Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1811/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X21, X2, X41, X9, X22, X23, X24, X25, X31, X10, X32, X26, X33, X3, X5, X34, X13, X35, X44, X17, X7, X36, X27, X11, X18, X28 və X8 cavabdeh Goranboy rayon Səmədabad Bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X64, X42 və X12) qarşı Goranboy rayon Səmədabad Bələdiyyəsi tərəfindən verilmiş icarə müqavilələrinin və həmin icarə müqavilələri əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X21, X2, X41, X9, X22, X23, X24, X25, X31, X10, X32, X26, X33, X3, X5, X34, X13, X35, X44, X17, X7, X36, X27, X11, X18, X28 və X19(bundan sonra mətndə iddiaçılar) cavabdeh Goranboy rayon Səmədabad Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Goranboy rayon Səmədabad Bələdiyyəsi tərəfindən qanunsuz olaraq Gəncə şəhər sakini X29 və Goranboy rayon Xəsədərli kənd sakini X6 verilmiş icarə müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə digər iddiaçıların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Belə ki, iddia ərizəsinin məzmunundan, habelə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, hazırda mübahisələndirilən Goranboy rayon Səmədabad Bələdiyyəsinin mülkiyyətində olan xx.xx.2017-ci il tarixdə RX seriya ******* nömrə ilə qeydiyyata alınmış 3.24 ha, xx.xx.2017-ci il tarixdə RX seriya ******* nömrə ilə qeydiyyata alınmış 6.73 ha, xx.xx.2017-ci il tarixdə RX seriya ******* nömrə ilə qeydiyyata alınmış 2.63 ha və xx.xx.2017-ci il tarixdə RX seriya ******* nömrə ilə qeydiyyata alınmış 1.45 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X16 X56 və Hərrac Komissiyasının xx.xx.2017-ci il tarixli protokoluna əsasən kənd təsərrüfatı təyinatlı torpaq kimi 30 illik hər il icarə haqqı 100, 81 və 46 manat olmaq şərti ilə hərracdan X1, üçüncü şəxs X29 bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı 011274 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış 19.3 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla X4 mülkiyyətinə verilmişdir. Hazırki mübahisədə icarə müqaviləsinin bağlanması tələb olunan torpaq sahəsi üçüncü şəxsə hərracdan satılmış, hərrac komissiyasına təqdim olunan sənədlərin mötəbərliliyi iddiaçılar tərəfindən mübahisələndirilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.2-ci hissəsində qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.3-cü hissəsində göstərilmişdir ki, mülki icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyati üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi üzrə mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X21, X2, X41, X9, X22, X23, X24, X25, X31, X10, X32, X26, X33, X3, X5, X34, X13, X35, X44, X17, X7, X36, X27, X11, X18, X28 və X8 cavabdeh Goranboy rayon Səmədabad Bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X64, X42 və X12) qarşı Goranboy rayon Səmədabad Bələdiyyəsi tərəfindən qanunsuz olaraq Gəncə şəhər sakini X29 və Goranboy rayon Xəsədərli kənd sakini X6 verilmiş icarə müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1811/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1811/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver