Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1803/2021 24.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 22 saylı binanın, 13 saylı mənzilinin adına özəlləşdirilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 74 saylı binanın, 4 saylı mənzilinin adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.11.2021-ci il tarixdə iddiaçı dəqiqləşmə barədə ərizə verərək, Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 22 saylı binanın, 13 saylı mənzilinin adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28.09.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1969-cu Gəncə şəhərində anadan olmuş, həmin vaxtdan hal-hazıra kimi ünvan 1 ünvanında yaşayır. Həmin ev X11 Hissəsində işlədiyinə görə anasına verilmişdir. O, həmin evdə qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayır. 2006-cı ildən hal-hazıra kimi evin kommunal xərclərini öz adına ödəyir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qeydiyyat haqqında arayışında da qeyd edilmişdir ki, ünvan 3 ünvanı İddiaçı adına olmaqla, həmin evdə onun övladları 07.12.2011-ci il təvəllüdlü X5 və 15.092009-cu il təvəllüdlü X6 qeydiyyatdadırlar. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 12 nömrəli Xidmət sahəsinin 26 may 2021-ci il tarixli 122 saylı arayışında da qeyd olunmuşdur ki, mənzilin icarədarı İddiaçıdur və övladları Sərxan və Gülay həmin evdə qeydiyyatdadırlar, başqa qeydiyyatda olan yoxdur. O, ərizə ilə cavabdehə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 22 saylı evin, 13-cü mənzilinin Dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh müraciətinə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını və mənzilin özəlləşdirilməsi üçün əsas olmadığının müəyyən edildiyini, həmçinin «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma), mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair Sərəncam əlavə edilmədiyini bildirərək 16.06.2021-ci il tarixli **********90 saylı məktubla imtina etmişdir. Ona görə də cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 22 saylı binanın, 13 saylı mənzilinin onun adına özəlləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, imtina məktubunda göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.04.2021-ci il tarixli ******* nömrəli arayışı, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 12 nömrəli Xidmət sahəsinin 26 may 2021-ci il tarixli 122 saylı arayışı, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti, X4 Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.10.2021-ci il tarixli 168 nömrəli məktubu, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16.09.2021-ci il tarixli M-635 və 21.10.2021-ci il tarixli 10-423 nömrəli məktubları, 15.09.2021-ci il tarixli və 22.09.2021-ci il tarixli **********652 və **********655 nömrəli şəxsi hesabdan çıxarışlar və cavabdehin iddiaçıya ünvanlandığı 16.06.2021-ci il tarixli **********90 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1 -ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 16.06.2021-ci il tarixli **********90 nömrəli imtina məktubunda göstərmişdir ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.04.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı, X5 və X6 ilə birlikdə 18.04.2006-cı il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 12 nömrəli Xidmət sahəsinin 26 may 2021-ci il tarixli 122 saylı arayışından görünür ki, İddiaçı Z.Hcıyev küçəsi, 22/12 nömrəli, 2 mərtəbəli evin 1-ci mərtəbəsindəki 27.86 kv.m sahəsi olan 2 otaqlı, 13 nömrəli şəraitli mənzildə oğlu Sərxan Musayev və qızı Gülay Musayeva ilə birlikdə yaşayır. Ev İddiaçı məxsusdur. Mənzilin icarədarı MKTİB-nin 12 nömrəli xidməti sahəsidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim Sanitar Xidməti, X4 Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.10.2021-ci il tarixli 168 nömrəli məktubundan görünür ki, X11 Xəstəxanası MMC-nin Həmkarlar Təşkilatı Komitəsi tərəfindən X2 1980-ci ildə mənzil verilməsi haqda heç bir sənəd saxlanmadığı üçün məlumat verə bilmirlər. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16.09.2021-ci il tarixli M-635 və 21.10.2021-ci il tarixli 10-423 nömrəli məktublarından, 15.09.2021-ci il tarixli və 22.09.2021-ci il tarixli **********652 və **********655 nömrəli şəxsi hesabdan çıxarışlardan görünür ki, Zülfü Hacıyev 22/12, mənzil 13A ünvanında yerləşən mənzildə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin» Əsasnaməsinin 2.0.5-ci maddəsinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək Xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinin tələbinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Məhkəmə xidməti vəzifəsinə görə Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 nömrəli Xidmət sahəsinə 29.09.2021-ci il tarixdə sorğu göndərmiş, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sorğuya verdiyi 21.10.2021-ci il tarixli 10-423 nömrəli cavab məktubunda 2015-ci ildə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzilləri Gəncə şəhər İcra Hakimiyyətinə təhvil verərkən göstərilən mənzilin orderinin verilmədiyini və Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 22 nömrəli binanın, 13 nömrəli mənzili haqqında Birliyin mərkəzləşdirilmiş mühasibatlığında əlavə məlumatın olmadığını bildirmişdir. İşin yuxarıda qeyd olunan hallarından və maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçı «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderini və ya mənzil kirayə müqaviləsini, yaxud onun verilməsinə dair sərəncamı əlavə etmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görədə məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi) qarşı Gəncə şəhəri, Kəpəz rayonu, Zülfü Hacıyev küçəsi, 22 saylı binanın, 13 saylı mənzilinin adına özəlləşdirilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1803/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1803/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver