Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1813/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 28 il iş stajı olmasını nəzərə alaraq həmin illərin ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il tarixdə kolxozda əmək fəaliyyətinə başlamış, xx.xx.1973-cü il tarixdə hərbi xidmətə getdiyi üçün kolxozdan azad olunmuşdur. xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixə kimi kolxozçu, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixə kimi 18 nömrəli Asfalt Zavodda 2 aylıq fəhlə, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixə kimi çay bufetçisi, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi Tədarük İdarəsində tədarükçü, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi Frunze adına kolxozda selleksiyaçı zootexnik, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi Oktyabr kolxozunda selleksiyaçı zootexnik, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi selleksiyaçı zootexnik, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixə kimi Kökəltmə birliyində sədr müavini, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Mirbəşir rayon X5 və Rebuçuluq birliyində müdir, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə kimi Tərtər rayon X3 X2 başçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixə kimi Tərtər rayon X5 və Rebuçuluq birliyində sədr vəzifəsində işləmiş, qeyd olunanlar ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixə kimi X1 tikintisində 3-cü dərəcəli betonçu vəzifəsində işləmişdir və qeyd olunan müddətdə işləməsi xx.xx.1983-cü il tarixli 15 nömrəli arayışla təsdiq olunur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF-nin Tərtər rayon şöbəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xx.xx.1973-xx.xx.1973-cü illər sığorta stajında möhür olmadığı üçün və xx.xx.1992xx.xx.2003-cü illər üzrə sığorta stajının yoxlanması zamanı müəssisələrin DSMF-nin Tərtər rayon şöbəsi ilə 1994-cü ilin İİ, İİİ, İV rüblərindən, 1995-ci ilin İİ, İV rüblərindən, 1996-cı ilin İ, İİ rüblərindən və 1998-ci ilin İİİ rübündən başqa hesablaşması olmadığı üçün onun tələb olunan 25 il sığorta stajı yoxdur, bu səbəbdən də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1976-cı il tarixli, ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1973-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -xx.xx.1983-cü il tarixli 803 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi “Azenerjitikintimexanizasiya” İdarəsində 3-cü dərəcəli betonçu işləmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 290 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli bildirişindən görünür ki, İddiaçı 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1973-xx.xx.1973-cü illər sığorta stajında möhür olmadığı üçün və xx.xx.1992-xx.xx.2003-cü illər üzrə sığorta stajının yoxlanması zamanı müəssisələrin DSMF-nin Tərtər rayon şöbəsi ilə 1994-cü ilin İİ, İİİ, İV rüblərindən, 1995-ci ilin İİ, İV rüblərindən, 1996-cı ilin İ, İİ rüblərindən və 1998-ci ilin İİİ rübündən başqa hesablaşması olmadığı üçün onun tələb olunan 25 il sığorta stajı yaranmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1973xx.xx.1973-cü illər üzrə sığorta stajında möhür olmadığı üçün həmin müddəti onun sığorta stajına daxil edilməsindən imtina etmişdir. Halbuki əmək kitabçasının surətindən göründüyü kimi iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək və xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək M.F.Axundov adına kolxozda işləmiş və işdən xx.xx.1976-cı il tarixdə azad edildiyindən kolxozun möhürü də elə həmin hissəyə vurulmuşdur. Məhkəmə hesab edir ki, möhürün yalnız həmin hissəyə vurulması iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək işləmədiyi qənaətinə gəlməyə əsas vermir. Bundan başqa cavabdeh orqan iddiaçının xx.xx.1992-xx.xx.2003-cü illər üzrə sığorta stajının yoxlanması zamanı müəssisələrin DSMF-nin Tərtər rayon şöbəsi ilə 1994-cü ilin İİ, İİİ, İV rüblərindən, 1995-ci ilin İİ, İV rüblərindən, 1996-cı ilin İ, İİ rüblərindən və 1998-ci ilin İİİ rübündən başqa hesablaşması olmadığı üçün həmin illəri də sığorta stajına daxil edilməsindən imtina etmişdir. Halbuki işəgötürənin iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqını müvafiq hesaba ödəməməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, “Sosial sığorta haqqında” Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələri kimi müəyyən edilmişdir. İddiaçının iş stajını təsdiq edən əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək 2 ay 28 gün, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək 10 ay 21 gün, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək 2 ay, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 7 ay 16 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 3 il 3 ay 24 gün, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 4 ay 27 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 1 il 1 ay 14 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 11 ay 8 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 5 il 20 gün, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 8 il 4 ay 18 gün, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək 1 ay 5 gün, xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək 4 il 2 ay 27 gün olmaqla ümumilikdə 25 il 5 ay 28 gün sığorta stajı mövcuddur. Məhkəmə qeyd olunan əmək kitabçasını mötəbər sübut kimi qəbul edir. Həmçinin xx.xx.1983-cü il tarixli 803 nömrəli arayışla iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi 3 ay 16 gün sığorta stajı mövcuddur. Bundan başqa iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu müddət üzrə 1 il 5 ay 23 gün sığorta stajı mövcuddur. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda əmək kitabçasında, müəssisənin müvafiq arayışında qeyd olunan sığorta stajı, eləcə də hərbi xidmət müddəti nəzərə alındıqda onun ümumilikdə 27 il 3 ay 7 gün (25 il 5 ay 28 gün + 3 ay 16 gün + 1 il 5 ay 23 gün) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Tərtər rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1813/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1813/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver