Məhkəmə qərarları › İş №2-1(114)-182/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-182/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-182/2020 19.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və onun vəkili X4, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı adın birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xidməti vəzifələrini yerinə yetirərkən Gədəbəy rayonu ərazisində həlak olmuş şəhid övladları X6 adının birdəfəlik maddi yardım alacaq şəhidlərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların birgə nikahlarından doğulmuş xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşmiş, əvvəllər 861 saylı olan, hazırda isə N saylı hərbi hissədə hərbi xidmət borcunu yerinə yetirərkən xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olmuş, şəhid olmuşdur. Bu barədə qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 268 saylı qətnaməsi vardır. Həmin qətnamədə “Hərbi qulluqçuların statusu haqqında AR Qanunun 4.2-ci maddəsinə, AR Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.1994-cü il tarixli Qərarın 1, 2, 6-cı bəndlərinə və həmin bəndlər arasında yaranmış ziddiyyətlərlə əlaqədar AR Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edilərək X6 xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olması faktı müəyyən edilmiş, onun şəhid olması göstərilmişdir. Mərhum X2 şəhərində yerləşən şəhidlər xiyabanında dəfn edilmiş, onun valideynləri olaraq iddiaçılar şəhid ailəsi statusu barədə vəsiqlərlə təmin edilmişlər. Şəmkir şəhərində Həsən Alməmmədovun adı əbədiləşdirilərək küçə adı verilmiş və valideynlərinə dövlət tərəfindən şəhid ailələri üçün müəyyən edilmiş aylıq müavinət verilir. Həmçinin iddiaçılara şəhid oğullarının qanun üzrə vərəsələri tanınmaqla Şəmkir rayon 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.1998-ci il tarixli k-2v-19 saylı reyestrlə dövlət qeydiyyatına alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” də verilmişdir. Lakin hazırda iddiaçılara şəhid oğulları X6 adının dövlət büdcəsindən ödənilməli olan 11000 manat məbləğində birdəfəlik maddi yardımı almalı olan şəhidlərin siyahına daxil edilməməsinə görə onun hüquqi varisləri olmaqla qeyd olunan birdəfəlik müavinətin onlara verilməsindən imtina edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclaslarında iddianı müdafiə etmişlər. İddiaçı1 vəkili X9 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2010-cu ilədək X3 barəsində müxtəlif məzmunlu sənədlər mövcud olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 268 saylı qətnaməsi əsasında X1 hərbi xidmətdə olarkən həlak olma faktı müəyyən edilmişdir. Şəhidlik statusunun verilməsi ilə bağlı Xidmətinin Şəmkir rayon şöbəsində hər hansı məlumat yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 1578 nömrəli məktubundan görünür ki, X6 adının şəhidlər siyahısına salınmasının qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən nazirliyə təqdim edilmiş siyahıda X6 adı aşkar olunmamışdır. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 268 nömrəli qətnaməsindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 861/N saylı hərbi hissəsinin tərkibində öz hərbi xidməti vəzifələrini yerinə yetirərkən Gədəbəy rayonu ərazisində həlak olması faktı müəyyən edilmişdir. -Şəmkir RİHB-nin Şəmkir şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 02- 231 nömrəli arayışdan görünür ki, həqiqətən şəhid X6 adına Şəmkir şəhərində Posanlı yaşayış masivində küçə adı mövcuddur. -AZ-İ 988104 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1996-cı il tarixdə qar uçqununa düşmüş və həlak olmuşdur. -008877 və 008878 nömrəli xx.xx.2010-cu il tarixli vəsiqələrin surətlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 268 nömrəli qətnaməsinə əsasən X7 şəhidlik statusu verilmiş və mərhumun valideynləri İddiaçı1 və İddiaçı2 şəhid ailəsi kimi 300 (üç yüz) manat məbləğində Prezident təqaüdü alırlar. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, X3 861(171) saylı hərbi hissədə hərbi xidmət borcunu yerinə yetirərkən xx.xx.1996-cı il tarixdə Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək şəhid olmuş və qeyd olunan fakt Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 268 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. Bundan sonra həmin qətnamə əsasında mərhuma şəhid statusu verildiyindən onun valideynləri şəhid ailəsi statusu alaraq həmin kateqoriyadan olan şəxslər üçün qanunvericiliklə nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququ qazanmış, eləcə də həmin tarixdən hal-hazıradək şəhid ailəsi kimi onlara Prezident təqaüdünün ödənilməsi təmin edilmişdir ki, bu işin mübahisəsiz halıdır. Hazırki iddianın əsasını mərhuma şəhid statusunun verilməsi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən şəhid ailələrinə verilən birdəfəlik ödəmənin alınması üçün onun adının şəhidlərin siyahısına salınması təşkil edir. Belə ki, iddiaçıların övladlarına artıq şəhid statusu verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqan mərhumun şəhid olmamasını əsas gətirərək iddiaçıların müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İş materiallarının tədqiqinə və yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X1 adının şəhidlərin siyahısına salınması öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 adının “şəhidlərin siyahısı”na salınması öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar