Məhkəmə qərarları › İş №2-1(114)-1798/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1798/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1798/2025 13.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi və ona həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstəliyinə əsasən, orqanizmin funksiyasının pozulma faizinin müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-189/2024 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3480/2023 nömrəli qərarı İddiaçı əlillik təyinatından imtina edilməsi hissəsində ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 80 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-378/2024 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-189/2024 nömrəli qərarı ləğv edilmiş, iş materiallarının mümkünlük məsələsinə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 10 il Dövlət Sərhəd Xidmətində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travma nəticəsində hər iki qolu zədələnmiş hətta ürəyində və boynunda da problemlər yaranmışdır. 2010-cu ildə fevral ayında mərkəzi TSEK-də müayinədə olmuş və ona 3-cü qrup əlillik təyin edilmişdir. İddiaçı qol və ürəyindən dəfələrlə stasionar və ambulator müalicələr almışdır. Hər iki qolunun zədələnməsi onun əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olmuşdur. İddiaçı Travmatologiya institunda müayinələrdə olmuş və ona “Sağ bazu oynağının qeyri stabilliyi. Kontrakturası və tez-tez təkrarlanan oynaq çıxığı və sol tinüstü əzələ vətərinin qopması” diaqnozu qoyulmuşdur. O, sağ qolunu sərbəst hərəkət etdirə bilmir. Dərhal qolu kökündən çıxır. Daima hər iki qolunun ağrısından əziyyət çəkir. İddiaçı xx.xx.2022-ci il tarixdə orqanizmin funksiyasının pozulma faizinin yenidən qiymətləndirilməsi üçün mərkəzi TSEK-də müayinədə olmuş, səthi qaydada baxılaraq nəticədə “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarında 13.3.8 bəndində orqanizmin funksiyasının pozulma faizinin göstərilməsinə baxmayaraq, TSEK tərəfindən iddiaçının orqanizm funksiyasının pozulması faizi qiymətləndirilməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1798/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1798/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli əlilliyin təyin olunmasından imtina barədə qərarının ləğv edilməsi və ona həmin tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları DSX Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 1218 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyrinizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı. Somatogen mənşəli zəif nevrotik reaksiyalar. Fəsadlaşmış çoxlu karies” diaqnozu “Xəstəlikdir hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. İddiaçı xx.xx.2010-cu il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixədək Hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2012, xx.xx.2014, xx.xx.2015-cü il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 1 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar təkrar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən “ÜİX xəstəliyi gərginlik stenokardiyası İİİfs tez-tez sakitlik stenokardiyası” diaqnozu ilə 5 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar təkrar İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 604 nömrəli qərarına əsasən, sabiq hərbi qulluqçu kapitan İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin 24.08.21-ci il tarixli 1018 nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyin səbəb əlaqəsinə baxılmışdır. Təqdim olunan sənədlərə (Azərbaycan Respublikası DSX HH-nın 26.11.08-03.12.18-ci il tarixli 1605 №-li xəstəlik tarixi və MHHKnın 27.10.09 il tarixli 1218 №-li xəstəlik şəhadətnaməsi, Azərbaycan Respublikası DSX SQ-nın 02.09.21-ci il tarixli k/30/3027 N№-li arxiv arayışı, notarial qaydada təstdiq olunmuş travma haqqında şahid ifadələri) əsasən İddiaçı xx.xx.20N il tarixdə N saylı hərbi hissədə xidmət edərkən 1-ci SZ-na ezam olunmuş və fəlakət(sel) zamanı xidməti vəzifələrini icra edərkən atdan yıxılaraq sağ çiynindən zədə almış, ilkin tibbi yardım hərbi hissənin tibb məntəqəsində göstərilmişdir. 26.11.08-03.12.18-ci il tarixlərdə DSX Hərbi Hospitalinda stasionar müalicədə olmuşdur. Dz: 1) Funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyri nizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı. 2) Somatogen mənşəli zəif nevrotik reaksiyalar. Fəsadlaşmış çoxlu karies. 1) Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. 2) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Ağdam Rayon Mərkəzi Xəstəxana Xəstəliyə görə ambulator müraciətlər - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022) - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2023) - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022) - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları (müraciət tarixi xx.xx.2022) Həkim müayinəsinin nəticələri: - M24.4 Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Bazu oynağının bankrot lezionu. (müayinə tarixi xx.xx.2023) - M25.3 Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi. ağrılı oynaq. Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kantraturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı). Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası. Ətraf əzələrinin atrofiyası. Daimi ağrı sindromu.Sol əlin tutma funksiyasının hər iki yuxarı ətrafın funksiyasının pozulması. (müayinə tarixi xx.xx.2023) - İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası İİİ f.s.teztez baş verən tutmalarla. Hipertoniya xəstəliyi İİİ mərhələ B faza,tez-tez baş verən hipertonik krizlərlə. (müayinə tarixi xx.xx.2023) Rentgenoqrafiya tək anatomik nahiyə -Sağ bazunun tez tez təkrarlanan adəti çıxığı, bazu sümüyünün başının subkortikal deffekti. Bazu oynağının Bankart lezionu. Sağ bazu oynağının qeyri stabilliyi. Ağrılı oynaq.Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kontrakturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı) Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. Sağ əlin tutma funksiyasının pozulması.Ağrı sindromu. Hər iki yuxarı ətrafın funksiyasının pozğunluğu. Ətrafların əzələ hipotrofiyası. Null (müayinə tarixi xx.xx.2022) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz M24.4, Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti.Bazu oynağının bankrot lezionu. Xəstəliyi hərbi travmadır hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. - Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bazu oynağının kəskin kantraturası. M24.5 Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası. - Ağırlaşma M25.5 Oynaqda ağrı, Ağrılı oynaq. - Ağırlaşma M19.2 Digər ikincili artroz, Sağ bazu oynağının deformasiyaedici artrozu - Ağırlaşma M25.3 Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi - Ağırlaşma T92.3 Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasiyanın nəticələri, Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı) xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası. LVEF-63%.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2023cü il tarixdə “M.C.Əliyev üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” phş-nın xx.xx.2023-cü il tarixli, T 710/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı məhkəmə tibbi müayinəsi zamanı X6 və Ortopediya İnstitutuna göndərilmiş və onun xx.xx.2023-cü il tarixdə mütəxəssislər tərəfindən müayinəsi zamanı ona “Sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı (Bekart zədələnməsi), bazu oynağının qeyri-stabilliyi, sol tinüstü (supraspinator) köhnəlmiş yırtığı, ağrı sindromu, funksiya pozğunluğu ilə” diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Oynaqların kontrakturası, sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu sümüyünün başının subkortikal defekti, oynağın digər qeyri-stabilliyi, sağ bazu oynağının qeyri-stabilliyi” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” phş-nın xx.xx.2024-cü il tarixli, T 483/2024 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə X8 və Trovmotologiya İnstitutunda komissiya tərəfindən müayinəsi zamanı ona “Sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı. Bazu oynağının qeyri-stabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill Sach lezionu), bazu oynağının Bancart zədələnməsi, bazu əzələlərin hipotrofiyası, tendinozu. Bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası. (aktiv uzaqlaşma = 30-35dər. rotasiya 20dər.) ağrı sindromu, sağ yuxarı ətraf funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. - Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya hazırda hansı Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli F00004410FVP nömrəli Forma 088 göndərişində qeyd edilmiş əsas diaqnoz: M24.5- Oynaqların kontrakturası. Sağ bazunun tez-tez təkrarlanan adəti Çıxığı. Bazu sümüyünün başının subkortikal defekti. Bazu oynağının. Hərbi travmadır. Hərbi vəzifələrini yerinə yetirərkən almışdır. Ağırlaşmalar 192.3-Yuxarı ətrafın çıxığının, gərilməsinin və deformasitasının nəticələri, sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı). Sağ bazu oynağının M24.5-Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. 273.6-Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması sağ əlin tutma funksiyasının pozulması Hər iki yuxarı ətraf funksiyasının pozulması; M19.2-Digər ikincili artroz. Sağ bazu oynağının deformasiyalı artrozu; M24.4- Oynaqların təkrarlanan çıxıq və burxulmaları. Bancart lezyon; M25.3 Oynağın digər qeyri-stabilliyi Sağ bazu oynağının qeyri stabilliyi; M25.5- Oynaqda ağrı. Ağrılı oynaq; M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ətraf əzələlərinin hipotrofiyası. R52.0-daimi ağrı sindromu. Yanaşı xəstəliklər: İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ B faza, tez-tez başverən hipertonik krizlərlə; İ20.8- Stenokardiyanın digər formaları. Ü.İ.X-yi. Gərginlik stenokardiyası İİİ f.s. tez-tez baş verən tutmalarla; M42-Onurğanın osteoxondrozu. Servikal osteoxondroz” diaqnoz ona stasionarda anamnestik, klinik və laborator instrumental müayinələr əsasında təyin edilmiş və əyani müayinədə sağ bazunun uzaqlaşdırıcı hərəkətində krepitasiya eşidilmiş, bazu oynağında hərəkətlər ağrılı, tam həcimdə olmuş, əzələlərdə atrofiya qeyd olunmamışdır. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xəstə İddiaçı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə ilk dəfə xx.xx.2023-cü il tarixdə olmuş, Ona digər oynaqların posttravmatik artrozu, ikibaşlı əzələnin tendiniti, bazu oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi diaqnozu qoyulmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə əzələlərin dəqiqləşdirilməmiş birincili zədələnməsi, oynaqların kontrakturası, oynaqların təkrarlanan çıxıq və burxulmaları, hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, digər daimi ağrı diaqnozu, xx.xx.2024-cü il tarixdə oynağın digər qeyristabilliyi diaqnozları qoyulmuşdur. - Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İnistitutda olarkən yenidən müayinə olunaraq əvvəlki diaqnozlara oxşar sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu oynağının qeyri-stabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill-sach lezionu, bazu oynağının bankart zədələnməsi, bazu əzələlərinin hipotrofiyası, tendinozu, bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası, (aktiv uzaqlaşma = 30-350 rotasiya + 200 ), ağrı sindromu, sağ yuxarı ətraf funksiyanın pozulması diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri 13.3 ... Artrozlar M15-M19 ... Qiymətləndirmə ... 13.3.9. bazu sümüyünün psevdoartrozu: qeyri-stabil- 40 faiz- müddətsiz (26 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) ...

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixdən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyada 13-cü bəndində sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, 13.3-cü yarımbəndində artrozlar (M15-M19) nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, bazu sümüyünün psevdoartrozu: qeyri-stabil olması – orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir (13.3.9-cu yarımbənd). İş materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Stenokardiyanın digər formaları, Ü.İ.X-yi Gərginlik stenokardiyası. LVEF-63%.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilən xx.xx.2023-cü il tarixli göndəriş üzrə iddiaçıya “Digər ikincili artroz, Sağ bazu oynağının deformasiyaedici artrozu” M19.2 ağırlaşma diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticələrindən iddiaçıda “oynaqların təkrarlanan çıxıq və burxulmaları, Sağ bazunun tez-tez təkarlanan adəti çıxığı. Bazu sümüyünün başının subxondral defekti. Bazu oynağının bankrot lezionu; Oynağın digər qeyri-stabilliyi, Sağ bazu oynağının qeyri stabilliyi. ağrılı oynaq. Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kantraturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı). Sol bazu oynağının yaxınlaşdırıcı kantrakturası. Ətraf əzələrinin atrofiyası. Daimi ağrı sindromu.Sol əlin tutma funksiyasının hər iki yuxarı ətrafın funksiyasının pozulması” müəyyən olunur. Həmçinin xx.xx.2022-ci il tarixli rentgenoqrafiyadan “Sağ bazunun tez tez təkrarlanan adəti çıxığı, bazu sümüyünün başının subkortikal deffekti. Bazu oynağının Bankart lezionu. Sağ bazu oynağının qeyri stabilliyi. Ağrılı oynaq.Sağ bazu oynağının deformasiyaedici artrozu. Sağ bazu oynağının kəskin kontrakturası. Sol tinüstü əzələ vətərinin köhnəlmiş qopması (yırtığı) Sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası. Sağ əlin tutma funksiyasının pozulması. Ağrı sindromu. Hər iki yuxarı ətrafın funksiyasının pozğunluğu. Ətrafların əzələ hipotrofiyası” müəyyən olunur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu oynağının qeyri-stabilliyi xəstəliyi üzrə qanunvericilikdə nəzərdə tutulan qaydada müalicələr almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. Bundan başqa “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunaraq sağ bazunun tez-tez təkrarlanan adəti çıxığı, bazu oynağının qeyristabilliyi, bazu sümüyü başının subkortikal defekti (Hill-sach lezionu, bazu oynağının bankart zədələnməsi, bazu əzələlərinin hipotrofiyası, tendinozu, bazu oynağının yaxınlaşdırıcı rotasion kontrakturası, (aktiv uzaqlaşma = 30-350 rotasiya + 200 ), ağrı sindromu, sağ yuxarı ətraf funksiyanın pozulması diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd olunan mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli, 604 nömrəli qərarına əsasən, funksiyaların mülayim dərəcədə pozulması ilə sağ bazu oynağının rotator mangetinin köhnə cırılması, xroniki krepitasiyaedən periartrit, bazu oynağının qeyri nizamsızlığı və azacıq fiziki gərginlikdən yaranan yarımçıxığı - Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü ilədək qüvvədə olan redaksiyada 13.3.9-cu yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü ilədək qüvvədə olan redaksiyada 13.3.9-cu yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Mobil Çingiz oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 26 iyul 2023-cü ilədək qüvvədə olan redaksiyada 13.3.9-cu yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar