Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1793/2020 29.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2rşı Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 nömrəli qərarı ilə hər birinə ayrılıqda 0.06 ha olmaqla 0.12 ha və xx.xx.2002-ci il tarixli 40 nömrəli qərarı ilə 195 m2 cəmi 0.14 ha torpaq sahələrinə mülkiyyət hüquqlarının tanınması və çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X3 üzərinə öhdəlik qoyulması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X4(bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 nömrəli qərarı ilə hər birinə ayrılıqda 0.06 ha olmaqla 0.12 ha və xx.xx.2002-ci il tarixli 40 nömrəli qərarı ilə 195 m2, cəmi 0.14 ha torpaq sahələrinə mülkiyyət hüquqlarının tanınması və çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 nömrəli qərarı ilə hər birinə 0.06 ha və xx.xx.2002-ci il tarixli 40 nömrəli qərarı ilə İddiaçı2 195 m2 olan hazırda ev tikdirib yaşadıqları ünvan 1 ünvanında yerləşən, ümumilikdə 0.14 ha torpaq sahəsi verilmişdir. Hər ikisi ayrı-ayrılıqda həmin torpaqlar üçün dövlət büdcəsinə nəzərdə tutulmuş rüsumları ödəmişlər. Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Hazırda həmin torpaq sahəsinin üzərində tikilmiş (çardaq, yardımçı tikili) evdə yaşayırlar. Torpağa və üzərində tikilmiş fərdi yaşayış evinə çıxarışların alınması üçün cavabdehə müraciət etmişlər. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla torpaqların alqı-satqısına dair aktın Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına uyğun tərtib edilmədiyini bildirərək çıxarışların verilməsindən imtina etmişdir. Ona görə də hazırki mübahisəni məhkəmədən kənar həll edə bilmədikləri üçün məhkəməyə müraciət etməli olmuşlar. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək tələblərinin təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbi ilə bağlı etirazda qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 və 40 nömrəli qərarları, xx.xx.2003-cü il tarixli və xx.xx.2004-cü il tarixli Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubu və etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqanamüraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 nömrəli qərarları ilə iddiaçıların hər birinə ayrı-ayrılıqda həyətyanı məqsədi ilə 600.0 m2, xx.xx.2002-ci il tarixli 40 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli 40 nömrəli sərəncamı ilə İddiaçı2 həyətyanı məqsədi ilə 195.0 m2 torpaq sahəsi ayrılmış, Ağstafa Bələdiyyəsi və iddiaçılar arasında xx.xx.2003-cü il və xx.xx.2004-cü il tarixlərdə Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələri bağlanmış, Ağstafa rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 178 nömrəli sərəncamına əsasən 1400 m2 həyətyanı torpaq sahəsinə İddiaçı1 adına A №169423 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanaraq xx.xx.2009-cu ildə Dövlət Torpaq Kadastrı kitabında 1408 nömrə ilə uçota alınmışdır. İddiaçılar hazırda qeyd edilən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınıb və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini məhkəmədən xahiş edirlər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X3 **********71 nömrəli xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğunu yoxlayarkən müəyyən olunmuşdur ki, torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına uyğun tərtib edilməmişdir. Torpaqların alqı-satqı qaydalarına əsasən torpaqların alqı-satqılarına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçıların təqdim etdikləri torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin möhürü ilə təsdiq edilməmiş, həmçinin torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsində qeydiyyata alınmamış və ərazinin yerquruluşu xəritəsindən çıxarış ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar Ağstafa Bələdiyyəsinin 1400 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 və 40 nömrəli qərarlarını, xx.xx.2003-cü il tarixli və xx.xx.2004-cü il tarixli Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələrini və A № 169423 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nü təqdim etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Qanunun mənasından göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar mülkiyyət hüququnun qeydiyyata alınması əsas hesab olunur. İş materiallarında olan xx.xx.2003-cü il və xx.xx.2004-cü il tarixli Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqavilələrindən görünür ki, iddiaçılar və Ağstafa Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış, lakin torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına uyğun tərtib edilməmişdir. Bundan əlavə İddiaçı2 adına verilmiş həyətyanı məqsədi ilə nəzərdə tutulan 195.0 m2 torpaq sahəsinin alqı-satqı müqaviləsi iş materiallarında mövcud deyildir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X2rşı Ağstafa Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 21 nömrəli qərarı ilə hər birinə ayrılıqda 0.06 ha olmaqla 0.12 ha və xx.xx.2002-ci il tarixli 40 nömrəli qərarı ilə 195 m2, cəmi 0.14 ha torpaq sahələrinə mülkiyyət hüquqlarının tanınması və çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1793/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1793/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver