Məhkəmə qərarları › İş №2-1(114)-1823/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1823/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1823/2020 19.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sarıtəpə kənd X3 üzrə Nümayəndəliyinə (üçüncü şəxslər X2 və X1) qarşı adının təsərrüfatbaşına kitabda qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sarıtəpə kənd X3 üzrə Nümayəndəliyinə qarşı onun Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sarıtəpə kənd X3 üzrə Nümayəndəliyinin kənd təsərrüfatbaşına kitabında (qaytanlı kitab) öz ailəsinin olduğu təsərrüfata qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər Sudabə Alıyeva həyat yoldaşı, Müşviq Alıyev isə oğludur. O, 2019-cu ildə bir ailədə təsərrüfatda olsalar da, o, müvəqqəti ünvan 1 ünvanında yerləşən dostuna məxsus evə müvəqqəti qeydiyyata düşmüşdür. Həyat yoldaşı Sudabə Alıyeva və oğlu X4 rayonunda pasport qeydiyyatında olsalar da, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən ona məxsus vedə yaşamışlar və kənd təsərrüfatbaşına kitabda onunla ailə üzvləri və o, ailə başçısı kimi həmin təsərrüfatda olmuşdur. Hal-hazırda isə ona məlum olmuşdur ki, o, həmin təsərrüfatdan çıxarılmışdır. İƏD üzrə Nümayəndəliyinə rəsmi ərizə ilə müraciət edib öz ailəsinin olduğu təsərrüfata qeydiyyata düşmək istəsə də, oğlu Müşviqin icazə verməməsi səbəbi ilə imtina edilmişdir. İş üzrə tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş üzrə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçının ərizədə qeyd etdiyi, eləcə də iddiaçının şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri olaraq qeyd olunmuş ünvanına və qeydiyyatda olduğu ünvan üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişləri göndərilsə də, poçt xidməti tərəfindən qeyd olunan şəxsin həmin ünvanda yaşamadığı barədə qeyd aparılaraq bildirişlər məhkəməyə qaytarılmışdır. Bundan əlavə, iddiaçı tələbin əsasını təşkil edən sübutların əslini deyil, notarial qaydada təsdiq edilməmiş surətini təqdim etmiş, yaşayış yeri bəlli olmadığına görə həmin sübutların əldə edilməsi də mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 20.3 maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Həmin Məcəllənin 46.1.maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı yaşadığı ünvanı dəqiq göstərmədiyindən və yaxud ünvanının dəyişməsi barədə məhkəməyə məlumat vermədiyindən, bu baxımdan işə mahiyyəti üzrə baxılması üçün tələb olunan sübutların əldə olunması mümkün olmadığından iddianın mümkünlük şərtləri tam təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sarıtəpə kənd X3 üzrə Nümayəndəliyinə (üçüncü şəxslər X2 və X1) qarşı adının təsərrüfatbaşına kitabda qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar