Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-18/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli, 2032 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, hazırkı iş üzrə mübahisə həll olunduğundan iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizəni nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbindən imtina edilməsinə dair ərizə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, hazırkı mübahisə öz həllini tapdığından və iddia tələbi cavabdeh orqan tərəfindən məhkəmədən kənar həll edildiyindən iddia ərizəsinin geri qaytarılması arzusundadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qəradaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Hazırkı mübahisədə iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi izah edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 55 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası geri götürülmüş sayılsın və 2-1(114)- 18/2021 nömrəli işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-18/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-18/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver