Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1793/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Samux rayonu Ziyadlı bələdiyyəsi, X6 və X7) qarşı Samux rayonu, İstixana qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 31 nömrəli məktubunda Samux rayonu, İstixana kəndi ərazisində yerləşən torpaq sahəsinin İddiaçı Oklumay oğluna Torpaq Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq alqı-satqı yolu ilə satılması məsələsinə baxılmasını məqsədə uyğun hesab etmişdir.
2. Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin ərazisindən İddiaçı həyətyanı məqsədilə 0.08 hektar torpaq sahəsinin satılması qərara alınmışdır.
3. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin həyətyanı torpaq sahəsinin ayrılaraq İddiaçı satılmasını məqsədəuyğun hesab etmişdir.
4. Eyni zamanda DT və XK-nin Samux rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsi olması, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
5. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 304.00 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 46 nömrə ilə qeydiyyata alınmışdır.
6. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2012-ci il tarixli A№401345 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X11 kitabında 1346 nömrə ilə uçota alınmışdır.
7. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, tərtib olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, ərizəyə əlavə edilmiş Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli protokolundan çıxarış və xx.xx.2012-ci il tarixli 46 saylı “Torpaqların alqı-satqısına dair” Aktının xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, **********0023 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq olduğu, belə ki, yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan (yola) əraziyə düşdüyü müəyyən edilmiş və bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 3711/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan sərəncama tərəflərindən göndərilən xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1834/2024 saylı məktubunda texniki səhvlik olaraq "mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (kompleks yerqurluşu planına - DWG) əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlara düşdüyü, faktiki (naturada) təqdim edilən torpaq sahəsinin isə **********022 və **********023 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir" qeyd olunmuşdur. Əslində mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (kompleks yerqurluşu planına - DWG) əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlara düşdüyü, faktiki (naturada) təqdim edilən torpaq sahəsinin isə **********022 və **********024 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Respublikası torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
9. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A№401345 nömrəli planda göstərilən 800.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi barədə 2012-ci il tarixində hazırlanmış hər-hansı plan və yaxud xəritə materialı mövcud deildir. 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A№401345 nömrəli planda göstərilən 800.0 kv.m torpaq sahəsinin 519.5 kv.m hissəsi 369 nömrəli bələdiyyə balansında olan torpaq sahəsi, 192.7 kv.m hissəsi açıq sahə, 87.8 kv.m hissəsi isə yol sahəsi ilə üst-üstə düşür (Bax plan 1). X5 X9ndə (TEKUİS) və AzCAD-da həmin 800.0 kv.m torpaq sahəsinin 712.3 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı, 87.7 kv.m hissəsi isə infrastruktur (yol) sahə olaraq göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 2). Elektron kadast bazası materiallarına istinadən, həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd qeydə alınmadığı müəyyən olundu. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 646.0 kv.m hissəsi A№401345 nömrəli planda göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Həmin 800.0 kv.m torpaq sahəsinin 539.0 kv.m hissəsi, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən (369 nömrəli) bələdiyyə balansında olan torpaq sahəsi ilə, 193.0 kv.m hissədə açıq sahə ilə və 68.0 kv.m hissədə isə yol sahəsi ilə üst-üstə düşür (Bax plan 3). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsi üzərində heç bir tikili və qurğu mövcud deyildir və həmin sahə faktiki olaraq ərazidə mövcud olan yol ilə üst-üstə düşmür (Bax ortofo görüntü). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 735.0 kv.m hissəsinin X5 X9ndə (TEKUİS) və AzCAD-a əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı sahə, 65.0 kv.m hissəsinin isə infrastruktur (yol) sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. (Bax plan 4). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsi üzərində, Elektron kadast bazası materiallarına istinadən mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədi qeydə alınmadığı müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 30.0 kv.m hissəsinin elektron kadastr bazası materiallarında kadastr nömrəsi **********0024 olan torpaq sahəsi ilə, 121.0 kv.m hissəsinin isə kadastr nömrəsi **********0022 olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 3) A№401345 nömrəli planda göstərilən 800.0 kv.m və eyni zamanda naturada təqdim olunan 800.0 kv.m torpaq sahələri üzərində elektron kadast bazası materiallarına istinadən mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənəd qeydə alınmadığı müəyyən olundu. 4) Elektron baza materiallarına istinadən sözügedən torpaq sahəsinin, mühafizə və qorunma zonaları ilə üst-üstə düşməsi halı aşkarlanmadı.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 8014/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsinin arxiv və elektron baza məlumatlarına əsasən, məhkəmə sorğusunda qeyd olunan **********0022 kadastr nömrəsinə dair məlumat aşkar edilməmişdir. Aparılan araşdırma zamanı Ərazi İdarəsinin dəqiqləşmə barədə 3-21-3-33/2-3711/2024 nömrəli məktubunda mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (kompleks yerquruluşu planına - DWG) əsasən, bələdiyyə mülkiyyətinə aid torpaqlara düşdüyü, faktiki (naturada) təqdim edilən torpaq sahəsinin isə **********022 və **********024 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə üst-üstə düşdüyü barədə məlumat qeyd olunmuşdur. Məhkəmə sorğusunun icrasının təmin olunması məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli sorğu göndərilmişdir. Qeyd olunan sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda mərkəzin arxivində **********0022 və **********0024 nömrəli "Torpaq sahəsinin Azərbaycan Respublikası planı və ölçüləri"nin arxiv nüsxələrinin və onların tərtib edilməsinə əsas torpaqayırma sənədlərinin aşkar edilmədiyi və X12 Kadastrı Mərkəzində 2012-cü ilin sentyabr ayı üzrə yerinə yetirilmiş işlərə dair hesabatda **********0022 və **********0024 nömrələrin qeyd edildiyi (sıra 55 - Nəsibov İlham, və sıra 57 - Məmişov Saleh) bildirilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, İstixana qəsəbəsində yerləşən və onun mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, o, Samux rayonu Ziyadlı bələdiyyəsinə 2012ci ildə müraciət edərək, uzun illər faktiki istifadə və sahibliyində olan 0.08 ha torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin iddiaçıya satılmasına dair Ziyadlı bələdiyyəsi tərəfindən 6 mart 2012-ci il tarixli 8 nömrəli protokol qərarı qəbul edilmiş, xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi tərtib edilərək, tərəflərin və rayon torpaq şöbəsinin müdirinin imzaları ilə təsdiq edilmişdir. Samux rayon Ziyadlı bələdiyyəsinin həmin qərarından və rayon torpaq şöbəsində təsdiqlənmiş alqı-satqı aktdından sonra onun həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. Ona görə də, onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə tələbi haqlı olmuşdur. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair ƏMDX-nin DƏDKR-nin Gəncə şəhər 3 saylı Ərazi İdarəsinə müracət edilmişdir. 3 saylı Gəncə Ərazi İdarəsində onun müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli imtina cavabı verilmişdir. Cavabdeh imtina məktubunda imtinanın səbəbi kimi bildirilmişdir ki, **********0023 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq olduğu, belə ki, yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan (yola) əraziyə düşdüyü müəyyən edildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda cavabdeh imtina məktubunda bildirmişdir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən "Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir". Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə "Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi" tələb olunur. xx.xx.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Hesab edirlər ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanunsuzdur. Belə ki, işin hallarından görünür ki, iddiaçı Samux rayonu İstixana qəsəbəsində yerləşən, uzun müddət faktiki istifadəsində olan 8 sot torpaq sahəsinin ona satılmasını xahiş etmiş və bələdiyyənin xx.xx.2012-ci il tarixli protokol qərarı ilə həmin torpaq sahəsi ona satılmışdır. Bələdiyyə qərarından əvvəl rayon Torpaq və DT və XK-nın Samux rayon şöbəsi tərəfindən bələdiyyə ilə birlikdə satılacaq torpaq sahəsinin yerquruluşu planından çıxarış hazırlanmış, torpaq sahəsinin planı və ölçüsünə dair rəy verilmiş, torpağın Ərazi Kadastr qrupu və qiyməti müəyyən edilmiş, Samux rayon İHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyi alınmış və torpağın satış qiyməti olan 304 manat ödənilməklə, rayon torpaq şöbəsində tərəflərin iştirakı ilə alqı-satqı aktı tərtib olunmuşdur. Sənədlərdən görünür ki, bütün sənədlər qanuna uyğun hazırlanmış və icra edilmişdir. Cavabdeh imtinasında qeyd etmişdir ki, torpaq sahəsinin plan və ölçü sənədində guya qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq vardır, guya yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsi yola düşür. Hesab edirik ki, cavabdehin imtinasının səbəbləri iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtinası üçün əsaslı deyildir. Yeni uçot xəritəsində cavabdehin qeyd etdiyi torpaq sahəsinin bir hissəsinin yola düşməsi cavabdehə veriləcək plan ölçü sənədinin hazırlanmasına mane olan hal kimi nəzərə alına bilər. Bu sonradan yarana biləcək mübahisə ola bilər. Hazırki mübahisə predmeti isə torpaq üzərində müvafiq hüquqverici sənədlərə uyğun yaranmış mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsindən ibarətdir. Cavabdeh bu tələbi icra etməyə borclu olduğu halda, bundan əsassız imtina etmişdir. Bundan başqa cavabdeh imtinasında Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 9.6 və 6.2 maddələrinə əsaslanaraq qeyd edir ki, xx.xx.2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının alqı-satqısı üçün hərrac protokolu və hərracın nəticələrinə dair alqı-satqı müqaviləsi tələb olunur." Hesab edirlər ki, cavabdehin bu əsasla qeydiyyatdan imtina etməyə hüququ yoxdur.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
14. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu, İstixana qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni torpaq sahəsinin plan və ölçüsü barədə sənəd tərtib edilməklə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində adına qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
18. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə Samux rayonu Ziyadlı bələdiyyəsi, X6 və X7 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmış (qərarın 8-ci bəndi) və əlavə olaraq qeyd edilmişdir ki, araşdırma zamanı, mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (kompleks yerqurluşu planına-DWG) əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlara düşdüyü, faktiki (naturada) təqdim edilən torpaq sahəsinin isə **********022 və **********23 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
25. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
26. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun naturada istifadə etdiyi torpaq sahəsi heç bir halda yola düşmür. Torpaq sahəsinin arxa tərəfindən yol mövcud deyildir, qonşu torpaq sahəsinin sahibi öz evinə gediş-gəliş üçün cığır kimi yer saxlamışdır. Cavabdeh orqan isə həmin ərazini yol kimi xəritədə göstərməklə, onun torpaq sahəsinin yola düşdüyünü iddia edir. Hətta həmin hissə yol olacağı halda belə, onun torpaq sahəsi həmin yola düşmür. O, torpaq sahəsini dəmir setka ilə hasarlamışdır və torpaq sahəsi ona bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək o hazırkı sahə və konfiqurasiya üzrə istifadə edir. Qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələri yoxdur, hərə özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə edir.
28. Cavabdeh orqanın nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin xx.xx.2011-ci il tarixli 135 nömrəli məktubu; - Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli qərarı; - Torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - Torpaqların alqı-satqısına dair xx.xx.2012-ci il tarixli 46 nömrəli akt;
30. Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 31 nömrəli məktubu;
31. xx.xx.2012-ci il tarixli A № 401345 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi;
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu;
33. Məhkəmənin sorğusuna Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 17 nömrəli cavab məktubu;
34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 3711/2024 nömrəli cavab məktubu;
35. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 8014/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
36. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
37. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli qərarı ilə bələdiyyənin ərazisindən İddiaçı həyətyanı məqsədilə 0.08 hektar torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin həyətyanı torpaq sahəsinin ayrılaraq İddiaçı satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Samux rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsi olması, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 304.00 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin samux rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 46 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2012-ci il tarixli A№401345 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X11 kitabında 1346 nömrə ilə uçota alınmışdır.
38. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, tərtib olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, belə ki, ərizəyə əlavə edilmiş Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli protokolundan çıxarış və xx.xx.2012-ci il tarixli 46 saylı “Torpaqların alqı-satqısına dair” aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, **********0023 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq olduğu, belə ki, yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan (yola) əraziyə düşdüyü müəyyən edilmiş və bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır.
39. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin planı və ölçüsü sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
41. Mübahisəli torpaq sahəsi iddiaçıya Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-cu il tarixli 08 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli 46 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Samux rayonu Ziyadlı bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
42. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, ərizəyə əlavə edilmiş Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli protokolundan çıxarışı və xx.xx.2012-ci il tarixli 46 saylı “Torpaqların alqı-satqısına dair” Aktı xx.xx.2007-ci il tarixindən sonra tərtib edilmişdir.
43. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
44. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
45. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
46. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
47. Hazırkı iş materialları, o cümlədən icraat iştirakçılarının izahatları ilə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
48. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
49. Cavabdeh orqanın digər dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı, **********0023 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında fərq olduğu, belə ki, yeni uçot xəritəsinə əsasən torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan (yola) əraziyə düşdüyü müəyyən edilmişdir. Araşdırma zamanı mübahisəli torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına (kompleks yerquruluşu planına-DWG) əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlara düşdüyü, faktiki (naturada) təqdim edilən torpaq sahəsinin isə **********022 və **********24 nömrəli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
50. Məhkəmə bununla bağlı qeyd edir ki, əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A№401345 nömrəli planda göstərilən 800.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi barədə 2012-ci il tarixində hazırlanmış hər-hansı plan və yaxud xəritə materialı mövcud deildir. 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A№401345 nömrəli planda göstərilən 800.0 kv.m torpaq sahəsinin 519.5 kv.m hissəsi 369 nömrəli bələdiyyə balansında olan torpaq sahəsi, 192.7 kv.m hissəsi açıq sahə, 87.8 kv.m hissəsi isə yol sahəsi ilə üst-üstə düşür (Bax plan 1). X5 X9ndə (TEKUİS) və AzCAD-da həmin 800.0 kv.m torpaq sahəsinin 712.3 kv.m hissəsi bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı, 87.7 kv.m hissəsi isə infrastruktur (yol) sahə olaraq göstərilən sahə ilə üst-üstə düşür (Bax plan 2). Elektron kadast bazası materiallarına istinadən, həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd qeydə alınmadığı müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 646.0 kv.m hissəsi A№401345 nömrəli planda göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Həmin 800.0 kv.m torpaq sahəsinin 539.0 kv.m hissəsi, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən (369 nömrəli) bələdiyyə balansında olan torpaq sahəsi ilə, 193.0 kv.m hissədə açıq sahə ilə və 68.0 kv.m hissədə isə yol sahəsi ilə üst-üstə düşür (Bax plan 3). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsi üzərində heç bir tikili və qurğu mövcud deyildir və həmin sahə faktiki olaraq ərazidə mövcud olan yol ilə üst-üstə düşmür (Bax ortofo görüntü). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 735.0 kv.m hissəsinin X5 X9ndə (TEKUİS) və AzCAD-a əsasən bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı sahə, 65.0 kv.m hissəsinin isə infrastruktur (yol) sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. (Bax plan 4). İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsi üzərində, Elektron kadast bazası materiallarına istinadən mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədi qeydə alınmadığı müəyyən olundu. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin 30.0 kv.m hissəsinin elektron kadastr bazası materiallarında kadastr nömrəsi **********0024 olan torpaq sahəsi ilə, 121.0 kv.m hissəsinin isə kadastr nömrəsi **********0022 olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. A№401345 nömrəli planda göstərilən 800.0 kv.m və eyni zamanda naturada təqdim olunan 800.0 kv.m torpaq sahələri üzərində elektron kadast bazası materiallarına istinadən mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənəd qeydə alınmadığı müəyyən olundu. Elektron baza materiallarına istinadən sözügedən torpaq sahəsinin, mühafizə və qorunma zonaları ilə üst-üstə düşməsi halı aşkarlanmadı.
51. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən (torpaqayırma zamanı) tərtib edilmiş A№401345 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etmir.
52. İddiaçı öz izahatında torpaq sahəsini dəmir setka ilə hasarladığını, torpaq sahəsinin ona bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə etdiyini, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələrinin olmadığını, hərənin özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə etdiyini bildirmişdir.
53. Əksi olduğu təqdirdə, yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin A№401345 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrə olması və bununla da həmin koordinatlarda yerləşən torpaq sahəsinin qonşu sahələrlə (kadastr nömrəsi **********0024 və **********0022 olan) üst-üstə düşməsi barədə dəlillərin doğruluğu qəbul ediləcəyi halda, bu zaman cavabdeh orqan həmin torpaq sahələrinin sahiblərinə də eyni əsasla (iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üst düşmə əsası ilə) imtina verilməli və hüquqlarının qeydiyyatı aparılmamalı idi.
54. Lakin məhkəmə tərəfindən həmin torpaq sahələrinə çıxarış verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici və texniki sənədlər əldə edilərək, öyrənilmiş və məlum olmuşdur ki, həmin torpaq sahələri də Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 08 nömrəli qərarı ilə ayrılmışdır.
55. Yəni, göründüyü kimi, iddiaçı və üçüncü şəxslərə eyni torpaq sahəsinin ayrılması və bu əsasla da üst-üstə düşməsi mümkün deyil, ona görə ki, eyni iclasda qəbul edilmiş eyni tarixli və eyni nömrəli bələdiyyə qərarı ilə həm İddiaçı, həm də üçüncü şəxslər X7 və X4 Samux rayonu, İstixana kəndində yerləşən 0.08 ha torpaq sahələri ayrılmışdır.
56. Hətta həmin iclas protokolunda (“iclasın gündəliyi”) öz əksini tapmışdır ki, Samux rayonu, İstixana kənd sakinləri İddiaçı, X7 və X3 (və başqa 2 nəfər) uzun illərdir istifadələrində olan 0.08 ha həyətyanı torpaq sahəsinin başqa vətəndaşlara satılması mümkün olmadığından özlərinə satılmışdır.
57. Torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan (yola) əraziyə düşməsi ilə bağlı dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, mütəxəssis rəyində iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 800.0 kv.m torpaq sahəsinin faktiki olaraq ərazidə mövcud olan yol ilə üst-üstə düşmədiyi, yalnız 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən 68.0 kv.m hissədə, X5 X9ndə (TEKUİS) və AzCAD-a əsasən isə 65.0 kv.m hissəsinin yol sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir.
58. Lakin ortofoto görüntü ilə müəyyən edilir ki, faktiki olaraq yol ilə üst-üstə düşmə halı mövcud deyildir.
59. İddiaçı da naturada istifadə etdiyi torpaq sahəsinin yola düşmədiyini, torpaq sahəsinin arxa tərəfindən yolun mövcud olmadığını, qonşu torpaq sahəsinin sahibi öz evinə gediş-gəliş üçün cığır kimi yer saxladığını, cavabdeh orqan isə həmin ərazini yol kimi xəritədə göstərməklə, onun torpaq sahəsinin yola düşdüyünü iddia etdiyini bildirmişdir.
60. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.
61. İddiaçının hazırki tələbi də Samux rayonu, İstixana qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi hazırlanmaqla, həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsindən ibarətdir.
62. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
1. “Azərbaycan Respublikasında X5 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X5 X9nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
63. Azərbaycan Respublikasında X5 X9nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
64. Göründüyü kimi, X5 X9 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.
65. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Samux rayonu, İstixana qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
66. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
67. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
68. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Samux rayonu, İstixana qəsəbəsində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə uyğun olaraq yeni torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva