Məhkəmə qərarları › İş №2-1(114)-181/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-181/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-181/2023 01.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı intizam cəzalarının ləğvi və tutulmuş pul vəsaitinin qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41-ci maddəsinin 41.0.10-cu bəndinə uyğun olaraq hərbi xidmətdən ehtiyata buraxılmağı, 2022-ci ildə istirahət günləri xidmətə çıxmadığı üçün elan olunmuş intizam cəzalarının ləğv olunması və həmin günlər üçün aylıq əmək haqqından qanunsuz olaraq tutulmuş pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 20 ildən artıqdır ki, Azərbaycan Respublikası Silahlı qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçir. 2021-ci ilin yanvar ayında ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət etdiyi Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədən Cüzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə köçürülmüşdür. Belə ki, həyat yoldaşı 2-ci qrup əlildir və əvvəlki xidmət yerində həyat yoldaşına xəstəliyi ilə əlaqədar ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi və müalicənin aparılması mümkün olmamışdır. Lakın yeni xidmət yerində bir neçə ay xidmət etdikdən sonra xidmət etdiyi bölmə (müvafiq olaraq tutduğu vəzifə də) keçirilən təşkilatı-ştat tədbirləri ilə əlaqədar olaraq ixtisara düşmüşdür. Vəzifəsinin ixtisarı ilə əlaqədar onunla aparılmış söhbətləşmə zamanı Bakı qarnizonunda yerləşən hərbi hissələrdən birinə təyin olunmağını, bu mümkün olmadıqda isə ştat ixtisarı ilə əlaqədar ehtiyata buraxılmağını xahiş etsə də, ehtiyata buraxılmamış, əksinə Ağstafa rayonu ərazisində yerləşən hazırda xidmət etdiyi N nömrəli hərbi hissəyə köçürülmüşdür. Baxmayaraq ki, o N nömrəli hərbi hissəyə ailə vəziyyəti ilə əlaqədar köçürülmüşdür və bununla əlaqədar əvvəlki xidmət yerinə yaxın hərbi hissələrin birində xidmətə keçirilə bilərdi. Onun xidmət keçdiyi və sonra ixtisara düşmüş bölmənin 13 MAXE və gizirlərinin hər biri ondan fərqli olaraq Bakı qarnizonunda müxtəlif hərbi hissələrə təyin edilmişdir. Yeni xidmət yerində (N nömrəli hərbi hissədə) o dəfələrlə hərbi hissə komandirinə, N nömrəli hərbi hissə komandirinə və Azərbaycan Respublikası Müdafiə Nazirinə raport və ərizələrlə müraciət edərək xidmət yerinin dəyişdirilməsini və ya ehtiyata buraxılmasını xahiş etsə də bütün müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Əksinə, bu müraciətlərindən sonra hərbi hissə komandanlığı tərəfindən ona qərəzli münasibət göstərilmişdir. Belə ki, istirahət günləri xidmətə çıxamadığına görə 2022-ci ilin mart, iyun aylarının aylıq pl təminatından həmin günlərin əmək haqqı hərbi hissə komandirinin əmri ilə qanunsuz olaraq ondan tutulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 2022-ci ildə istirahət günləri xidmətə çıxamadığı üçün ona elan olunmuş intizam cəzalarının ləğv olunması və həmin günlər üçün aylıq əmək haqqından qanunsuz olaraq tutulmuş pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, baş gizir İddiaçı N nömrəli hərbi hissənin qərargah bölüyünün baş çavuşu vəzifəsində xidmət edərkən xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:30-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 483 nömrəli əmri ilə 2 gün əmək haqqı tutulmaqla “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 09:00-dan xx.xx.2022-ci il tarixdə saat 07:30-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 911 nömrəli əmri ilə 2 gün əmək haqqı tutulmaqla “Töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə saat 07:30-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 910 nömrəli əmri ilə 1 gün əmək haqqı tutulmaqla “Töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 17:30-dan xx.xx.2022-ci il tarixdə saat 08:00-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1026 nömrəli əmri ilə “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1159 nömrəli əmri ilə “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1160 nömrəli əmri ilə 2 gün əmək haqqı tutulmaqla “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1303 nömrəli əmri ilə 2 gün əmək haqqı tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək və xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1358 nömrəli əmri ilə “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1508 nömrəli əmri ilə 2 gün əmək haqqı tutulmaqla “Şiddətli töhmət” elan edilmişdir. Bundan başqa baş gizir İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi hissə komandirinə raportla müraciət edərək 5 (beş) il müddətinə bağlaşmanın artırılmasını xahiş etmiş və xx.xx.2018-ci il tarixdə hərbi hissə komandanlığı ilə aralarında olan bağlaşmaya əsasən xidmət müddəti xx.xx.2023-cü il tarixədək artırılmışdır. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən baş gizir İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Baş gizir İddiaçı xidmət yerinə çıxmadığı günlərə görə N nömrəli hərbi hissə komandirinin qeyd olunan əmrləri ilə tutulan pul məvacibi və verilmiş intizam cəzasını əsaslı hesab edirik. Belə ki, günün nizam qaydası hərbi hissə komandirinin qış və yay tədris dövrünü üçün günün nizam qaydası ilə tənzimlənir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 11/4250 nömrəli etirazında qeyd edilmişdir ki, Şəxsi Heyət Baş İdarəsinin 18 oktyabr 2022-ci il tarixli 1/5037 nömrəli müşayət məktubu ilə daxil olmuş N nömrəli hərbi hissənin N sentyabr 2022-ci il tarixli 9037 nömrəli məktubunda iddiaçı baş gizir İddiaçı xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi ilə bağlı müraciətinin Müdafiə nazirinin müavini-X4 göstərişinə əsasən N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsində araşdırıldığı bildirilmişdir. Hərbi qulluqçunun dəfələrlə ailə vəziyyəti ilə bağlı xidmət yerinin dəyişdirilməsi üçün əsassız şikayətlər etdiyi qeyd olunmuşdur. Hərbi hissə tərəfindən onunla aparılan söhbət zamanı yoldaşının ağır xəstə olduğunu bildirmiş və 21 iyul 2022-ci il tarixdə 1811 nömrəli göndərişlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yoldaşının sağlamlığının müəyyən olunması üçün göndərilmiş və barəsində hərbihəkim komissiyası tərəfindən “ixtisaslaşdırılmış tibb müəssisəsində uzunmüddətli müalicəyə ehtiyacı yoxdur” qərarı verilmişdir. Hərbi hissə tərəfindən ailə vəziyyətinin yoxlanılması üçün yaşadığı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinə 27 iyul 2022-ci il tarixli 1876 nömrəli məktub göndərilmiş, lakin atası yazılı və şifahi şəkildə ailə vəziyyəti haqqında aktın tutulmasından imtina etmişdir. Həmçinin, məktubda hərbi qulluqçunun yerdəyişmə ilə bağlı müraciət etdiyi, onun 01 iyul 2022-ci il tarixli 4118 nömrəli şikayətinin X4 göstərişinə əsasən araşdırıldığı və araşdırma zamanı bölük komandiri baş leytenant X3 izahat alındığı, izahatda bölüyün baş gizir İddiaçı xx.xx.2022-ci il tarixdən qərargah bölüyündə xidmət etdiyini, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, günün nizam qaydalarına riayət etməyən, mütəmadi olaraq günün nizam qaydası ilə təyin olunmuş yerbəyerlərə gecikən, sutkalıq növbəyə təyin olunduğu halda növbəyə getməkdən imtina edən hərbi qulluqçu olduğu göstərilmişdir. Beləliklə də yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəf hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 9 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 73 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 224 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 226 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 231 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 233 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 238 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 240 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 251 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 253 nömrəli əmrindən çıxarış; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 910 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 911 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1026 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1159 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1160 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1303 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1358 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 483 nömrəli əmri; -təsdiq edilmiş surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 1508 nömrəli əmri; -xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında bağlaşmanın təsdiq edilmiş surəti; -Günün nizam qaydalarının təsdiq edilmiş surətləri ; -İddiaçı barəsində tərtib edilmiş xidməti xasiyyətnamə; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:30-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 483 nömrəli əmri ilə iki gün əmək haqqı tutulmaqla “şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 09:00-dan xx.xx.2022-ci il tarixdə saat 07:30-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 911 nömrəli əmri ilə iki gün əmək haqqı tutulmaqla “Töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə saat 07:30-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 910 nömrəli əmri ilə bir gün əmək haqqı tutulmaqla “Töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 17:30-dan xx.xx.2022-ci il tarixdə saat 08:00-dək xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1026 nömrəli əmri ilə “şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1159 nömrəli əmri ilə “şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1160 nömrəli əmri ilə iki gün əmək haqqı tutulmaqla “Şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1303 nömrəli əmri ilə iki gün əmək haqqı tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək və xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1358 nömrəli əmri ilə “şiddətli töhmət” elan edilmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30-dan xx.xx.2022-ci il tarixdə saat 07:00-dək xidməti yerinə çıxmadığına görə hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1508 nömrəli əmri ilə iki gün əmək haqqı tutulmaqla “şiddətli töhmət” elan edilmişdir. İddiaçı hazırda sözügedən intizam cəzalarının ləğv edilməsini və əmək haqqından tutulmuş pul məbləğlərinin ona ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Qanunun 24-cü maddəsinin 2-ci hissəsinə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar: -Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq; -Azərbaycan Respublikasına sadiq olmaq barəsində hərbi and içmək; -Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək; -Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan başqa vəzifələri yerinə yetirmək. Qanunun 30.2-ci maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət nizamnaməsi Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir. Həmin Nizamnamənin 132-ci bəndinə əsasən bölüyün əsgər və çavuşlarını tanımaq; onların rütbəsini, soyadını, xidmət müddətini, tutduğu vəzifəsini, yaxud ixtisasını, şəxsi keyfiyyətlərini, ailə vəziyyətini bilmək və onlara qayğı göstərmək; bölüyün döyüş və ictimai-siyasi hazırlıq məşğələlərini zəruri vasitələrlə təmin etmək, həmçinin bölük komandirinin göstərişi ilə şəxsən məşğələlər aparmaq; bölüyə gələn silahları, ləvazimatı və əmlakı vaxtında almaq, nəzərdən keçirmək, onlardan düzgün istifadə edilməsinə, onların qorunub saxlanmasına diqqət yetirmək və dəqiq uçotunu aparmaq; təmirə ehtiyacı olan silahları, ləvazimatı və əmlakı vaxtında emalatxanalara göndərmək; bölüyün şəxsi heyətinin əşya əmlakını təmir edə bilməsi üçün lazım olan təmir-yamaq materiallarının olmasının qeydinə qalmaq; bölük katibinin işini, bölüyün müəyyən edilmiş uçot və hesabat işinin düzgün aparılmasını yoxlamaq; taqımlar arasında xidmət və iş naryadlarını bölüşdürmək, çavuşların naryad növbəsinə şəxsən başçılıq etmək və taqımlarda növbələrin düzgün aparılmasını yoxlamaq; bölükdən təyin olunmuş sutkalıq naryadı dəyişməyə göndərməzdən qabaq nəzərdən keçirmək, təlimatlandırmaq, onların öz vəzifələrini bilməsini yoxlamaq və vaxtında dəyişməyə göndərmək; bölük komandirinin icazəsi ilə qarovullara, alay (briqada) növbətçisinin sərəncamı ilə növbətçi bölməyə döyüş sursatı vermək, növbə qurtarandan sonra onları şəxsən qəbul edib yoxlamaq; bölük növbətçisinin və gün növbətçilərinin öz vəzifələrini dəqiq yerinə yetirmələrini yoxlamaq; bölüyün əsgər və çavuşlarının zahiri görkəminə diqqət yetirmək, onların geyimini və ayaqqabısını əyinlərinə uyğunlaşdırmaq; bölükdən təyin olunan hər komandanı nəzərdən keçirib yola salmaq; hərbi hissənin yerləşdiyi yerdən kənara göndərilən komandaları alay (briqada) növbətçisinə təqdim etmək; bölüyü şəxsən hamama aparmaq və tibbi müayinəyə təqdim etmək; səhər baxışının aparılmasına rəhbərlik etmək və axşam yoxlanışını aparmaq; bölüyü yeməkxanaya aparmaq, yaxud onu taqım komandiri müavinlərindən birinin komandası altında yeməkxanaya göndərmək; axşam yoxlanışı zamanı yerində olmayanlar barəsində (özbaşına gedənlər varsa, onların soyadlarını) bölük növbətçisi vasitəsilə alay (briqada) növbətçisinə məlumat vermək; müddətli xidmət əsgər və çavuşları alayın (briqadanın) yerləşdiyi ərazidən kənara buraxıldıqda, onlara buraxılma vərəqəsi vermək və geyim formalarının qaydada olmasını, küçədə və ictimai yerlərdə özlərini aparma qaydalarını bilmələrini yoxlamaq; iş növbəsində olanlar və ya xidməti işlərlə əlaqədar yerində olmayanlar üçün yemək saxlanması barədə bölük növbətçisi vasitəsilə yeməkxana növbətçisinə sifariş vermək; bölüyün bütün yaşayış və qeyri-yaşayış binalarının təmiz və səliqəli saxlanmasını təşkil etmək, bölüyün bütün binalarının, ayaqyolularının və təhkim olunmuş ərazi sahələrinin ümumi təmizlənməsinə rəhbərlik etmək; sobaların yandırılması qaydalarının yerinə yetirilməsinə, yanğınsöndürmə vasitələrinin saz olmasına, bölüyün əsgər və çavuşlarının yanğın təhlükəsizliyi qaydalarına riayət etmələrinə nəzarət etmək; bölükdə baş vermiş hər bir hadisə barəsində bölük komandirinə dərhal məlumat vermək; bölükdə zabit olmayanda böyük rəislərin əmrlərini yerinə yetirmək və bu barədə bölük komandirinə məlumat vermək; həbs edilmiş əsgər və çavuşların pulunu və qiymətli şeylərini siyahı ilə qəbul etmək və onları bölük komandirinə təqdim etmək; sıravilərə və çavuşlara verdiyi həvəsləndirmələr və cəzalar barədə bölük komandirinə məlumat vermək; alınan nizamnamələrin, təlimatların və tədris vasitələrinin saxlanmasını, həmçinin müvəqqəti istifadəyə verilməsini təşkil etmək, onların taqımlarda saxlanmasına nəzarət etmək; bölüyün yerləşdiyi yerdən kənara getdikdə taqım komandiri müavinlərindən birini öz yerinə qoymaq bölük başçavuşunun vəzifəsidir. Azərbaycan Respublikası Silahlı X1 1-ci bəndinə əsasən Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Həmin Nizamnamənin 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin Nizamnamənin 50-ci bəndinə əsasən müddətindən artıq xidmət çavuşlarına məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs, əlaçı döş nişanından məhrum etmə, öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə, hərbi rütbəsini bir pillə aşağı salma, hərbi rütbəsini bir pillə aşağı salmaqla yanaşı, aşağı vəzifəyə keçirmə, xidmət vaxtı başa çatmamış ehtiyata buraxma, sülh dövründə çavuş hərbi rütbəsindən məhrum etməklə ehtiyata buraxma cəzaları verilə bilər. Həmin Nizamnamənin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Həmin Nizamnamənin 96-cı bəndinə əsasən intizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı sözügedən intizam cəzalarının tətbiqinin əsassız olması hər hansı sübut yaxud sübutlarla təsdiq olunmadığından ləğv edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı intizam cəzalarının ləğvi və tutulmuş pul vəsaitinin qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı intizam cəzalarının ləğvi və tutulmuş pul vəsaitinin qaytarılması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar