Məhkəmə qərarları › İş №2-1(114)-1822/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1822/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1822/2022 23.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə- Daşkəsən filailına qarşı “2020-ci ilin 9 ay müddətində əlillik müavinətinin bərpa edilməsi və Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli imtina edilməsi barədə Forma-88 ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 012020-ci ilin 9 ay müddətində əlillik müavinətinin bərpa edilməsi və Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli imtina edilməsi barədə Forma-88 ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən filailı hazırkı mübahisə üzrə tələbə cavab verməli olan orqan deyildir. İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldırmalı idi. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu, yəni iddianın düzgün cavabdehə qarşı verildiyi, habelə iddia qaldırmaz əvvəl oxşar tələblə ilkin olaraq cavabdeh inzibati orqana yazılı müraciət edildiyi müəyyən olunmur. Bununla yanaşı, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1432/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay üçün 200 manat cəmi 1800 manat məbləğində müavinatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamış, iddiaçıya Tibbi-Sosial Ekspert Komissiyasının qərarı qüvvədə olduğu üçün qeyd olunan qərar mübahisələndirilməli olduğu izah edilmişdir. Hazırkı iddia tələbi də mahiyyət etibarilə əvvəlki iddia tələbi ilə eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin: 3.1.2-ci bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya təkrar izah edir ki, X3 xx.xx.2020-ci il tarixdəki qiymətləndirmə zamanı əlil və ya sağlamlıq imkanlarının müəyyən edilməsindən imtina barədə Tibbi-Sosial Ekspert Komissiyasının qərarı qüvvədə olduğu üçün qeyd olunan qərar mübahisələndirilməli və ya sağlamlıq sağlamlıq imkanlarının məhdudluğunun təyinat tarixi xx.xx.2020-ci il tarixə dəyişdirilməlidir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə- Daşkəsən filailına qarşı “2020-ci ilin 9 ay müddətində əlillik müavinətinin bərpa edilməsi və Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 0500003AAAJ6 nömrəli imtina edilməsi barədə Forma-88 ləğv olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar