Məhkəmə qərarları › İş №2-1(114)-1812/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1812/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1812/2020 17.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13rşı “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin ölçüsü üzrə aparılmış qeydin dəyişdirilməsi və torpaq sahəsinin xüsusi mülkiyyət kimi 1252 kv.m olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 xx.xx.2020-ci il tarixli, **********53 nömrəli məktubu ilə Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən alcı-satqı müqaviləsində satılan hissə kimi “Tikili V-də” 21.4 kv.m əl damı və yalnız 0.0446 kv.m torpaq sahəsi qeyd olunduğuna, həmçinin alcı-satqı müqaviləsində digər hissənin satılması ilə bağlı heç bir qeyd aşkar edilmədiyinə görə müraciətdən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X20 tərəfindən onun adına verilmiş çıxarış və texniki pasportun dəyişdirilməsinə və torpaq sahəsinin xüsusi mülkiyyət növü kimi 1252 kv.m olaraq qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi X10 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin ölçüsü üzrə aparılmış qeydin dəyişdirilməsi və torpaq sahəsinin xüsusi mülkiyyət kimi 1252 kv.m olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı xüsusi mülkiyyət olaraq ona məxsusdur. Həmin mülk AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən xx xxxxxx 2008-ci il tarixdə Gəncə şəhəri 4 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilərək ona satılmışdır. xx xxxxxx 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış verilərkən torpaq mülkiyyətinin ümumi sahəsi 446 kv.m xüsusi mülkiyyət növü kimi göstərilmişdir. Əvvəllər həmin torpaq mülkiyyəti sənəd üzrə 600 kv.m olmuş, alğı-satqı müqaviləsinə əsasən 446 kv.m torpaq sahəsi ona satılmış, 154 kv.m isə satıcıda qalmışdır. Ancaq faktiki olaraq o, həmin mülkü alarkən 1252 kv.m olmuşdur. Cavabdeh inzibati orqandan ünvan 1 ünvanına dair texniki və hüquqmüəyyənedici sənədlərdəki yanlışlıqların düzəldilməsini xahiş etmişdir. Ancaq müraciəti təmin edilməmişdir. Həmin mülkə aid arxiv sənədlərində mövcud olan 2404 saylı “Torpaq qeydində” torpaq sahəsi 1406 kv.m göstərilmişdir. Oğlu həmin əmlakı alarkən mülkün axırıncı sahibi Sarvan Quliyev 154 kv.m torpaq sahəsini özündə saxlamış qalan 1252 kv.m ona satmışdır. Həmin torpaq sahəsinin 446 kv.m sahəsi çıxarışda xüsusi mülkiyyət növü kimi qeyd edilmişdir. 806 kv.m torpaq sahəsi hüquq müəyyənedici sənəddə göstərilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X14 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş İddiaçı Gəncə şəhəri 4 saylı Dövlət notariat kontorunun xx xxxxxx 2008-ci il tarixli, 4Ə-1-88 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 217 ünvanında yerləşən 0.0446 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 21,4 kv.m olan Tikili “V” əl damını X2 almışdır. Həmin müqavilə əsasında 0.0446 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********51 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq sahəsində yerləşən sahəsi 21,4 kv.m olan Tikili “V” əl damı isə əsas tikili olmadığı üçün həmi sahəyə dair xx xxxxx 2008-ci tarixində yalnız texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sənəd üzrə 0.0446 ha olması, faktiki torpaq sahəsinin isə 0.1148 ha olması qeyd edilmişdir. İddiaçı iddia etdiyi 0.0702 ha (0.1148 ha - 0.0446 ha = 0.0702 ha) torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İş materiallarında olan: -xx xxxxx 1992-ci il tarixli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – X12 ünvan 3 ünvanda 600.0 kv,m torpaq sahəsində yerləşən Tik «A» bir yaşayış otağı 22.3 kv.m, örtülü eyvan 11.9 kv.m, zirzəmisi 18.0 kv.m, Tik «B» əl damı, Tik «Q» qaraj 42 kv.m X1. -xx xxxxxx 2007-ci il tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 22.3 kv.m yaşayış, 11.9 kv.m köməkçi sahədən ibarət 217 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx xxxxxx 2008-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – X9 xx.xx.2007-ci il tarixdə verilmiş 1254 nömrəli arayışa əsasən tikili “V”-də 21,3 kv.m, əl damı və 0,0446 kv.m torpaq sahəsi olan (özündə qalan hissə: tikili “A”, “B” bütövlüklə və 0,0154 kv.m torpaq sahəsi) Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 217-də yerləşən fərdi yaşayış evinin bir hissəsini alıcıya satmağı, alıcı – İddiaçı isə evin qiymətini ödəməyi öhdəsinə götürmüşdür. -xx xxxxxx 2013-cü il tarixli ərizənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 müraciət edərək, ona məxsus 0,0446 ha torpaq sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. -xx xxxxx 2008-ci il tarixli, 582-17V inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, İddiaçı adına Gəncə şəhəri, Nizami rayonu, Səfəvilər küçəsi, 172 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. -xx xxxxxx 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Səfəvilər küçəsi, 172 ünvanında yerləşən 0,0446 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki tələbində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında" daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışda ona məxsus olan torpaq sahəsinin faktiki sahəsinin 1252 kv.mdən ibarət olduğunu əsas gətirərək, aparılmış qeyddə düzəliş edilməsini və torpaq sahəsinin ölçüsünün 1252 kv.m kimi qeyd olunmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla iddiaçıya satılan torpaq sahəsinin ölçülərinin 0,0446 ha olduğu müəyyən edilmişdir. Belə ki, xx xxxxxx 2008-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı – X9 xx.xx.2007-ci il tarixdə verilmiş 1254 nömrəli arayışa əsasən tikili “V”-də 21,3 kv.m, əl damı və 0,0446 kv.m torpaq sahəsi olan (özündə qalan hissə: tikili “A”, “B” bütövlüklə və 0,0154 kv.m torpaq sahəsi) Gəncə şəhəri, Nizami rayonu, X21 küçəsi, 217-də yerləşən fərdi yaşayış evinin bir hissəsini alıcı – İddiaçı satmışdır. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 müraciət edərək, ona məxsus 0,0446 ha torpaq sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı zamanı alğı-satqı müqaviləsinə uyğun şəkildə qeydiyyat aparılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2. maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0 maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

9. maddəsinə əsasən bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.2. maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Beləliklə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı zamanı yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyat aparıldığından və torpaq sahəsinin xüsusi mülkiyyət kimi 1252 kv.m olaraq qeyd edilməsi üçün hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmədiyindin iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.

N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X13rşı “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin ölçüsü üzrə aparılmış qeydin dəyişdirilməsi və torpaq sahəsinin xüsusi mülkiyyət kimi 1252 kv.m olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir.

Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar