Məhkəmə qərarları › İş №2-1(114)-1808/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1808/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1808/2025 15.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-76078/2024 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Cəmiyyətə hesablanmış xx.xx.2022-ci il tarixli, **********591600 saylı qərarı ilə 2019-cu il üzrə 42.549,16 manat məbləğində mənfəət vergisi və xx.xx.2022-ci il tarixli **********927900 nömrəli qərarı ilə 2021-ci il üzrə 122.338,00 məbləğində mənfəət vergisinin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Real Transport" MMC-yə 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli, **********591600 saylı qərarı ilə 2019-cu il üzrə 42.549,16 manat məbləğində mənfəət vergisi və xx.xx.2022-ci tarixli **********927900 nömrəli qərarı ilə 2021-ci il üzrə 122.338,00 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmin qərarlardan dəqiqləşmiş bəyannamə vermişlər. Cavabdeh təşkilat tərəfindən müraciətləri cavablandırılmamışdır. "Real Transport MMC-nin əsas fəaliyyəti "Yük avtomobil nəqliyyatlarının fəaliyyəti" (fəaliyyət kodu-49411) olmaqla, vergi ödəyicisi kimi 2019-cu ildə dövlət qeydiyyatına alınmış və iyun ayından fəaliyyətə başlamışdır. "Real Transport MMC sadələşdirilmiş vergi ödəyicisidir. Cəmiyyətin balansında 2 ədəd özüboşaldan yük nəqliyyat vasitəsi və 1 ədəd yükləyicı ekskavatoru olmuşdur. "xxxx" MMC 2019-2021-ci illər ərzində qeyd olunan nəqliyyat vasitələri ilə fərqlənmə nişanı əldə etməklə, həmçinin "Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilələr əsasında digər şəxslərin xidmətindən istifadə etməklə Sifarişçi ilə bağlanmış xidmət müqavilələrinə əsasən ölkədaxili yükdaşıma xidmətləri göstərmişdir. "xxxx" MMC-nin həmin fəaliyyətlə məşğul olmasının sübutu, xidmət göstərdiyi və ya xidmətindən istifadə etdiyi şəxslərdən aldığı və ya təqdim etdiyi elektron qaimə fakturalardır. Bundan əvvəl də Cəmiyyətin adından cavabdehə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********516900 nömrəli qərarı ilə Cəmiyyətə hesablanmış 2021-ci il üzrə 222.458 manat məbləğində hesablanmış mənfəət vergisinin ləğv edilməsinə dair iddia qaldırmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1968/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə - sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsə mənfəət vergisi hesablanması əsassız hesab edilmiş və iddia tələbi təmin edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz verilmiş və etirazda İddiaçı MMC-nin iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün "yük avtomobil nəqliyyatlarının fəaliyyəti"ndən ibarət olduğu, uçot-baza məlumatlarına əsasən ünvan 1 ünvanında yerləşən, 63.13 m² sahəsi olan xx.xx.2021-ci il tarixdə qeydiyyat: alınmış (obyekt kodu: **********-10001) "Ofis" adlı təsərrüfat subyektinin (obyektinin) olduğı və xx.xx.2022-ci il tarixdən vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə elektron qaimə-faktura əsasında 709660,12 manat məbləğində mallar təqdim edilməsinə və elektron qaimə-faktura əldə etməklə xərclərin 89089,7 manat, əməkhaqqı üzrə xərclərin 7249,35 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərinin 1631,06 manat olduğuna baxmayaraq, 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********785500 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021 ci il üzrə 122338,00 manat mənfəət vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizli sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci il tarixli **********407900 nömrə Qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və qeyd edilən kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-c 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə 122338,00 manat mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022ci i tarixli **********491200 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və qeyd edilən kənarlaşma ilə bağı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə 122338,00 mana mənfəət vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-76078/2024 nömrəli Qərar qəbul olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün kassa metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin hesabat dövrünür gəlirləri bölməsində 532180,21 manat məbləğində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilmiş gəlir bəyan edildiyi, gəlirlərin əldə edilməsi ilə bağlı 15846,52 mana əmək haqqı və ona bərabər tutulan ödəmələr, 1631,07 manat sosial siğorta haqları, 5258,61 manat bank xərci, 449785,00 bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətləriı göstərilməsi) ilə bağlı sair xərclər, 37373,25 faizlərlə bağlı xərclər, 41392,50 manat amortizasiya: xərci, 1328,31 manat sığorta üzrə xərclər olmaqla ümumilikdə 552615,25 manat xərc göstərildiyi müəyyən edilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2022-ci il tarixdə gəlirlər və xərclər hissəsində heç bir məlumat əks etdirilmədən 2021-ci il üçün göstəricisiz dəqiqləşdirilmiş mənfəət vergis bəyannaməsi təqdim edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) ümumi dəyəri 709660,12 manat olan əhəng daşı əhəng daşının yüklənməsi və daşınması ilə bağlı elektron qaimə fakturaların təqdim edildiyi müraciətlərdə özlərinə məxsus nəqliyyat vasitəsi ilə daşıma həyata keçirdikləri bildirilməsinı baxmayaraq bununla bağlı heç bir təsdiqedici sənədin təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin arasdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) Cəmiyyətin "xxxx" ASC-də olan hesablaşma hesabına 782180,21 manat məbləğində "müqaviləyə əsasən ödənilir" təyinatı ilə vəsait mədaxil edildiyi müəyyən edilmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş cari dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlərin əldə edilməsi ilə bağlı çəkilən xərclər bölməsinin 221.15 Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər sətrində göstərilən 449785,00 manat məbləğdən 361924,46 manatının əldə edilməsi ilə bağlı heç bir təsdiqedici sənədin əldə edilmədiyi müəyyən edilmişdir. Cəmiyyətin nümayəndəsi qeyd olunan xərclərlə bağlı elektron qaimə-faktura əldə edilməməsinə baxmayaraq vergi ödəyicisinin "xxxx" ASC-də olan hesablaşma hesabından yükdaşıma ilə bağlı xidmətlərin dəyərinin ödənildiyini bildirmişdir. Qeyd olunanlarla bağlı Cəmiyyətin bank hesablarının araşdırılması zamanı yükdaşıma xidməti adı ilə bir sıra vergi ödəyicilərinə 402540,00 manat məbləğində vəsait köçürüldüyü, bu ödəyicilərdən X3 (VÖEN: **********) tərəfindən köçürülmüş vəsaitlə bağlı 6300,00 manat məbləğində, X9 (VÖEN: **********) tərəfindən köçürülmüş vəsaitlə bağlı 79500,02 manat məbləğində sürücülük və ya yükdaşıma xidməti ilə bağlı elektron qaimə-faktura təqdim edildiyi, qalan 316739,98 manat məbləğə görə isə heç bir elektron qaimə-faktura təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, Cəmiyyətin bank hesablarının araşdırılması zamanı yükdaşıma xidməti adı ilə vəsait köçürülən vergi ödəyicilərinin bəzilərinin fəaliyyətinin "ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı","sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması", "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri" və "təcrübə-tikinti işləri" olduğu müəyyən edilmişdir. Eyni zamanda uçot-baza məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən Cəmiyyətin balansında 1 ədəd SHACMAN markalı yük avtomobili və 1 ədəd CASE markalı ekskavatorunun olduğu, SHACMAN markalı **-JV-*** nömrəli yük avtomobili ilə bağlı Cəmiyyət tərəfindən fərqlənmə nişanı alındığı müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən Cəmiyyətə məxsus yük avtomobili ilə və müqavilə əsasında digər şəxslərə məxsus yük avtomobilləri ilə yüklərin daşınması ilə bağlı əmtəənəqliyyat qaimələri, sürücülərlə imzalanmış təhvil-təslim aktları araşdırmaya təqdim edilməmişdir. Eyni zamanda Cəmiyyət tərəfindən araşdırmaya təqdim edilmiş podratçı şəxslərlə bağlanılmış müqavilələrin və aktların araşdırılması zamanı həmin sənədlərin bəzilərinin sonradan tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, Cəmiyyət ilə X4 (VÖEN: **********) arasında bağlanan müqavilənin tarixinin xx.xx.2021-ci il olmasına baxmayaraq, müqavilədə qeyd olunan bank hesabının xx.xx.2021-ci il tarixdə açıldığı, X10 (VÖEN: **********) ilə bağlanılmış müqavilənin tarixinin xx.xx.2021-ci il olmasına baxmayaraq, müqavilədə qeyd olunmuş bank hesabının xx.xx.2021-ci il tarixdə açıldığı, "xxxx" MMC (VÖEN: **********) ilə bağlanılmış müqavilənin tarixinin xx.xx.2021-ci il olmasına baxmayaraq, qeyd olunan hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı və s. kənarlaşmalar olduğu müəyyən edilmişdir. Eyni zamanda Cəmiyyətin bank hesablarının araşdırılması zamanı xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə (VÖEN: **********) 15 200 manat, "xxxx" MMC-yə (VÖEN: **********) xx.xx.2021-ci il tarixde 15 100 manat, xx.xx.2021-ci il tarixdə 5 350 manat, xx.xx.2021-ci il tarixdə 3720 manat köçürüldüyü hər iki hüquqi şəxsin rəhbərinin X11 olduğu, həmin şəxsin eyni zamanda digər 3 hüquqi şəxsin rəhbəri olduğu və 5 hüquqi şəxsin eyni tarixdə (xx.xx.2020) dövlət qeydiyyatına alındıqları müəyyən edilmişdir. Cəmiyyət tərəfindən bank hesabı vasitəsilə "xxxx" MMC-yə (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə 15 200 manat vəsaitin köçürüldüyü, həmin hüquqi şəxsin rəhbərinin X14 olduğu və şəxsin eyni zamanda digər 3 hüquqi şəxsin rəhbəri olduğu, həmin 4 hüquqi şəxsdən 3-nün eyni tarixdə (xx.xx.2020) dövlət qeydiyyatına alındıqları müəyyən edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən bank hesabi vasitəsilə 2021-ci ildə fiziki şəxslər X12 (VÖEN: **********) 2 dəfə 15 000 manat olmaqla 30 000 manat köçürüldüyü, X5 (VÖEN: **********) 1 dəfə 15 000 manat köçürüldüyü və həmin şəxslərin 2020-ci il də Cəmiyyətin işçiləri olduğu, X2 eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu və Cəmiyyət tərəfindən 2021-ci ildə "xxxx" MMC-yə bank hesabı vasitəsilə 5 dəfə 15 000 manat olmaqla ümümilikdə 75 000 manat köçürüldüyü, Cəmiyyət tərəfindən 2021-ci il tarixdə bank hesabı vasitəsilə vəsaitlər köçürülmüş hüquqi şəxslərin dövlət büdcəsinə hər-hansi bir vergi məbləğinin, o cümlədən sosial sığorta haqlarının ödənilmədiyi müəyyən edilmişdir. Cəmiyyətin bank hesablarının araşdırılması zamanı 2021-ci il tarixdə 15000-15200 manat məbləğində 19 sayda məxaric əməliyyatlarının aparıldığı müəyyən edilmişdir ki, bu da "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) olduğundan, həmin əməliyyatların nağdlaşdırma əməliyyatı olduğu ehtimalını yaratmışdır. Bundan əlavə Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə 52000,00 manat vəsaitin "xx.xx.2021 tarixli X.K-956 saylı məktuba əsasən" təyinatı ilə və xx.xx.2021-ci il tarixdə isə 48000,00 manat vəsaitin "xx.xx.2021 tarixli X.K-1032 saylı məktuba əsasən" təyinatı ilə "xüsusi notariusların fəaliyyəti" göstərən X6 (VÖEN: **********) köçürüldüyü müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı X6 xx.xx.2022-ci il tarixdə **********812000 nömrəli köçürülmüş məbləğlərlə bağlı məlumatların və təsdiqedici sənədlərin (müqavilələrin) təqdim edilməsi ilə bağlı "Sənədlərin təqdim edilməsi haqqında" məktub göndərilmiş və müvafiq müqavilələr xx.xx.2022-ci il tarixdə araşdırmaya təqdim edilmişdir. Təqdim edilmiş müqavilələrin araşdırılması zamanı 2 ədəd HOWO markali yük maşının təqdim edilməsi ilə bağlı Cəmiyyət ilə X13 (X24 oglu əvəzinə) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanıldığı müəyyən edilmişdir. Qərarda qeyd ediidiyi kimi, X2 əvvəllər Cəmiyyətin işçisi olduğu və 2021-ci il ərzində Cəmiyyət tərəfindən həm fərdi sahibkara, həm də rəhbəri olduğu hüquqi şəxsi bank hesabı vasitəsilə vəsaitlərin köçürüldüyü, həm də Cəmiyyət tərəfindən bank hesabı vasitəsilə X7 (VÖEN: **********) 2021-ci ildə 34 810 manat vəsait köçürüldüyü müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Cəmiyyətin rəhbərinin Nümayəndə2 Məhəmməd oğlu (VÖEN: **********) olduğu, həmin şəxsin 2018-2019-cu illərdə dəyəri 1 262 928,54 manat olan elektron qaiməfakturaların "xxxx" MMC-yə təqdim edildiyi müəyyən edilmişdir. Cəmiyyətin nümayəndəsi izahatında və müraciətlərində sadələşdirilmiş verginin ödəyicisi olmasını bildirməsinə baxmayaraq, digər şəxslər vəsitəsilə vergi ödəyicisi olan şəxslərə daşıma fəaliyyəti həyata keçirən şəxslərin bu fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisi olmadığını, Cəmiyyətin həm vasitəçi həm də özü tərəfindən göstərilmiş xidmətlərlə bağlı formalaşan gəlirlərinin və xərclərinin bölgüsünün araşdırmaya təqdim edilmədiyini, Cəmiyyət tərəfindən 2021-ci il ərzində"xxxx" MMC-yə 709660, 12 manat məbləğində əhəng daşı, əhəng daşının yüklənməsi və daşınması ilə bağlı elektron qaimə fakturaların təqdim edildiyini, qeyd olunanlarla bağlı Cəmiyyətin hesablaşma hesabına 782180,21 manat məbləğində vəsait mədaxil edildiyini, yükdaşıma xidməti adı ilə Cəmiyyətin hesablaşma hesabından köçürülən məbləğlərin yükdaşıma ilə əlaqəsi olmayan hüquqi və fiziki şəxslərə köçürüldüyünü, bank hesablarının araşdırılması zamanı köçürülən məbləğin nağlaşdırma məqsədilə köçürülməsi ehtimalını yaratdığını, həmçinin vergi ödəyicisi şikayətinin təmin edilməsi uçün əsas verən sənədlərin araşdırmaya tam təqdim edilmədiyini, yüklərin daşınması üçün mütləq qaydada tələb olunan əmtəə-nəqliyyat qaimələrini vergi orqanına təqdim etməmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1808/2025 nömrəli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2- 76078/2024 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Hüquqi şəxs haqqında məlumat qrafikindən görünür ki, İddiaçı MMC-yə ********** VÖEN verilməklə xx.xx.2019-cu il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə bəyannamə təqdim edilməməsinə görə kameral vergi yoxlamasının aparılması mümkün olmaması səbəbi ilə zəruri sənədlər tələb olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 122.338,00 manat müəyyən edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmş kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 122.338,00 manat təşkil edir. "Real Transport MMC tərəfindən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda görünür ki, "xxxx" MMC tərəfindən 2019-cu ildə göstərilmiş xidmətlərə görə təqdim olunmuş elektron qaimlərdə də qeyd edildiyi kimi müəssisə yük daşıma xidmətləri göstərmişdir. AR VM-nin 218.4.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər Sadələşdirilmiş verginin ödəyiciləridir. AR VM-nin 219.5.-ci maddəsinə əsasən Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyildir və VM-nin 221.4.5.-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətə görə vergi orqanlarına ƏDV-nin, mənfəət vergisinin bəyannaməsini vermirlər. Sadələşdirilmiş vergini isə Fərqlənmə nişanı almaqla ödəyirlər. xx.xx.2022-ci il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci ildə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmaması səbəbi ilə zəruri sənədlər tələb olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmş kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 122.338,00 manat təşkil edir. xx.xx.2024-cü il tarixli mənfəət vergisi bəyannaməsinə yaranmış uyğunsuzluq haqqında məktubda görünür ki, uçot-baza məlumatlarına əsasən tərəfindən 2021-ci il üzrə elektron qaimə- faktura əsasında gəlirlərin 709660,12 manat, e-qaimə faktura əldə etməklə xərclərin 89089,7 manat, əməkhaqqı üzrə xərclərin 7249,35 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərin 1631,06 manat olmasına baxmayaraq, tərəfindən 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi göstəricilər olmadan təqdim edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlərə əsasən gəlirlərin 709660,12 manat, xərclərin 97970,11 manat olduğu nəzərə alınmaqla əlavə 122338,0 manat mənfəət vergisinin hesablanması qanunamüvafiq hesab edilir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarda görünür ki, 2021-ci ilin mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmş kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 122.338,00 manat təşkil edir. 2021-ci il üzrə mənfəət vergisinin bəyannaməsində görünür ki, "Real Transport MMC” malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 532,180.21 manat miqdarında gəlir əldə etmişdir. 2021-ci il üzrə mənfəət vergisinin bəyannaməsində görünür ki, "Real Transport MMC” malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 709,660.12 manat miqdarında gəlir əldə etmişdir. 2021-ci il üzrə mənfəət vergisinin bəyannaməsində görünür ki, "Real Transport MMC” malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir göstərilməmişdir. "Real Transport MMC” tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat qrafikində “Real Transport MMC”-nin 2021-ci il üzrə elektron qaimə fakturalar əsasında təqdim etdiyi mal, iş və xidmətlər haqqında məlumat əks olunmuşdur. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2- 76078/2024 nömrəli qərarının ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 6.1.2-ci maddəsinə görə, hüquqi şəxslərin mənfəət vergisi dövlət vergilərinə aiddir. 11-ci maddəsinə əsasən, vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 36.1-ci maddəsinə görə, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 83.2-ci maddəsinə görə, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 218.1-ci maddəsinə görə, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. 218.4-cü maddəsinə görə, bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər; (xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiyada) ... İş materialları ilə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən "Real Transport MMC” tərəfindən 2021-ci il üzrə elektron qaimə-faktura əsasında 709660,12 manat məbləğində mallar təqdim edilməsinə və elektron qaimə-faktura əldə etməklə xərclərin 89089,7 manat, əməkhaqqı üzrə xərclərin 7249,35 manat, sosial sığorta və işsizlikdən sığorta üzrə xərclərinin 1631,06 manat olduğuna baxmayaraq, 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Cavabdeh tərəfindən vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün "Vergilərin, sosial sığorta və işsizli sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli **********407900 nömrə qərar qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, 2021-ci il üzrə 122338,00 manat mənfəət vergisi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci i tarixli **********491200 nömrəli qərar qəbul olunmuşdur. Daha sonra Vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, 2021-ci il üzrə 122338,00 manat mənfəət vergisi hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-76078/2024 nömrəli qərar qəbul olunmuşdur. Hazırda mübahisələndirilən kameral qərarın qəbul olunmasının əsasını iddiaçı MMC ilə PREMİUM MİNİNG" MMC arasında 2021-ci il üzrə ümumi dəyəri 709660,12 manat məbləğində həyata keçirilən əməliyyatlar təşkil edir. Cavabdeh qeyd edir ki, iddiaçı daşıma xidməti ilə məşğul olmamış, aldığı malı alıcıya çatdırmışdır. Bu səbəbdən də onun fəaliyyəti Vergi Məcəlləsinin 218.4.1-ci maddəsi ilə əhatə oluna bilməz və iddiaçı mənfəət vergisi ödəməlidir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşır. Vergi Məcəlləsinin tələblərinə əsasən, bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Bundan başqa, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. İş üzrə iddiaçının dövriyyəsinin 200.000 manatdan artıq olması isə işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddiaçı "Real Transport MMC” 2021-ci il üzrə sadələşdirilmiş vergi ödəməyinə, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmamasına baxmayaraq, iddiaçının 2021-ci il üzrə ümumi dəyəri 709660,12 manat məbləğində həyata keçirdiyi əməliyyatların daşıma xidməti ilə əlaqədar olması iş materialları ilə təsdiq olunmur. İddiaçı tərəfindən özlərinə məxsus nəqliyyat vasitəsi ilə daşıma həyata keçirdikləri barədə sübutlarını cavabdeh vergi orqanına və ya məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-17/2-76078/2024 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar