Məhkəmə qərarları › İş №2-1(114)-1790/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1790/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1790/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi Qulusoylu Mətin Vahid oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı cavabdehin 21.09.2018-ci il tarixli, **********969400 saylı və 24.12.2018-ci il tarixli, **********409400 saylı qərarlarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh 12 saylı Ərazi Vergilər Departamentinə qarşı 03.07.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin büdcəsinə əsassız olaraq hesablanmış vergi məbləğlərinin yenidən haqq-hesab edilməsi və şəxsi vərəqədə göstərilən 54667.56 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10.09.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 12 saylı Ərazi Vergilər Departamentinin 21.09.2018-ci il tarixli, **********969400 saylı və 24.12.2018-ci il tarixli, **********409400 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 10.09.2019-cu il tarixli, 2-1(083)-1317/2019 nömrəli qərardad ilə iddiaçının nümayəndəsinin ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 01.10.2019-cu il tarixli, 2-1(083)-1317/2019 nömrəli qərardad ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2-1(083)-1317/2019 nömrəli qərardadından iddiaçı "xxxx" MMC Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 25.11.2019-cu il tarixli, 2-1(104)-800/2019 nömrəli qərardad ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 01.10.2019-cu il tarixli, 2-1(083)-1317/2019 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 19.03.2020-ci il tarixli, 2-1(083)-749/2019 nömrəli qərardad ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-1(083)-749/2019 nömrəli qərardadından iddiaçı "xxxx" MMC Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 07.08.2020-ci il tarixli, 2- 1(104)-502/2020 nömrəli qərardad ilə apelyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-1(083)-749/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(104)-502/2020 nömrəli qərardadından iddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının Ali Məhkəməsinə kasasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 14.04.2021-ci il tarixli, 2-1(102)-30/2021 nömrəli qərar ilə kasasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(104)-502/2020 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş Gəncə Apelyasiya Məhkəməsinə qaytarıldıqdan sonra Gəncə Apelyasiya Məhkəməsi 22.06.2021-ci il tarixli, 2-1(104)-544/2021 nömrəli qərardad qəbul edərək, Gəncə İnzibati Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2-1(083)-749/2019 nömrəli qərardadını ləğv etmiş və inzibati iş mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İnzibati iş Gəncə İnzibati Məhkəməsinə 10.08.2021-ci il tarixdə daxil olmuşdur. İş üzrə hazırlıq icraatı iclası 21 sentyabr 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Qulusoylu Mətin Vahid oğlu iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçının nümayəndəsi (vəkili) X2 ərizəsi təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 21.09.2018-ci il tarixli, **********969400 saylı və 24.12.2018-ci il tarixli, **********409400 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar