi isə ərizəsini baxılması və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi üçün N №-li hərbi hissəyə (XN) göndərmişdir. N №-li hərbi hissə isə nəinki, onun müraciətini cavablandırmamış, həmçinin Azərbaycan Respublikası Hüquq İdarəsi tərəfindən onlara göndərilmiş ərizəsinin baxılmasının nəticələri barədə ona heç bir məlumat verməmişdir. İmtina cavabını isə əşasssız və qanunsuz hesab edir. Belə ki, imtina cavabında yalnız onun ehtiyata buraxılmağına münasibət bildirilmiş, ondan qanunsuz olaraq tutulmuş pul vəsaitlərinin qaytarılması və bu pul vəsaitlərinin tutulması üçün əsas olmuş aktların, N №-li hərbi hissə komandirinin N №-li, NNNN-ci il tarixli əmrinin, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.NNNN-ci il tarixli və 148 №-li, NNNN-ci il tarixli əmrlərinin qanunsuz hesab olunaraq ləğv olunması xahişlərinə isə heç bir münasibət bildirilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası N1 iyun NNNN-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs N nömrəli hərbi hissənin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə dair etiraz edərək izahatında bildirmişdir ki, ehtiyatda olan leytenant İddiaçı N nömrəli hərbi hissədə ərzaq xidməti rəisi vəzifəsində xidmət edərkən zabit adına yaraşmayan nalayiq hərəkətə yol verərək ailəli olduğu halda öz tabeliyində aşpaz vəzifəsində xidmət edən qadın hərbi qulluqçu əsgər X3 mütəmadi zəng edib onunla yaxın münasibət yaratmaq istəmiş, həyat yoldaşı Kübra Əliyeva ərinin ona zəng etdiyini bilib xx.xx.NNNN-ci ildə hərbi hissənin X1 gələrək orada səs-küy yaratmış və hərbi hissə komandirinə bu barədə şikayət etmişdir. Həmin faktla bağlı hərbi hissə komandiri tərəfindən araşdırma təyin olunmuş, alınmış izahatlara və telefon nömrələrindən edilmiş çıxarışlara əsasən leytenant İddiaçı QHQ əsgər F.Ağayevaya dəfələrlə onun istəmədiyi halda zəng etdiyi, onunla xidmətdənkənar yaxın münasibətlər qurmağa çalışdığı, bununlada hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətə yol verdiyi müəyyən edilmişdir. Buna görə də leytenant İddiaçı “Kiçik zabitlərin Şərəf Məhkəməsi”ndə dinlənilmiş və məhkəmə onun barəsində Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən “xidməti üyğunsuzluğa görə” ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. Qərar hərbi hissə komandirinə təqdim olunmuş və hərbi hissə komandiri verilmiş qərarla razılaşaraq leytenant İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması üçün təqdim etmiş, nəticədə leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli, N566 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Qeyd olunanlardan da görünür ki, leytenant İddiaçı ehtiyata buraxılması qanuni və əsaslı olmuşdur. Əlavə olaraq, leytenant İddiaçı xidmətdə olarkən N nömrəli hərbi hissə komandirinin N mart NNNN-ci il tarixli 148 nömrəli əmri ilə Ərzaq anbarında toxunulmaz ehtiyatda olan quru ərzaq payının sənədləşməsini düzgün aparmadığına görə 6N5 manat (bir vəzifə maaşı miqdarında), NN iyul NNNN-ci il tarixli N nömrəli Ərzaq xidmətinin sənədli təftiş yoxlaması zamanı aşkar olunmuş çatışmazlığa görə N manat, Müdafiə nazirinin müavini- X5 Komandanının N7 iyun NNNN-ci il tarixli, N nömrəli əmri ilə Mənzil İstismar xidmətinin vəziyyətinin yoxlanılmasının nəticələrinə əsasən "Təhkim olunmuş bina və obyektlərin vəziyyətini vaxtlı-vaxtında yoxlamadıqlarına, bina, qurğu, məntəqə və avadanlıqların saz vəziyyətdə saxlanmasına, vaxtından əvvəl aşınmadan qorunmasına nəzarət etmədiklərinə və yaranmış xırda zədələrin, nasazlıqların vaxtında aradan qaldırılması üçün tədbir görmədiklərinə görə” 1NNN manat maddi məsuliyyətə cəlb edilmiş (digər hərbi qulluqçularla birlikdə), həmin əmrlər “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamənin tələblərinə uyğun olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; N. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.1, 3N.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı N8 iyul NNNN-ci il tarixli xidməti xasiyyətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, leytenant İddiaçı xx.xx.NN19-cu il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, vəzifə və işlərinin icrasına məsuliyyətlə yanaşan bir zabit kimi göstərməyə çalışsa da, buna nail ola bilməmişdir. Hərbi nizamnamələrin və vəzifəsinin tələblərini bilən bir zabit kimi vəzifəsinin məsuliyyətini dərk etmir, tutulan iradlardan nəticə çıxarmır və öz üzərində nöqsanların aradan qaldırılması istiqamətində çalışmır. Silahlı Qüvvələrin nizamnamələrini qismən bilir və gündəlik xidmətində onların tələblərinə əsaslanmır. Verilən tapşırıqları xəta və gecikmələrlə yerinə yetirir. Tabelikdə olanlarla ünsiyyət yaratmağı bacarmır. Hərbi qulluqçunun şərəf və ləyaqətinə yaraşmayan hərəkətlərə yol verir. - İddiaçı xidmət vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.NN19cu il tarixdə toplanış zamanı təyin olunmuş vaxta gəlmədiyinə görə xx.xx.NN19-cu il tarixdə “töhmət”, xx.xx.NNNN-ci il tarixdə verilmiş tapşırığı vaxtında icra etmədiyinə görə xx.xx.NNNN-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.NNNN-ci il tarixdə vəzifə və işlərinin icrasına laqeyd yanaşdığına görə xx.xx.NNNN-ci il tarixdə “şiddətli töhmət” verilmişdir. - İddiaçı ilə aparılmış 1-ci və N-ci söhbət vərəqələrinin təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı xidmətində yaranmış nöqsanların aradan qaldırılması üçün vaxt verilməsini, qalan xidmət müddətini nöqsansız şəkildə başa vurmağına şərait yaradılmasını xahiş etmiş və ordu sıralarında qalıb xidmət etməyi böyük məmuniyyətlə istədiyini bildirmişdir. - N8 iyul NNNN-ci il tarixli raportun təsdiqlənmiş surətindən görünür ki, hərbi hissənin ərzaq təminatı bölməsinin ərzaq xidməti rəisi leytenant İddiaçı xidmətində yol verdiyi nöqsanlara, iş və vəzifəsinin icrasına laqeyd yanaşaraq tabeliyində olan işçilərə və qadın hərbi qulluqçulara kobud rəftarına, subordinasiya qaydalarını pozduğuna, xidməti vaxtı qadın hərbi qulluqçusu əsgər X3 xidmətdən kənar münasibət qurmağı təklif etdiyinə və zabitə yaraşmayan hərəkətinə görə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin N8 iyul NNNN-ci il tarixli, N nömrəli protokolundan çıxarışın təsdiqlənmiş surətindən görünür ki, leytenant İddiaçı məhkəmədə ona qarşı deyilən iradları təsdiqlədiyini, qadın hərbi qulluqçularla subordinasiya qaydalarını pozduğunu və ailəsində olan problemlərin xidmətə yansıtmasını səmimi etirafedərək, gələcək xidmətində bu cür xoşagəlməz hadisələrin olmamasını bildirərək, məhkəmə üzvlərindən barəsində düzgün qərar qəbul etməsini və xidmətdə qalaraq davam etdirməsi barədə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə üzvləri leytenant İddiaçı vəzifə borclarının icrasına laqeyd yanaşdığına, tabeliyində olan qadın hərbi qulluqçularla subordinasiya qaydalarını pozduğuna və zabit şərəfinə ləkə gətirəcək hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını təklif etmişdir. - N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsinin N8 iyul NNNN-ci il tarixli, qərarından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, leytenant İddiaçı, vəzifə borclarının icrasına laqeyd yanaşdığını, tabeliyində olan qadın hərbi qulluqçularla subordinasiya qaydalarını pozduğunu, tutulan iradlardan və aparılan söhbətlərdən nəticə çıxarmamasını, xidmət etdiyi kollektivdə nüfuzunun aşağı olmasını və zabit şərəfinə ləkə gətirəcək hərəkətlərə yol verdiyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - 1N iyul NNNN-ci il tarixli təqdimatın təsdiqlənmiş surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - Azərbaycan Respublikası Müdafiə nazirinin N8 iyuı NNNN-ci il tarixli, N566 nömrəli əmrindən çıxarışdan görünür ki, leytenant (zabit) 94N-cı Zenit Raket briqadasının (N nömrəli hərbi hissə) Arxatəminat bölməsinin Ərzaq xidməti rəisi İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 13 oktyabr NNNN-ci il tarixli, 1/X-13573 nömrəli məktubundan görünür ki, həqiqətən də İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilmədiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin N8 iyul NNNN-ci il tarixli müvafiq əmrinin dəyişdirilməsinə əsas olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ehtiyatda olan leytenant İddiaçı N nömrəli hərbi hissədə ərzaq xidməti rəisi vəzifəsində xidmət edərkən zabit adına yaraşmayan nalayiq hərəkətə yol verərək ailəli olduğu halda öz tabeliyində aşpaz vəzifəsində xidmət edən qadın hərbi qulluqçu əsgər X3 mütəmadi zəng edib onunla yaxın münasibət yaratmaq istəmiş, həyat yoldaşı Əliyeva Kübra ərinin ona zəng etdiyini bilib xx.xx.NNNN-ci ildə hərbi hissənin X1 gələrək orada səs-küy yaratmış və hərbi hissə komandirinə bu barədə şikayət etmişdir. Həmin faktla bağlı hərbi hissə komandiri tərəfindən araşdırma təyin olunmuş, alınmış izahatlara və telefon nömrələrindən edilmiş çıxarışlara əsasən leytenant İddiaçı QHQ əsgər F.Ağayevaya dəfələrlə onun istəmədiyi halda zəng etdiyi, onunla xidmətdənkənar yaxın münasibətlər qurmağa çalışdığı, bununla da hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətə yol verdiyi müəyyən edilmişdir. Buna görə də leytenant İddiaçı N nömrəli hərbi hissənin kiçik zabitlərin şərəf məhkəməsində dinlənilmiş və məhkəmə onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti üyğunsuzluğa görə) ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. Qərar hərbi hissə komandirinə təqdim olunmuş və hərbi hissə komandiri verilmiş qərarla razılaşaraq leytenant İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması üçün təqdim etmiş, nəticədə leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.NNNN-ci il tarixli, N566 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. Həmçinin, iş materiallarında olan İddiaçı ilə aparılmış 1-ci və N-ci söhbət vərəqələrinin təsdiqlənmiş surətlərindən görünür ki, xidmətində yaranmış nöqsanların aradan qaldırılması üçün vaxt verilməsini, qalan xidmət müddətini nöqsansız şəkildə başa vurmağına şərait yaradılmasını xahiş etmiş və ordu sıralarında qalıb xidmət etməyi böyük məmnuniyyətlə istədiyini bildirmişdir. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:
1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. N. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:
3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 3N.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.N-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs N nömrəli hərbi hissə) qarşı əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs N nömrəli hərbi hissə) qarşı əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov