Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-183/2024 27.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə və “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı X3 X4 düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Balakürd kəndində yerləşən dövlət aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsinin planında planşet mülkün 145A nömrəsinə əsasən 13.181,03 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 10 iyul tarixli 25 saylı qərarı ilə iddiaçıya və ailə başçısı olmaqla ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Goranboy rayonu Balakürd kəndində JN- 145, KOD 50904028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.49 ha (24.900 kv. m) torpaq sahəsi verilmişdir. Mülkiyyətə verilmiş torpaq sahəsi üç yerdən mülkiyyətə verilmiş torpaq sahəsinin planında (cizgisində) planşet mülkün 145 nömrəsinə əsasən 8000.00 kv.m torpaq sahəsi, planşet mülkün 145 A-nömrəsinə əsasən 13.181.03 kv.m torpaq sahəsi, planşet mülkün 145 C-nömrəsinə əsasən 3757.99 kv. m torpaq sahəsi döngə nöqtələrinin nömrələrinə, koordinatlarına əsasən müəyyən edilmiş və 17 yanvar 2002-ci il tarixdan mülkiyyətçilərin sahibliyinə, istifadəsinə verilmiş və hal hazıradək onların sahibliyi və istifadəsindədir. Dövlət Aktında mülkiyyətçilərdən X2 və X1 adında olan səhvlərin düzəldilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuş, cavabdeh tərəfindən mülkiyyətə verilmiş torpaq sahəsindən mülkiyyətə verilmiş torpaq sahəsinin planında (cizgisində) planşet mülkün 145 nömrəsinə əsasən 8000.00 kv.m torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış, planşet mülkün 145 C-nömrəsinə əsasən 3757.99 kv. m torpaq sahəsinə daşınmaz əmlakın reyestr nömrəsi **********19, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli çıxarış hazırlanıb verilmişdir. Lakin, planşet mülkün 145 A nömrəsinə əsasən 13.181.03 kv.m torpaq sahəsinə isə çıxarış hazırlanıb verilməmişdir. Ona görə də ümumi 2.49 ha torpaq sahəsinə yekun çıxarış ala bilmir. Bununla əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-116/2023 №-li "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə "Bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtinasında aşağıdakı əsası göstərib: -torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sənədləşdirmək istədiyiniz 1,31 ha torpaq sahəsi ilə X3 X4 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 0,80 ha-dır. -yuxarıda qeyd olunan səbəbə görə 1.31 ha torpaq sahəsi üzərində sizin mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Lakin, sizin rəsmi razılığınız əsasında faktiki istifadənizdə olan 0.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuz dövlət reyestrində qeydiyyat alınması mümkündür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət əlavə cavabdeh qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilin iddia “X3 X4 düzəliş edilərək JN: 0145, KOD 50904028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş 2,49 ha torpaq sahəsinin həcminin və koordinatlarının həmin akta uyğunlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının sənədləşdirmək istədiyi 1,31 ha torpaq sahəsi ilə X3 X4 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 0,80 ha-dır. Cavabdeh “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-0145 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dovlət Aktından görünür ki, Goranboy rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 25 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə 2.49 ha k/t təyinatlı torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Goranboy rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 25 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə 2.49 ha k/t təyinatlı torpaq sahəsi verilmiş, iddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə aidiyyəti quruma müraciət etsə də, cavabdeh orqan JN-145 nömrəli torpağa mülkiyyət hüququna dair dovlət aktında torpaq sahəsının döngə nöqtələrinin koordinatları ilə X3 X5 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uygunsuzluq olması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X3 X4 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X3 X8nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. “Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. İş üzrə cavabdehin imtina aktından göründüyü kimi, JN-145 saylı "Torpağa mülkiyyət hüquqna dair" Dövlət Aktı ilə müəyyən edilmış torpaq sahəsı X3 X6 işlənərkən koordınatlar, konfiqurasiya baxımından həmin Dövlət Aktına uygun işlənməmişdir. Göründüyü kimi 2016-cı ildən sonra yaradılmış bazada cavabdeh qurum “Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarını və yerləşmə yerini müvafiq dövlət aktına uyğun deyil, səhv müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, iddia təmin edilərək, “X3 X8”ndə düzəliş edilərək JN-0145 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə (2,49 ha) torpaq sahəsinin həmin aktda qeyd olunan kordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “X3 X8”ndə düzəliş edilərək JN-0145, KOD 50904028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə (2,49 ha) torpaq sahəsinin həcminin və koordinatlarının həmin akta uyğunlaşdırılması öhdəliyi “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-183/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-183/2024
27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver