Məhkəmə qərarları › İş №2-1(114)-1811/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1811/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1811/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 8 il 3 ay iş stajının olmasını təsdiq edən əmək kitabçasının əsasında yaşa pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlər, o cümlədən xx.xx.1979-cu il tarixdə ilkin qeydiyyatı aparılmış əmək kitabçasının 2 və 6, 8 və 12-ci səhifələrində müvafiq olaraq 4, 5 və 6, 8 və 9 qeydiyyat nömrəsi qeyd edilməmiş qeydlər nömrələrinin qarşısında möhürlə təsdiqlənmiş yazılarla təsdiq olunur ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsinə fəhlə və iqtisadçı, mühəndis və direktoru, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək X9 Qurğuları üzrə Təmir-tikinti sahəsinə mexanik vəzifəsinə, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsinin mexanik vəzifəsinə təyin olub işləmişdir. 8 il 3 ay iş stajı əldə etmiş və müvafiq qaydada əmək haqqı qazanıb almışdır. Əmək kitabçası ən etibarlı sənəd hesab olunmalıdır, çünki dövlət tərəfindən təmin olunmuş sənədlər əsasında tərtib olumuşdur. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmaqla yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2022-ci il tarixdə yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixli ИT-İ ******* saylı əmək kitabçasının, diplomun və hərbi xidmətdə olmasıyla bağlı xx.xx.2022-ci il tarixli 01 nömrəli arayışa əsasən xx.xx.1974-xx.xx.1979-cu illər əyani təhsil müddəti, xx.xx.1979-xx.xx.1981-ci illər hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan digər illər onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və 17 il 6 ay təşkil edir. İddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdə "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X9 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999xx.xx.2000-ci illərdə “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsində işləməsinə dair sənədlər arxivə təhvil verilməməsi və onun işləməsinə dair mötəbər sübut müəyyən edilmədiyi üçün sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 8 il 1 ay 12 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta staljına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. İddiaçının vəkili X5 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1988-1992, 1992-1995 və 1999-2000-ci illərin sosial sığorta stajına daxil edilməsi tələb edirik. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 1981-1988, 1995-1998-ci illərdə kolxozda işlədiyi, 1974-1979 təhsil və 1979-1981-ci illər hərbi xidmət dövrü 17 il 6 ay müddəti qəbul edirik, digər dövrlər üzrə arxiv məlumatları olmadığına görə qəbul etmirik. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 276 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq Kələntərli kolxozunda 1995 (257 adam günü), 1996 (366 adam günü), 1997 (365 adam günü) və 1998-ci illərdə (181 adam günü) işləyərək əmək haqqı qazanmışdır. Müvafiq illər üzrə minimum adam günü norması 190 kimi qeyd olunmuşdur. -işə əlavə edilmiş EB 265314 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1974cü il tarixdən xx.xx.1979-cu il tarixinədək əyani təhsil almışdır. -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubdan görünür ki, "xxxx" (19 №-li TQTİ) Kollektiv Müəssisəsi, X9 Qurğuları üzrə Təmir-tikinti sahəsi, “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-3535 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının statistik vahidlərin "xxxx" (19 №-li TQTİ) Kollektiv Müəssisəsi, X9 Qurğuları üzrə Təmir-tikinti sahəsi, “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsinə dair məlumat mövcud deyil. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Yevlax rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 90/10 nömrəli arxiv arayışından görünür ki, "xxxx" (19 №-li TQTİ) Kollektiv Müəssisəsi, X9 Qurğuları üzrə Təmir-tikinti sahəsi, “Azərsukanal” X1 əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün X8 təhvil verilməmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 203 nömrəli məktubun məzmunundan görünür ki, "xxxx" (19 №-li TQTİ) Kollektiv Müəssisəsi, X9 Qurğuları üzrə Təmir-tikinti sahəsi, “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsinin əmr kitabları və əmək haqqı sənədləri mühafizə olunmaq üçün Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (17 il 6 ay) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 17 il 6 ay təşkil etdiyinə görə imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1979-2000-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 17 il 6 ay olması göstərilmişdir. Bundan əlavə xx.xx.1988xx.xx.1992-ci illərdə "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995ci illlərdə X9 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsində işləməsinə dair sənədlər arxivə təhvil verilməməsi və onun işləməsinə dair mötəbər sübut müəyyən edilmədiyindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh etirazında iddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdə "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X9 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsində işləməsinə dair sənədlər arxivə təhvil verilməməsini əsas gətirərək həmin illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müəsisəinin sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilməyərək yekun iş stajına əlavə edilməlidir. Çünki sözügedən sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. İş materiallarında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Beləliklə, iddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdə "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X9 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsində işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 il 7 ay 12 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-xx.xx.1992-ci illərdə "xxxx" (19 №-li TQTİ) kollektiv müəssisəsində, xx.xx.1992-xx.xx.1995-ci illlərdə X9 Qurğuları üzrə Təmir-tikinti sahəsində və xx.xx.1999-xx.xx.2000-ci illərdə “Azərsukanal” X3 Bakmil Təmir-tikinti sahəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar