Məhkəmə qərarları › İş №2-1(114)-180/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-180/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-180/2021 24.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı xx xxxxxx N016-cı il tarixli əmrin etibarsız hesab edilməsi və vəzifəyə geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı məhkəməyə müraciət edərək xx xxxxxx N016-cı il tarixli əmrin etibarsız hesab edilməsi və vəzifəyə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müxtəlif vaxtlarda müxtəlif silahlı hərbi birləşmələrin tərkibində qulluq etmişdir. xx xxxxxx N014-cü ildə N saylı hərbi hissənin orta tankların komandiri vəzifəsinə təyinat almış, həmin hərbi hissədə gizir hərbi rütbəsində işləmişdir. Xidmət etdiyi dövrdə heç bir zaman hərbi qanunvericiliyin tələblərini pozmamışdır. İşdən çıxarıldığı müddətdən bu günə qədər məhkəməyə müraciət edə bilməmiş, N saylı hərbi hissədən işdən azad olunması səbəbi “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Heç bir xidmətə uyğunsuzluq etməmiş, xidmət etdiyi dövr ərzində daim nizam-intizamlı olmuş, yuxarı rütbə və vəzifəli şəxslərin qanunvericiliyin tələbinə uyğun verdikləri əmri, hərbi göstərişi icra etmişdir. Barəsində tətbiq olunan işdən çıxarılma səbəbini və əmri əsassız hesab edir. İddiaçı və cavabdeh N nömrəli hərbi hissəyə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. Belə ki, İddiaçı “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N016-cı il tarixli, 019 nömrəli əmrini mübahisələndirərək etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinə əsasən real hüquqi yardım olunaraq iddianın daha uğurlu iddia növü – mübahisələndirilmə haqqında iddia ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə heç bir müraciət etməmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N016-cı il tarixli, 019 nömrəli əmrinin etibarsızlığıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - N.N.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. - 36.N-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. - 36.3-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Göründüyü kimi İPM-də müəyyən etmə haqqında iddianın üç növü – hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması; hər hansı bir inzibati aktın etibarsızlığının tanınması; artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması təsbit edilmişdir. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halıdır. Onlar arasındakı fərq ondan ibarətdir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddiada məhkəmənin müəyyənləşdirməsi birbaşa inzibati aktın etibarsızlığı ilə bağlı olur və inzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayılır ki, inzibati akt «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə əsasən etibarsız olsun. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.N-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə qeyd edir ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Mübahisələndirilən əmrdən məlum olur ki, N nömrəli hərbi hissə komandiri tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə xx xxxxxx N016-cı il tarixli, 019 nömrəli əmr verilmişdir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Göründüyü kimi N nömrəli hərbi hissə komandiri tərəfindən səlahiyyətinə uyğun olaraq İddiaçı “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması barədə xx xxxxxx N016-cı il tarixli, 019 nömrəli əmri vermişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulan inzibati aktın etibarsız hesab edilməsi halı müəyyən edilmədiyindən iddia tələbinin təmin olunması və N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N016-cı il tarixli, 019 nömrəli əmrinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin etibarsız hesab edilməsi hissəsi təmin edilmədiyindən, həmin hissədən asılı olan vəzifəyə geri qaytarılması hissəsinin də təmin edilməsi üçün hüquqi və qanuni əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar