Məhkəmə qərarları › İş №2-1(114)-1799/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1799/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1799/2024 16.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Cavabdeh 11 mart 2016-cı il tarixli 10 saylı əmrinə əsasən 11 mart 2016-cı il tarixdən 11 iyun 2016-ci il tarixə kimi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Cavabdehndə hakim köməkçisi vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh 21 iyun 2016-cı il tarixli 23 saylı əmrinə əsasən Cavabdeh hakim köməkçisi vəzifəsində işləyən X2 ödənişli sosial məzuniyyətdə olduğu 2016-cı il 22 iyun tarixdən 2016-ci il 27 oktyabr tarixədək dövrdə müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı ağlu təyin edilmişdir.

3. Cavabdeh 26 oktyabr 2016-cı il tarıxlı 39 saylı əmrinə əsasən Cavabdehndə hakim köməkçisi vəzifəsində işləyən X1 əməliyyatı ilə uşağı götürüldüyündən əlavə 14 təqvim günü (26 oktyabr 2016-cı il tarixdən 09 noyabr 2016-cı il tarixə kimi) məzuniyyətdə olduğu müddətdə müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı təyin edilmişdir.

4. Cavabdeh 08 sentyabr 2016-cı il tarixli 42 saylı əmrinə əsasən Cavabdehndə hakim köməkçisi vəzifəsində işləyən X2 qismən ödənişli məzuniyyətdə olduğu müddətdə (10 noyabr 2016-cı il tarixdən 26 iyul 2019-cu il tarixə kimi) müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı təyin edilmişdir.

5. Cavabdeh 19 yanvar 2017-ci il tarixli 2 saylı əmrinə əsasən X2 analıq məzuniyyətindən qayıtması ilə əlaqədar olaraq onun yerinə müvəqqəti işləyən İddiaçı tutduğu vəzifədən azad edilmişdir.

6. Cavabdeh 06 fevral 2017-ci il tarixli 05 saylı əmrinə əsasən İddiaçı 06 fevral 2017ci il tarixdən Cavabdehndə vakant vəzifə olan məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə "Dövlət qulluğu haqqında" qanuna müvafiq olaraq tutulanadək təyin edilmişdir.

7. Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 46 saylı əmrinə əsasən əmək intizamı qaydalarını pozduğuna görə Cavabdehndə məsləhətçi (proqramçı) vəzifəsində müqavilə ilə işləyən İddiaçı töhmət növündə inzibati tənbeh verilmişdir.

8. Cavabdeh 03 yanvar 2019-cu il tarixli 05 saylı əmrinə əsasən İddiaçı 03 yanvar 2019-cu il tarixdən Cavabdehndə vakant vəzifə olan məsləhətçi (proqramçı) vəzifəsindən azad edilərək məsləhətçi (iclas katıbı) vəzifəsinə "Dövlət qulluğu haqqında" Qanuna müvafiq olaraq vakant vəzifə tutulanadək təyin edilmişdir.

9. Cavabdeh 07 avqust 2019-cu il tarixli 26 saylı əmrinə əsasən Cavabdehndə (məsləhətçi) iclas katibi vəzifəsində işləyən İddiaçı işində yol verdiyi səhlənkarlığa görə ona yazılı xəbərdarlıq edilmişdir.

10. Cavabdeh 08 yanvar 2021-ci il tarixli 02 saylı əmrinə əsasən Cavabdeh ilə İddiaçı arasında 03 yanvar 2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə 08 yanvar 2021-ci il tarixdən xitam verilmiş, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 08 yanvar 2021-ci il tarixdən Cavabdehndə iclas katıbi (məsləhətçi) vəzifəsindən azad edilmişdir.

11. Tərtər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(061)-36/2021 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2.3-cü, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 178.2.3-cü, 178.2.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 32.4. 312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən İddiaçı təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, İddiaçı 09 fevral 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, yəni 8 (səkkiz) ay 14 (on dörd) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. II. Məhkəmədə icraat

12. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli 02 saylı əmrinin ləğv olunmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdehndə müqavilə əsasında müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Cavabdeh 08 yanvar 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 yanvar 2021-ci il tarixdən Cavabdeh iclas katibi vəzifəsindən azad edilmişdir. İşdən çıxarılma səbəbi Cavabdeh 15 dekabr 2020-ci il tarixli 42 saylı əmrinə əsasən Cavabdehndə 2020-ci ilin dekabr ayına kimi baxılmış və qanuni qüvvəsini almış işlərin 30 dekabr 2020-ci il tarixə kimi Cavabdeh arxivinə təhvil verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin icra vəziyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, onun katibliyi ilə baxılmış işlərin 3 gün müddətinə arixivə təhvil verilməli olunduğu halda məhkəmə protokolları vaxtından gec verilmişdir. Bunu da onunla əsaslandıra bilər ki, məhkəmə iş yükünün çox olması olmuşdur. Protokolun gec tərtib edilməsinə görə maddə ilə çıxarılmaya bilərdi, töhmət də verilə bilərdi, ona bildiriləndən sonra həmin protokolları tərtib edərək məhkəmənin arxivinə təhvil vermişdir. Protoklları tərtib edib təhvil verməyinə baxmayaraq Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Bunu da qeyd edir ki, əmrdə göstərilən vətəndaşların ondan şikayətçi olması göstərilsə də həmin şikayətçilər həmin dövr zamanı ondan heç bir şikayət və tələbləri olmamışdır. Özü ali təhsilli hüquqşünasdır, işlə bağlı hansı dövlət və ya özəl müəssisələrə müraciət etməyinə baxmayaraq əmək kitabçasında olan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi onun iş üçün olan müraciətlərinin qarşısını kəsir. Hesab edir ki, Cavabdeh 08 yanvar 2021-ci il tarixli, 02 saylı əmrini əsasızdır. Belə ki, o öz ərizəsi ilə də çıxarıla bilərdi və yaxud da töhmət verilə bilərdi. Qeyd etməyi zəruri hesab edir ki, işdən çıxma əmrinin dəfələrlə ona rəsmi olaraq verilməsini tələb etsə də, uzun müddət verilməmişdir. Yalnız xx.xx.2024-cü il tarixdə işdən çıxma əmri ona rəsmi olaraq verilmişdir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

17. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 11 mart 2016-cı il tarixli 10 saylı əmrinə əsasən 11 mart 2016-cı il tarixdən 11 iyun 2016-ci il tarixə kimi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Cavabdehndə hakim köməkçisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh 21 iyun 2016-cı il tarixli 23 saylı əmrinə əsasən Cavabdeh hakim köməkçisi vəzifəsində işləyən X2 ödənişli sosial məzuniyyətdə olduğu 2016-cı il 22 iyun tarixdən 2016-ci il 27 oktyabr tarixədək dövrdə müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı ağlu təyin edilmişdir. Cavabdeh 26 oktyabr 2016-cı il tarıxlı 39 saylı əmrinə əsasən Cavabdehndə hakim köməkçisi vəzifəsində işləyən X3 Keysəriyyə əməliyyatı ilə uşağı götürüldüyündən əlavə 14 təqvim günü (26 oktyabr 2016-cı il tarixdən 09 noyabr 2016-cı il tarixə kimi) məzuniyyətdə olduğu müddətdə müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı təyin edilmişdir. Cavabdeh 08 sentyabr 2016-cı il tarixli 42 saylı əmrinə əsasən Cavabdehndə hakim köməkçisi vəzifəsində işləyən X2 qismən ödənişli məzuniyyətdə olduğu müddətdə (10 noyabr 2016-cı il tarixdən 26 iyul 2019-cu il tarixə kimi) müvəqqəti olaraq onun vəzifəsinə İddiaçı təyin edilmişdir. Cavabdeh 19 yanvar 2017-ci il tarixli 2 saylı əmrinə əsasən X2 analıq məzuniyyətindən qayıtması ilə əlaqədar olaraq onun yerinə müvəqqəti işləyən İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh 06 fevral 2017-ci il tarixli 05 saylı əmrinə əsasən İddiaçı 06 fevral 2017-ci il tarixdən Cavabdehndə vakant vəzifə olan məsləhətçi (kompüter proqramçısı) vəzifəsinə "Dövlət qulluğu haqqında" qanuna müvafiq olaraq tutulanadək təyin edilmişdir. Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 46 saylı əmrinə əsasən əmək intizamı qaydalarını pozduğuna görə Cavabdehndə məsləhətçi (proqramçı) vəzifəsində müqavilə ilə işləyən İddiaçı töhmət növündə inzibati tənbeh verilmişdir. Cavabdeh 03 yanvar 2019-cu il tarixli 05 saylı əmrinə əsasən İddiaçı 03 yanvar 2019-cu il tarixdən Cavabdehndə vakant vəzifə olan məsləhətçi (proqramçı) vəzifəsindən azad edilərək məsləhətçi (iclas katıbı) vəzifəsinə "Dövlət qulluğu haqqında" Qanuna müvafiq olaraq vakant vəzifə tutulanadək təyin edilmişdir. Cavabdeh 07 avqust 2019-cu il tarixli 26 saylı əmrinə əsasən Cavabdehndə (məsləhətçi) iclas katibi vəzifəsində işləyən İddiaçı işində yol verdiyi səhlənkarlığa görə ona yazılı xəbərdarlıq edilmişdir Cavabdeh 08 yanvar 2021-ci il tarixli, 02 saylı əmrinə əsasən Cavabdeh ilə İddiaçı arasında 03 yanvar 2019-cu il tarıxdə bağlanmış əmək müqaviləsinə 08 yanvar 2021-ci il tarixdən xitam verilmiş, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 08 yanvar 2021-ci il tarixdən Cavabdehndə iclas katıbi (məsləhətçi) vəzifəsindən azad edilmişdir. Buna səbəb kimi, hakim Əyyub Kərimovun sədrliyi və məhkəmə iclas katibi İddiaçı katibliyi ilə baxılmış işlərin Azərbaycan Respublikasının MPM-in 272-ci maddəsinə əsasən məhkəmə iclası qurtardıqdan 10 gün müddətindən gec olmayaraq tərtib edilməli olduğu halda və Azərbaycan Respublikasının CPM-in 51.7-ci maddəsinə əsasən 3 gün müddətində imzalanması nəzərdə tutulmasına baxmayaraq qeyd olunan prosessual tələb məhkəmə iclas katibi (məsləhətçi) vəzifəsində işləyən İddiaçı tərəfindən kobud sürətdə pozularaq yekun qərarların qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cinayət, mülki, inzibati, məhkəmə qərarlarının icrası qaydasında baxılmış işlərin protokollarınn tərtib edilməməsi, bu səbəbdən İddiaçı cinayət, mülki, inzibati, məhkəmə qərarlarının icrası qaydasında baxılmış işlərin arxivə təhvil verilməsini təmin etməyərək özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bundan başqa Bərdə rayonu Hüseynallar kənd sakinləri Məhərrəm Məhərrəmovun, Bilqeyis Muradovanın, Nəbi Məmmədovun və Asiman Mustafayevin şikayət ərizələri araşdırılarkən İddiaçı həmin şəxslərlə qeyri-prosessual münasibətlərə daxil olmaqla korrupsiya hallarına yol verilməsinə əsaslı şübhələr yaratmaqla Cavabdeh qanuni manefeyinə ciddi xələl gətirməsi göstərilmişdir. Məhkəmənin qeyd olunan əmri və İddiaçı məxsus əmək kitabçası 14 yanvar 2021-ci il tarixdə sifarişli poçt göndərişi vasitəsilə ünvan 1i ünvanına-İddiaçı göndərilmişdir. İddiaçı iddia ərizəsində işlədiyi müddətdə heç bir intizam məsuliyyətinə cəlb edilmədiyini göstərmişdir. Lakin Cavabdeh 07 sentyabr 2018-ci il tarixli 46 saylı əmrindən görünür ki, iddiaçı Cavabdehndə məsləhətçi (proqramçı) vəzifəsində işləyərəkən əmək intizamı qaydalarını pozduğuna görə barəsində töhmət inzibati tənbehi verilmişdir. Cavabdeh 07 avqust 2019-cu il tarixli 26 saylı əmrinə əsasən isə Cavabdehndə (məsləhətçi) iclas katibi vəzifəsində işləyən İddiaçı işində yol verdiyi səhlənkarlığa görə ona yazılı xəbərdarlıq edilmişdir. Bundan başqa İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanılmış, Tərtər Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 1(061)-36/2021 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 178.2.3-cü, 178.2.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-in 32.4. 312.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən İddiaçı təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, İddiaçı 09 fevral 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, yəni 8 (səkkiz) ay 14 (on dörd) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh 08 yanvar 2021ci il tarixli 02 saylı əmrinin verilməsindən uzun müddət keçdikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 5-ci bəndinə görə, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Cavabdeh 08 yanvar 2021-ci il tarixli 02 saylı əmrinin qəbul edilməsindən və iddiaçıya göndərilməsindən uzun müddət keçdikdən sonra, yəni qanunla müəyyən edilmiş müddəti ötürməklə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı hətta mübahisələndirdiyi əmrin surətini almasa belə, onun 2021-ci ilin yanvar ayından işdə olmaması, bu müddət ərzində məhkum edilməsi ona dəlalət edir ki, onun işdən azad edilməsindən həmin vaxtdan etibarən məlumatı olmuş, lakin qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdehnə qarşı "xx.xx.2021-ci il tarixli, 02 saylı əmrin ləğv edilərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin götürülməsi" tələbinə dair iddiası üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunur.

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, dövlət qulluğu üzrə imtahanlarda heç vaxt iştirak etməmiş və dövlət qulluqçusu olmamışdır. Yalnız məhkəmə sədrinin əmri ilə müvafiq vəzifəyə təyin olunmaqla, onunla bu barədə müddətli müqavilələr bağlanmışdır.

Əsaslandırma hissəsi:

22. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

23. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

24. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

25. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

26. Yəni, inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialar inzibati məhkəmə icraatının predmeti olmaqla, həmin iddialara baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.

27. Hazırkı iş materialları, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı dövlət qulluqçusu olmamışdır, onun əvvəllər və hazırda belə bir statusu mövcud deyildir.

28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; ... Maddə 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.

29. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yaranmışdır ki, bu da həmin mübahisənin işəgötürən-işçi arasında olan əmək münasibətləri ilə bağlı olduğunu deməyə əsas verir. Bu halda mübahisəli məsələnin həlli əmək qanunvericiliyi ilə tənzimləndiyindən ona mülki mühakimə icraatı qaydasında baxılmalıdır.

30. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtin etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.

31. Beləliklə, hazırkı işdə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.

32. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

33. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

34. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi inzibati hüquqa aid deyil, işəgötürən-işçi münasibətlərini əhatə edir və əmək hüquq sahəsinə əsaslanır.

35. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

37. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

38. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar