Məhkəmə qərarları › İş №2-1(114)-1803/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1803/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1803/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X3 və X2) qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdə X4 ilə ailə həyatı qurmuşdur. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 101 saylı orderinə əsasən xx.xx.1994-cü ildə Nurəddin Ələkbərova 4 nəfər ailə üzvü ilə birlikdə ünvan 1 verilmiş, həmin evdə 2004-cü ilə kimi yaşamışlar. 2004 cü ildə iddiaçı əri ilə birlikdə Rusiya Federasiyasına getmiş, xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. xx.xx.2014-cü il tarixdə X6 Federasiyasında vəfat etmiş və cənazəsi Gəncə şəhərində dəfn edilmişdir. İddiaçı 2014-cü ildən bu günədək ünvan 1-da yaşayır. xx.xx.2019-cu il tarixdə yenidən Azərbaycan Respublikasının vətəndaşlığını almışdır və hal-hazırda yaşadığı evə pasport qeydiyyatına düşmək istəyir. Bununla bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2004-cü ildə əri ilə birlikdə Rusiya Federasiyasına getdiyinə görə bu ünvandan pasport qeydiyyatından çıxmışdır, 2014-cü ildə qayıdanda onu orderlə ailə üzvlərinə və ona verilmiş evə qeydiyyata salmaqdan cavabdeh imtina etmiş, səbəb olaraq həmin mənzilin çıxarışının olmaması göstərilmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı anasıdır, 2014-cü ildən anası ilə birlikdə həmin ünvanda yaşayırlar və anasının həmin evə qeydiyyata düşməsinə ailədə heç kimin narazılığı yoxdur. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Dövlət Arxivinin Gəncə filialının xx.xx.2019-cu il tarixli, 300/4 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.1994-cü il tarixli 101 nömrəli orderinə əsasən Nurəddin Ələkbərova ailə üzvləri – İddiaçı, X3 və X2 ilə birlikdə ünvan 1 verilmişdir. -xx.xx.2014-cü il tarixli, İ-KC 886691 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 120-16391C- 3220 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və yaşayış sahəsi verən şəxsin razılıq ərizəsinin olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.1994-cü il tarixli 101 nömrəli orderinə əsasən Nurəddin Ələkbərova ailə üzvləri – İddiaçı, X3 və X2 ilə birlikdə ünvan 1 verilmişdir. İddiaçı 2004-cü ildə Rusiya Federasiyasına getdiyinə görə bu ünvandan pasport qeydiyyatından çıxmışdır. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi cavabdeh orqan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etsə də, nəzərə almamışdır ki, sözügedən mənzil müvafiq icra hakimiyyət orqanının müvafiq orderi əsasında iddiaçıya və ailə üzvlərinə yaşamaq üçün verilmişdir. Order yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd hesab edildiyindən cavabdeh orqanın qeyd olunan imtinası qanunsuz olmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar