Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1806/2025 16.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X6 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı üçüncü şəxslər X10, X6, X9 və X3 ona məxsus olan Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X10, X6, X9 və X3 mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən onun xüsusi mülkiyyətində olan mənzili var. Onun mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, **********14-05101- 093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surəti və texniki pasportun təsdiq edilmiş surətini ərizəsinə əlavə etmişdir. Hal-hazırda ona məxsus mənzildə heç bir qohumluq əlaqəsi olmayan şəxslər X10, X6, X9 və X5 rəsmi qeydiyyatdadırlar. O, bu barədə DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışını ərizəsinə əlavə etmişdir. Həmin şəxslər həqiqətə uyğun olmayan məlumatlar əsasında ona məxsus mənzilə qeydiyyata düşmüşlər. Həmin şəxslər heç vaxt onun mənzilində yaşamamış və onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Onların iddiaçının mənzilində formal qeydiyyatda qalmaları ona hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Bununla əlaqədar olaraq iddiaçı yuxarıda adları qeyd edilən şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Gədəbəy rayon Polis Şöbəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən onun müraciətinə xx.xx.2024-cü il tarixdə imtina verilmiş, bununla bağlı məhkəmə qərarı olduğu təqdirdə həmin şəxslərin qeydiyyatdan çıxarılacaqlarının mümkün olması bildirilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4522/2024 nömrəli qərardadı ilə X10, X6, X9 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişlər. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və üçüncü şəxslərdən X6 və X9 məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər X6 və X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdilər. İşin halları xx.xx.2015-ci il tarixli, 505-01-6 inventar nömrəli, **********14-05101-093006 reyestr nömrəli texniki pasporta əsasən, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14-05101-093006 reyestr nömrəli çıxarışa əsasən, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 307 nömrəli arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 fevral 1988-ci il tarixli, 34 nömrəli qərarı ilə Gədəbəy qəsəbəsində tikilib istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2 otaqlı, ümumi sahəsi 50 kv.m yaşayış sahəsi 28.5 kv.m olan 10 nömrəli mənzil X2 adına verilməsi qeyd edilmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına və “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1950-ci il təvəllüdlü X10, xx.xx.1976-cı il təvəllüdlü X6, xx.xx.1999-cu il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X1 rayonu, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər X10, X6, X9 və X5 ona məxsus olan Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Gədəbəy rayon Polis şöbəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, vətəndaş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qeydiyyatdan çıxarılır. Odur ki, adları qeyd olunan şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X11 ailə üzvləri olan xx.xx.1976-cı il təvəllüdlü X6, xx.xx.1999-cu il təvəllüdlü X9 və xx.xx.2005-ci il təvəllüdlü X5 il birgə Gədəbəy şəhəri, Vahid Rüstəmov küçəsində olan kommunal mənzildə yaşayırlar. Əlavə olaraq bildirilmişdir ki, Əliyeva X13 şəhəri, M.C.Paşayev küçəsi, ev 10, mənzil 10 ünvanında yaşayır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 5 ünvan baza məlumatlarına əsasən, yeni qaydalarla Gədəbəy rayonu, ünvan 7-dur. Gədəbəy rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında İddiaçı, X10, X6, X9 və Məmmədova (Kamilli) Fidan Fəxrəddin qızı yaşayış yeri üzrə qeydiyyatdadırlar. ünvan 7 ünvanında isə qeydiyyatda heç kəs yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı hazırkı iddia tələbi ilə ona məxsus olan mənzildən üçüncü şəxslərin çıxarılmasını xahiş edir. Məhkəmə tərəfindən iddianın əsaslılığının yoxlanılmasından əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia üzrə subyektiv hüququnun mövcud olmasıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 307 nömrəli arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 18 fevral 1988-ci il tarixli, 34 nömrəli qərarı ilə Gədəbəy qəsəbəsində tikilib istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2 otaqlı, ümumi sahəsi 50 kv.m yaşayış sahəsi 28.5 kv.m olan 10 nömrəli mənzil X2 adına verilməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin qeydiyyatda olub yaşadıqları Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzillər ayrı-ayrı daşınmaz əmlaklardır, lakin ünvanları eynidir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, ünvan 5 ünvan baza məlumatlarına əsasən, yeni qaydalarla Gədəbəy rayonu, ünvan 7dur. Məhkəmə qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin qeydiyyatda olub yaşadıqları ünvan 8 ünvanları eyni olsa da, iddiaçıya məxsus olan mənzilin ünvanı dəyişdirilərək, yeni qaydalarla Gədəbəy rayonu, ünvan 7 müəyyənləşdirilmiş və hazırda qeyd olunan yeni ünvanda heç kəs qeydiyyatda deyil. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanında yerləşən mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi üzrə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslər X10, X6, X9 və X3 ona məxsus olan Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Gədəbəy rayon Polis şöbəsinə qarşı “üçüncü şəxslər X10, X6, X9 və Məmmədova (Kamilli) Fidan Fəxrəddin qızının ona məxsus olan Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev 10, mənzil 10 ünvanından qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva