Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-180/2022 11.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz Bələdiyyəsi) qarşı JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarının İddiaçı və ailə üzvlərinə 0.03 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilərək həmin hissədə 0.05 ha kimi oxunmasını və JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə olan yanlışlığı düzəldərək qanuni mülkiyətlərində olan 0.05 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayon Nizami adına Sovxozun xx.xx.1987ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası X3 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən qeyd olunan torpaq sahəsi mülkiyyətində olmuş, həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsində yerləşən yaşayış evinə xx.xx.1987-ci ildə qeydiyyat vəsiqəsi, xx.xx.1989-cu ildə isə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinə JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, lakin şəhadətnamədə səhv olaraq torpaq sahəsinin ölçüsü 0.03 ha göstərimişdir. Halbuki, mülkiyyətlərində və faktiki istifadələrində olan torpaq sahəsi 0.05 ha-dır. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh **********74 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.03 hektar həyətyanı torpaq sahəsi iddiaçının və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında “torpağın mülkiyyətə verilməsinə verilməsinə dair” JN-940A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı faktiki torpaq sahəsinin 0.05 ha olmasını bildirərək həmin topraq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, Ərazi İdarəsinin arxiv məlumatlarında həmin torpaq sahəsi 0.03 ha kimi göstərildiyindən müraciətinin müsbət həll edilməsi mümkün olmamışdır. X7 Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Buna görə də, torpaq islahatından kənarda qalmış topaq sahəsi ilə bağlı məsələnin “X7” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq məhkəmə qaydasında həllli məqsədəuyğundur. Cavabdeh məhkəməyə göndərdiyi **********93 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən 1043 nömrəli qeydiyyat vəiqəsi verilmiş və həmçinin Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə 503-218/356 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Ləğv olunmuş DT və XK tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron məlumatlarda İddiaçı ailə üzvləri ilə mülkiyyətində Tovuz rayonu, Abulbəyli kəndində JN-1214 nömrəli Dövlət Aktı ilə 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-940 nömrəli Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ilə 0.03 ha həyətyanı topraq sahəsinə qeyd edilmişdir. İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş texniki pasportda göstərilən 507.5 kv.m torpaq sahəsinin Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış 0.03 ha torpaq sahəsindən kənara qalan 207.5 kv.m torpaq sahəsinin kimin mülkiyyətində olması barədə Ərazi İdarəsinə məlumat aşkar edilməmişdir. Üçüncü şəxs iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin **********74 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmr, xx.xx.1989-cu il tarixli texniki pasport, xx.xx.1987-ci il tarixli, 1043 nömrəli Qeydiyyat Vəsiqəsi, 438 nömrəli, xx.xx.2019-cu il tarixli Arxiv arayışı, JN-940A (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, cavabdehin məhkəməyə ünvanlanladığı **********93 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Dövlət Arxivinin 438 nömrəli, xx.xx.2019-cu il tarixli Arxiv arayışından görünür ki, Nizami adına sovxozun Tovuz Rayon Dövlət Arxivində saxlanılan sənədlərində Nizami adına sovxozun xx.xx.1987-ci il taixli, 61 nömrəli əmri ilə Bozalıqanlı kənd sakini X2 adına olan 0.12 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsi kəsilib oğlu İddiaçı Hidəyət oğlunun istifadəsinə verilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrindən çıxarışdan görünür ki, Tovuz rayou Bozalqanlı kənd sakini İddiaçı məhləyanı torpaq sahəsinin olmamasını nəzərə alınması, atası X2 adına olan 0.12 ha topraq sahəsindən hər iki tərəfin razılığı ilə oğlu X4 0.05 ha hektar kəsilib istifadəsinə verilməsi, əmr təsdiq edildikdə X1 adına olan 0.12 ha torpaq sahəsindən 0.05 ha kəsilib öhdəsində 0.07 ha torpaq sahəsi saxlanılması əmri verilmişdir. İşdə olan sənədlər arasında yer alan xx.xx.1987-ci il tarixli, 1043 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, yaşayış evi üzərində İddiaçı Hidəyət oğlunun mülkiyyət hüquqları qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının adına tərtib olunmuş, xx.xx.1989-cu il tarixli texniki pasportda torpaq sahəsinin eksplikası hissəsində torpaq sahəsinin ölçüsü faktiki olaraq 507.5 ha göstərilmişdir. Tətbiq olunmuş maddi hüquq normaları: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ..; Bənd 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Bənd 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... «X7» Qanun: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşdə olan sənədlər arasında yer alan xx.xx.1987-ci il tarixli, 1043 nömrəli Qeydiyyat Vəsiqəsindən göründüyü kimi, sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ xx.xx.1987-ci ildə qeydə alınmış və həmin evin yerləşdiyi torpaq sahəsinə 01 yanvar 2001-ci il tarixə kimi tərtib olunmuş texniki pasportda toprağın faktiki ölçüsü 507.5 ha göstərilmiş və JN-940A (Kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.03 ha-dan kənarda qalan 207.5 kv.m torpaq sahəsinə hər hansı bir şəxsin mülkiyyət hüququ aşkar olunmamışdır. Belə olan halda, Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda göstərilən 507,5 ha torpaq sahəsinə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə çıxarışın verilməsi tələbində haqlıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (Qanunun 2.2-ci maddəsi). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (Qanunun 2.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafıq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fıziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-180/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-180/2022
11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver