Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1814/2021 07.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 16.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 17.05.2021-ci il tarixli **********9994 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, sahibkar kimi bitki dərmanlarının satışı məqsədilə Şəmkir rayonu Muxtariyyə kəndində mağazası vardır. Fəaliyyət göstərdiyi dövrdə qanunvericilikdə nəzərdə tutulmuş bütün vergiləri, sosial ödəmələri vaxtlı-vaxtında ödəmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən barəsində 17.05.2021-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərara əsasən vergi nəzarəti zamanı dəyəri 87099.05 manat olan malları elektron qaimə olmadan alındığı məlum olmuşdur. Bu səbəbdən də o, 8709.91 manat məbləğində maliyyə sanksiyasına məruz qalmışdır. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uzlaşmayan, əsassız vergi yoxlaması onun sahibkarlıq fəaliyyətinə mənfi təsir edir. Məhkəmənin 13.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, qanunvericiliyin tələblərini bilmədiyinə görə bəzi dərmanları elektron qaimə faktura yazılmadan almışdır. Yəni həmin malların alışı barədə qaimə faktura olsa da, elektron qaimə faktura olmamışdır. Vergi orqanı tərəfindən məsuliyyətə cəlb edildikdən sonra artıq həmin tələblərə əməl edir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 02.04.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə vergi ödəyicisi İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Vergi nəzarəti zamanı 87099.05 manat dəyərində olan malların elektron qaimə-faktura əsasında alınmadığı aşkar edilərək, 08.04.2021-ci tarixdə akt tərtib edilmişdir. İddiaçı malların elektron qaimə-faktura əsasında alınmadığı barədə izahat vermişdir. Ona görə də hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 17.05.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. İddiaçı 02.11.2021-ci il tarixli və hazırki məhkəmə iclaslarına gəlməmiş, hər iki halda teleqram göndərərək səhhəti ilə bağlı gələ bilmədiyini bildirmiş və məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı sübut təqdim etməmişdir. Qeyd olunan hal iddiaçının məhkəmə icraatını yubatmaq niyyətinin olması qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -14 saylı Ərazi Vergilər İdarəsinin 02.04.2021-ci il tarixli **********5635 nömrəli “Operativ vergi nəzarətinin hıyata keçirilməsi haqqında” qərarından görünür ki, İddiaçı məxsus Şəmkir rayonu Muxtariyyə kəndində bitki dərmanlarınıln satışı mağazasında operativ vergi nəzarəti tədbiri keçirilməsi qərara alınmışdır. -03.04.2021-ci il tarixli KY21157013 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlmaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, 03.04.2021-15.04.2021-ci il tarixlərdə operativ vergi nəzarəti yoxlamasının keçirilməsi qeydiyyata alınmışdır. -14 saylı Ərazi Vergilər İdarəsinin 08.04.2021-ci il tarixli Seriya DVX 001017 nömrəli aktından görünür ki, idarənin baş DVM-i X3 və DVM-i X4 tərəfindən 02.04.2021-ci il tarixli qərar əsasən İddiaçı məxsus Şəmkir rayonu Muxtariyyə kəndində bitki dərmanlarınıln satışı mağazasında sahibkarın iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, mağazada dəyəri 87099,05 manat olan malların alışını təsdiq edən elektron qaimə olmadan alındığı aşkar olunmuşdur. -14 saylı Ərazi Vergilər İdarəsinin 17.05.2021-ci il tarixli **********9994 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura, təqdim edilənədək komissiya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) gütürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 8709.91 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08.04.2021-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus Şəmkir rayonu Muxtariyyə kəndində bitki dərmanlarınıln satışı mağazasında özünün iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmiş, mağazada dəyəri 87099,05 manat olan malların elektron qaimə olmadan alındığı aşkar olunmuşdur. İddiaçı izahatı alınmış, o izahatında sözügedən malları elektron qaimə olmadan aldığını bildirmişdir. İddiaçı 17.05.2021-ci il tarixli qərarla 8709.91 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iclasında da iddiaçı operativ vergi nəzarəti zamanı tərtib edilmiş aktda göstərilən malları elektron qaimə olmadan aldığını təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən bəlli mənbələrdən əldə etdikləri məlumatlar operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsasdır. -58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. -71-1.5.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir. 71-1.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi ödəyicisi tərəfindən 87099,05 manat dəyərində malların elektron qaimə olmadan alındığı aşkar edildiyindən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən haqlı olaraq vergi məsuliyyətinə cəlb edilmiş və maliyyə sanksiyasında məruz qalmışdır. Odur ki, mübahisələndirilən qərar qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı 17.05.2021-ci il tarixli **********9994 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1814/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1814/2021
07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver