Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-182/2022 08.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili X15, üçüncü şəxs X5 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X12) fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən 0.06 ha torpaq sahəsi almış və bu torpaq sahəsi üzərində olan hüququları xx.xx.2018-ci il tarixdə qeydə alınaraq ona müvafiq olaraq çıxarış verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış sahəsi inşa etdirərək müvafiq layihələndirə aparmışdır. Fərdi yaşayış evinə dair layihə Daşkəsən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindəndə qeydə alınaraq yoxlanmışdır. Cavabdehə müraciət edərək mülkiyyətində inşa etdirdiyi fərdi yaşayış evi üzərində hüquqularının dövlət qeydiyyatına aldırması üçün müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-182/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, sözügedən sahəni alanda, həmin sahədə ev olmamışdır. Əvvəllər həmin sahədə taxtadan tikilmiş sahəni aldığı Maysaranın anası X8 məxsus ev olmuş, lakin o sahəni alanda həmin ev mövcud olmamışdır. İddiaçının vəkili E.O.Osmanov iddianı müdafiə etmişdir. Üçüncü şəxsin nümayəndəsi Y.Qurbanova iddianı qəbul etməyərək bildirmişdir ki, anası Maysara öz anasından qalmış evi 0.06 ha sahəni satıb, həmin sahəyə bitişik 0.15 ha sahəni isə onlar istifadə edir. Satılmış 0.06 ha sahənin üzərində 1 otaq ev olmuş, lakin anası evi deyil torpaq sahəsini satmışdır. İddiaçı həmin sahədə ev tikməmiş, anasından qalmış evin divarlarına yenidən suvaq çəkmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı ərizəsinə Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin başqa şəxsə, X8 məxsus olduğu müəyyən edilmişdir. Вu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 24.5 kv.m olan fərdi yaşayış evinə dair X7 adına xx.xx.1987-ci il tarixində texniki pasport tərtib edildiyi müəyyən edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600.0 kv.m, faktiki isə 1539.0 kv.m olduğu qeyd edilmişdir. Həmin fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Küçə üçlüyünün xx.xx.2014-cü il 267 saylı arayışından görünür ki, X3 şəhəri Kəpəz rayonu M.Gəncəvi qəsəbəsi 18-ci küçədə yaşayır. -surəti işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Məmmədova Мərcan Hüseyn qızı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini X13 mülkiyyətində olan Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evini doğma qızı X10 vəsiyyət etmişdir. X4, Maysara İbrahimovanın və Məmməd İbrahimovun iştirakı ilə yazılmış və Daşkəsən RİHB-nin Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, keçmiş Kirovabad (indiki Gəncə) X11 Bürosu tərəfindən Daşkəsən rayonu Xoşbulaq kəndində ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli 15/1890 saylı məktubdan görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi 1987-ci il aparılmış inventarlaşdırma zamanı X7 faktiki istifadəsində olan mülk kimi onun adına qeyd edilmişdir. Mülkün arxiv işində torpaq ayrılmasına və tikiililərə dair rəsmi sənədlər yoxdur. Mülk sahəsi 24.5 kv.m bir yaşayış otağı olan “A” literli yaşayış binasından ibarət olmaqla ümumi torpaq sahəsi 1589.0 kv.mdir. -surəti işə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(030)-26/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin təsviri hissəsindən görünür ki, xx.xx.2007-ci il tarixli müqavilə ilə X5 nümayəndəsi kimi Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixli JN 069A (kod ********) saylı Şəhadətnaməyə və Azərbaycan Respublikası DƏRDX Gəncə Əİ-nin xx.xx.2007-ci il tarixli 424 nömrəli arayışına əsasən M.İbrahimovaya məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1. -surəti işə əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(030)-26/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin təsviri hissəsindən görünür ki, Daşkəsən rayon Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 06 çıx saylı məktubunda X10 məxsus olmuş xx.xx.2002-ci il tarixli JN-069A (kod ********) saylı şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi M.ibrahimovanın vermiş olduğu və Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 7E-5-1430 saylı etibarnaməyə əsasən xx.xx.2007-ci il tarixdə nümayəndəsi İddiaçı tərəfindən vətəndaş X16 Daşkəsən rayon DNK-da satılaraq 4Ə-1-174 saylı reyestrlə rəsmiləşdirilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli “Çıxarışdan görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə X14 adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Daşkəsən rayon Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X17 adına **********2 reyestr nömrəsi ilə qeydə alınmışdır. Əsas Daşkəsən rayon DNK xx.xx.2007-ci il tarixli 4Ə-1-174 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi; DTXK Daşkəsən rayon şöbəsi xx.xx.2002-ci il tarixli JN- 069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə. -surəti işə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 58 nömrəli məktubunda İddiaçı Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikinti layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi, tikintinin verilmiş layihə əsasında aparıldığı və tikinti quraşdırma işlərinin tam başa çatdırıldığı və həmin fərdi yaşayış evinin sənədləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********99 nömrəli məktubundan görünür ki, fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğundan iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. -Mütəxəssis rəyindən görünür ki İddiaçı özü tərəfindən inşa edildiyini iddia etdiyi fərdi yaşayış evi ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. 2. İddiaçı ekspertiza baxışı zamanı təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ********** qeydiyyat nömrəli xx.xx.2018-сi il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları uyğun deyildir. Belə ki, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.19 ha torpaq sahəsinin 0.06 ha hissəsi öz mülkiyyətində, 0.13 ha hissəsi isə mülkiyyətində olmayan torpaq sahəsidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məmmədova Мərcan Hüseyn qızı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Sonuncu mülkiyyətində olan Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin doğma qızı X10 vəsiyyət etmişdir. xx.xx.2007-ci il tarixli müqavilə ilə X5 nümayəndəsi kimi İddiaçı M.İbrahimovaya məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsini X2, sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına qeydə alınmışdır. Bundan sonra həmin 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqularının dövlət qeydiyyatına aldırması üçün müraciət etsə cavabdeh fərdi yaşayış evinin başqa şəxsə məxsus olmasını əsas gətirərək, iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Həmçinin üşüncü şəxs qeyd olunan fərdi yaşayış evinin anasına məxsus olmasını, anası tərəfindən inşa edilmiş köhnə ev olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşkəsən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikinti layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi, fərdi yaşayış evinin sənədləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Qeyd olunanlardan görünür ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ anlayışına tərkib hissəsi olan sərəncam vermək hüququ isə özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər. Qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər və torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla mülkiyyətində olan Daşkəsən rayon, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-182/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-182/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver