Məhkəmə qərarları › İş №2-1(114)-1828/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1828/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1828/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayon Aqrara İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 08 saylı qərarı ilə verilmiş 1.71 ha torpaq sahəsinə dair JN-183 kod 50208038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında qeyd olunmuş X2 ad, soyadının Kazımova (Tağıyeva) Müsübət kimi və X3 isə adının Tamilə kimi düzəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlara Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 12 oktyabr 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə Ağstafa rayonu Aşağı Göyçəli kəndi ərazisindən ailə üçün 1. 71 ha pay torpaq sahəsi verilmişdir. Bu barədə JN 183 kod 50208038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında texniki səhv olmuş və X1 Talıyeva, adı Müsibət kimi, digər İddiaçı2 adı Tamella kimi qeyd edilmişdir. Dövlət aktına düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 08 fevral 2022-ci il tarixli, **********06 nömrəli məktubla imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İİ-ЖГ 281444 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X5 X20 ilə nikah bağladıqdan sonra Kazımova soyadı verilmişdir. 19 yanvar 1987-ci il tarixli, Xİİ-ЖГ 251116 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx xxxxxx 1986-cı il tarixdə Qazax rayonunda doğulmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 19 yanvar 1987-ci il tarixdə, 17 nömrə ilə qeyd edilmişdir. AZ-l 298827 nömrəli, xx.xx.2007-ci il tarixli Nikah haqqında Şəhadətnamədən görünür ki, X8 X13 ilə nikah bağladıqdan sonra Xudiyeva soyadı verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-183 kod 50208038 nömrəli dövlət aktının surətindən görünür ki, Ağstafa Rayon Aqrar İslahat Komissiyasının 12 oktyabr 1999-cu il tarixli, 08 nömrəli qərarı ilə X14, X6, X12, X15, X7 və X9 Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən 1.71 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubunda iddiaçılara və ailə üzvlərinə məxsus Ağstafa rayonu, Aşağı Göyçə kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-183 kod 50208038 nömrəli dövlət aktında səhv yazılmış ada düzəliş edilməsinin Xidmətin 15 saylı Tovuz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1999-cu il tarixli, JN-183 kod 50208038 “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ağstafa Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 08 nömrəli qərarı əsasında verilmiş 1.71 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında X2 və X3 adı qeyd edilsə də, iddiaçılar birincinin ad və soyadının İddiaçı1 (Tağıyeva), ikincinin adının isə Tamilə kimi düzəldilməsi tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Beləliklə, iddiaçılar xx.xx.1999-cu il tarixli, JN-183 kod 50208038 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı X14, X6, X12, X15, X7 və X9 verilmişdir. Bundan əlavə, cavabdeh orqan “Torpağa mülkiyyət hüququna dair” JN-183 kod 50208038 nömrəli dövlət aktında göstərilən məlumtların baza məlumatları ilə eyni olduğunu bildirmişdir (bax: xx.xx.2022-ci il tarixli **********06 nömrəli imtina məktubu). Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar