Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1799/2021 17.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 26.05.202N-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş N8.06.202N ci il tarixli, 2-N(NN2)- 6940/202N nömrəli qərardadla iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Daxili Qoşunların 5456 (997N3), N50NN, N50N4, 25032, N nömrəli hərbi hissələrində xidmət etmişdir. 25.N2.N99N-ci ildə N nömrəli hərbi hissədə xidmətə başlamışdır. N3.NN.N993-cü il tarixdə Beyləqan rayonunadöyüş zonasına ezam olunmuşdur. Oraya apardığı hərbi texnikada bir müddət sonra problem yarandığı üçün özünün xidmət etdiyi 997N3 nömrəli hərbi hissəyə qayıtmağı barədə komanadanlıq tərəfindən göstəriş verilmişdir. O, texnikanı Hacıqabulda olan hərbi hissəyə sürüb gətirdikdən sonra Bakı şəhərinə xidmət etdiyi 997N3 nömrəli hərbi hissəyə getmişdir. İddiaçı Ağdam rayon Komissarlığına gedərək xidmətində baş verənləri danışmış, komissarlıq tərəfindən ona tövsiyyə edilmişdir ki, 997N3 nömrəli hərbi hissədə xidmətdə olması barədə arayış alınmalı və komissarlığa təqdim edilməlidir. İddiaçı Bakı şəhərində yerləşən 997N3 nömrəli hərbi hissəyə gedərək onun qeyd edilən hərbi hissədə xidmət etdiyini təsdiq edən sənədin verilməsini tələb etdikdə ona adının siyahıda olmadığını, həmin hərbi hissədə xidmət etməsi ilə bağlı heç bir sənəd verə bilməyəcəklərini bildirmişlər. İddiaçı Ağdam rayon Komissarlığına gedib hərbi biletini tələb etdikdə ona fərari olduğu qeyd olunan hərbi bilet vermişlər. İddiaçı Hesab edir ki, fərari siyahısına alınması əsassızdır və ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası N7 sentyabr 202N-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Təyin edilmiş məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) Vəkil gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, o, hərbi hissədən qanuni əsaslarla ehtiyyata buraxılmamışdır. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 30.08.202N-ci il tarixli, 024-2396-N22N nömrəli cavab məktubu; - Cavabdeh tərəfindən ünvanlanmış 04.05.202N-ci il tarixli, N3-N4/N439 nömrəli imtina məktubunun əsli; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin 03.05.202N-ci il tarixli, N57 nömrəli Arxiv arayışının əsli. - Məhkəmənin sorğusu əsasında alınmış iddiaçıya məxsus qeydiyyat kartasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci bəndinin NN-ci yarımbəndinə əsasən “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. - N99N -ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteram» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Belə ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarışları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 20N8-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək məhkəmə qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ünvanlanmış 04.05.202N-ci il tarixli, N3-N4/N439 nömrəli imtina məktubundan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, eləcə də “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin 03.05.202N-ci il tarixli, N57 nömrəli Arxiv arayışından müəyyən edilmişdir ki, sıravi İddiaçı 5456 (997N3), N saylı hərbi hissələrin, dislokasiya yeri Ağdərə rayonu - döyüş bölgəsi olmuş N50NN saylı və dislokasiya yeri Ağdam rayonu- döyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:
1. 5456 saylı hərbi hissə komandirinin N3.0N.N992-ci il tarixli N0 №-li əmrilə Azərbaycan Respublikası Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmək üçün gəlmiş çağırışçıların siyahısında “sıravi” hərbi rütbəsi verilməklə 25 dekabr N99N-ci il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, təlim məntəqəsinin atıcısı təyin edilmişdir;
2. N50NN saylı hərbi hissə komandirinin N8.03.N993-cü il tarixli 45 №-li əmrilə xidmətini davam etdirmək üçün N50N4 saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir (dislokasiya yeri Füzuli, Ağdam rayonları-döyüş bölgələri olmuş N50N4 saylı hərbi hissə 0N fevral N993-cü il tarixdən 05 aprel N993-cü il tarixədək fəaliyyət göstərmişdir, həmin dövrdə hərbi hissədə xidməti təsdiq olunmadı);
3. N saylı hərbi hissə komandirinin 08.04.N993-cü il tarixli 54 №-li əmrilə N50N4 saylı hərbi hissədən gəlmiş hesab edilərək 0N aprel N993-cü il tarixdən hissənin qazan təminatına qoyulmuşdur;
4. N saylı hərbi hissə komandirinin 28.04.N993-cü il tarixli 74 №-li əmrilə N50N4 saylı hərbi hissənin əsgərlərinin siyahısında 2-ci taborun tərkibinə verilməklə, hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir;
5. Daxili qoşunların komandanının 3N.05.N993-cü il tarixli N №-li əmrilə yaralı əsgərlərin siyahısında 997N3 saylı hərbi hissəyə keçirilməklə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
6. 997N3 saylı hərbi hissə komandirinin NN.NN.N993-cü il tarixli 265 №-li əmrilə xidmətini davam etdirmək üçün N0 noyabr N993-cü il tarixdən N saylı hərbi hissəyə getmiş hesab edilmişdir;
7. N saylı hərbi hissə komandirinin NN.NN.N993-cü il tarixli 257 №-li əmrilə NN noyabr N993-cü il tarixdən 997N3 saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
8. N saylı hərbi hissə komandirinin N3.NN.N993-cü il tarixli 259 №-li əmrilə N3 noyabr N993-cü il tarixdən Beyləqan rayonuna-döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilmişdir;
9. 997N3 saylı hərbi hissə komandirinin 28.03.N994-cü il tarixli 72 №-li əmrilə döyüş bölgəsini özbaşına tərk etmiş hesab edilmişdir;
10. Daxili qoşunların komandanının 07.04.N994-cü il tarixli 288 №-li əmrinə əsasən 997N3 saylı hərbi hissə komandirinin 22.08.N994-cü il tarixli N №-li əmrilə əvvəllər hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 22 avqust N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir;
11. Daxili qoşunların komandanının 02.02.N995-ci il 66 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 07.02.N995-ci il tarixli 33 №-li əmrilə Daxili qoşunların komandanının 07 aprel N994-cü il tarixli 288 №-li əmrinə dəyişikliklə əlaqədar şəxsi heyətin siyahısından çıxarılmış “fərari” əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.0N.N996-cı il tarixli 9 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin N2.02.N996-cı il tarixli N №-li əmrilə hərbi hissənin “fərari” əsgərlərinin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri DQBİ- nin təşkilat və komplektləşdirmə şöbəsinə göndərilmişdir. Həmin arayışdan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.0N.N996-cı il tarixli 9 №-li əmrinə əsasən fərari əsgərlərin siyahısında qoşunların şəxsi heyətinin siyahısında Ağdam rayonu üzrə N-ci sıra nömrəsi ilə qeydə alınmışdır (hərbi bilet №592292N). İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 30.08.202N-ci il tarixli, 024-2396-N22N nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən təqdim olunmuş N8.03.202N-ci il tarixli NN4 nömrəli arxiv arayışına əsasən vətəndaş R.XN N saylı hərbi hissə komandirinin N3.NN.N993-cü il tarixli 259 nömrəli əmrilə həmin tarixdən Beyləqan rayonuna döyüş zonasına xidməti ezamiyyətə getmiş hesab edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 nömrəli Qərarına əsasən Beyləqan rayonu döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin siyahısına daxil olmaması, 997N3 nömrəli hərbi hissə komandirinin 28.03.N994-cü il tarixli 72 nömrəli əmri ilə onun döyüş bölgəsini özbaşına tərk etməsi müəyyən olunmuşdur. Eyni zamanda Daxili qoşunların komandanının 07.04.N994-cü il tarixli N və 997N3 nömrəli hərbi hissə komandirinin 22.08.N994-cü il tarixli 205 nömrəli əmrləri ilə iddiaçının adı əvvəllər hərbi hissəni özbaşına tərk etmiş əsgər kimi şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılmış, sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Həmçinin, vətəndaş İddiaçı Komandanın 07.04.N994-cü il tarixli 288 nömrəli əmrinə dəyişikliklə əlaqədar “fərari” əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmiş, N saylı hərbi hissə komandirinin N2.02.N996-cı il tarixli 37 nömrəli əmri ilə “fərari” əsgərlərin siyahısında hissənin şəxsi heyətinin 37 nömrəli əmri ilə “fərari” əsgərlərin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmış, sənədləri müvafiq araşdırma aparılması üçün Daxili Qoşunların Baş İdarəsinə göndərilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarına əsasən sabiq hərbi qulluqçu İddiaçı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi mümkün hesab edilməmişdir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli, 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” N0 aprel 20N4-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il N6 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il N3 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın N27-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə N9 aprel N994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin N-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən Daxili İşləryə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir.
N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov