Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1803/2025 23.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qasım İsmayılov Rayon X4 İcariyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 62 nömrəli qərarı ilə Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi Nazirliyinin Dəliməmmədli Pambıqtəmizləmə zavodu nəzdində heyvandarlıq istiqamətində yaradılan yardımçı təsərrüfatından istifadəsinə “Oktaybr” kolxozunun daimi istifadəsinə təhkim olunmuş ərazisindən, 370 hektar ondan 300 ha örüş-otlaq və 70 ha əkin yeri ayrılması qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 1 kəndi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-3942/2024 nömrəli imtina məktubundan görünür ki, sözügedən əmlaka müayinə baxış keçirilən zaman məlum olmuşdur ki, hüquqların dövlət qeydiyyatıma alınmalı olan tikililər yararsız haldadır və tikililərin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdur. Bu səbəbdən də sənədin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər A.Kərimov adına Dəliməmmədli Pambıqtəmizləmə zavodunun balansında olan, və sonradan özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçən, ünvan 1 kəndinin ərazisində yerləşən Borsunlu pambıq qəbulu məntəqəsinə aid əmlak komleksinə və yardımçı təsərrüfata aid əmlak komleksinə dair "Goran-Pambıq” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi hal -hazırda “Goran- Pambıq" Açıq Səhimdar Cəmiyyətinə ayrılan torpaq sahəsidir. Faktiki istifadə etdiyi torpaq sahəsi kompleks yerquruluşu layihəsinə və TEKUİS- ə əsasən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, əkin və örüş sahəsidir. 2.Həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyata almımayıb.
3. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür.Ancaq "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfatnda suvarma işlərinin özlərinin balansında olan artezan quyusunu enerji ilə təmin etmək üçün transfarmatora 10 klv -ıq elektirik xətti keçir.Üzərindən keçən beton kanal "xxxx" Açıq Səhimdar Cəmiyyətinin istifadəsinə verilən torpaq sahəsindən çıxılmışdır.
4. Qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur.
5. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi 63.65 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir.
6. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsində 0.15 ha ölçüdə sökülmüş və qismən yararlı halda 4 ədəd xidməti tikili var.tikilinin hansı tarixdə tikilməsi haqqındkı sualı cavablandırılması mümkün olmamışdır.
7. Mövcud tikililər "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfat sahəsinin planında qeyd edilən sahənin hüdudları daxilində yerləşir
8. Goranboy rayonu Nadirkənd kəndinin ərazisində yerləşən torpaq sahəsinin ayrıldığı zaman kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir.
9. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi naturada təqdim etdiyi torpaq sahəsi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin təsərrüfat sahəsinin planına uyğundur vəyerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxilində yerləşir.
10. Faktiki istifadə edilən naturada təqdim edilən torpaq sahəsi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfat sahəsinin planında qeyd edilmiş koordinatlara uyğundur.
11. "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə hər hansı hissəsində digər şəxslərlə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.
12. Torpaq sahəsinə dair rəy, Nadirkənd kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. xx.xx.2026-cı il tarixli ekspertiza rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1-ci sual üzrə - Baxış zamanı aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, tədqiq olunan əmlak kompleksinin tərkibində olan tikililər və X5 Cəmiyyətinin binasının faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğundur. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, Borsunlu pambıq qəbulu məntəqəsinə və yardımçı təsərrüfata aid əmlak kompleksindəki tikililərdə layihədən kənara çıxma halı mövcud deyil. 2-ci sualı üzrə - tədqiq olunan əmlak kompleksinin tərkibində olan tikililər və X5 Cəmiyyətinin binasının faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğundan və layihədən kənara çıxma halı olmadığından həmin tikililər tikinti-norma və qaydalarına uyğun inşa edilmişdir. 3-cü sualı üzrə X5 Cəmiyyətinin binasının (tikili kompleksi) faktiki vəziyyətini, təmirli olduğunu, kommunikasiya (su, işıq və s.) xətləri ilə təchiz olunduğunu nəzərə alaraq,sözügedən qeyri-yaşayış sahəsinin istismara yararlı olduğu müəyyən edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh qismində iştirak edən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, A.Kərimov adına Dəliməmmədli Pambıqtəmizləmə zavodunun balansında olan və sonradan özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçən, Borsunlu pambıq qəbulu məntəqəsinə aid əmlak komleksinə və yardımçı təsərrüfata aid əmlak kompleksinə dair "Goran-Pambıq” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
Əsaslandırıcı hissə:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Qasım İsmayılov Rayon X4 İcariyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 62 nömrəli qərarı ilə Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi Nazirliyinin Dəliməmmədli Pambıqtəmizləmə zavodu nəzdində heyvandarlıq istiqamətində yaradılan yardımçı təsərrüfatından istifadəsinə “Oktaybr” kolxozunun daimi istifadəsinə təhkim olunmuş ərazisindən, 370 hektar ondan 300 ha örüş-otlaq və 70 ha əkin yeri ayrılması qərara alınmışdır. Belə ki, hazırda iddiaçının tələbi əvvəllər A.Kərimov adına Dəliməmmədli Pambıqtəmizləmə zavodunun balansında olan, və sonradan özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçən, ünvan 1 kəndinin ərazisində yerləşən Borsunlu pambıq qəbulu məntəqəsinə aid əmlak komleksinə "xxxx" ASC-nin mülkiyyət hüququnun tanınması və "xxxx" ASC-nin mülkiyyət hüququna dair, habelə həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi vəzifəsi və "xxxx" ASC-nin balansında olan Goranboy rayonu Nadirkənd kəndi ərazisində yerləşən Yardımçı təsərrüfata aid əmlak kompleksi üzərində iddiaçı "xxxx" ASC-nin mülkiyyət hüququ tanınması və həmin əmlak komleksina dair "xxxx" ASC-nin mülkiyyət hüququna dair, habelə həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə istifadə hüququna dair "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsindən ibarətdir.
1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Hazırkı mübahisə üzrə cavabdeh orqan sözügedən əmlaka müayinə baxış keçirilən zaman hüquqların dövlət qeydiyyatıma alınmalı olan tikililər yararsız halda olmasına və tikililərin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmamasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi hal -hazırda “Goran-Pambıq" Açıq Səhimdar Cəmiyyətininə ayrılan torpaq sahəsidir, faktiki istifadə etdiyi torpaq sahəsi kompleks yerquruluşu layihəsinə və TEKUİS- ə əsasən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, əkin və örüş sahəsidir, həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyata almımamışdır, iddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcud olmadığından qaz kəmərinin mühafizə zolağına, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür, ancaq "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfatnda suvarma işlərinin özlərinin balansında olan artezan quyusunu enerji ilə təmin etmək üçün transfarmatora 10 kilovatlıq elektirik xətti keçir, üzərindən keçən beton kanal "xxxx" Açıq Səhimdar Cəmiyyətinin istifadəsinə verilən torpaq sahəsindən çıxılmışdır, qeydə alınması nəzərdə tutulan torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi 63.65 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsində 0.15 ha ölçüdə sökülmüş və qismən yararlı halda 4 ədəd xidməti tikili var.tikilinin hansı tarixdə tikilməsi haqqındkı sualı cavablandırılması mümkün olmamışdır, mövcud tikililər "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfat sahəsinin planında qeyd edilən sahənin hüdudları daxilində yerləşir, Goranboy rayonu Nadirkənd kəndinin ərazisində yerləşən torpaq sahəsinin ayrıldığı zaman kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi naturada təqdim etdiyi torpaq sahəsi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin təsərrüfat sahəsinin planına uyğundur və yerquruluşu planından çıxarışda qeyd edilən ərazinin hüdudları daxilində yerləşir, faktiki istifadə edilən naturada təqdim edilən torpaq sahəsi "xxxx" Açıq Səhimdar Cəmiyyətinin yardımçı təsərrüfat sahəsinin planında qeyd edilmiş koordinatlara uyğundur, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin faktiki istifadə etdiyi torpaq sahəsi ilə hər hansı hissəsində digər şəxslərlə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, torpaq sahəsinə dair rəy, Nadirkənd kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə əsasən hazırlanmışdır. Həmçinin iş üzrə alınmış ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, 1-ci sual üzrə - Baxış zamanı aparılmış ölçü işləri nəticəsində müəyyən olunmuşdur ki, tədqiq olunan əmlak kompleksinin tərkibində olan tikililər və X5 Cəmiyyətinin binasının faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğundur. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, Borsunlu pambıq qəbulu məntəqəsinə və yardımçı təsərrüfata aid əmlak kompleksindəki tikililərdə layihədən kənara çıxma halı mövcud deyil, 2-ci sualı üzrə - tədqiq olunan əmlak kompleksinin tərkibində olan tikililər və X5 Cəmiyyətinin binasının faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğundan və layihədən kənara çıxma halı olmadığından həmin tikililər tikinti-norma və qaydalarına uyğun inşa edilmişdir, 3-cü sualı üzrə X5 Cəmiyyətinin binasının (tikili kompleksi) faktiki vəziyyətini, təmirli olduğunu, kommunikasiya (su, işıq və s.) xətləri ilə təchiz olunduğunu nəzərə alaraq,sözügedən qeyri-yaşayış sahəsinin istismara yararlı olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. A.Kərimov adına Dəliməmmədli Pambıqtəmizləmə zavodunun balansında olan və sonradan özəlləşdirmə nəticəsində "xxxx" ASC-nin balansına keçən, Borsunlu pambıq qəbulu məntəqəsinə aid əmlak komleksinə və yardımçı təsərrüfata aid əmlak komleksinə dair "Goran-Pambıq” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva