Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1830/2022 22.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin nəzərə alınmaqla pensiya ödənişinin bərpa edilməsi, qərarların ləğv edilməsi və ödənilməmiş əmək pensiya məbləğinin tam həcmdə ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax rayon Dövlət Arxivindən verilmiş arxiv arayışı ilə müəyyən edilən Kominterin sovxozunda 1986-1996-cı il tarixlərdə işləməyi ilə bağlı sosial sığorta stajını nəzərə alaraq yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən dayandırılmış yaşa görə əmək pensiya ödənişinin bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən ödənilməmiş yaşa görə pensiyasının tam həcimdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2022-ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və cavabdeh tərəfindən keçirilmiş yoxlama nəticəsində əsassız olaraq xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası dayandırılmışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehdə olan Qazax rayon Döylət Arxivinin xx.xx.2016-cı il arayışında Qazax rayon Dövlət Arxivinin 31 saylı fondda mühafizə edilən Kominterin sovxozunun əmr kitablarında xx.xx.1985-ci il, 150/6 saylı əmri ilə maldarlıq üzrə uçotnik təyin edildiyi və xx.xx.1996-cı il 43/2 saylı əmrlə işdən azad olunması qeyd edilmişdir. Onun 1986-1996-cı illərdə sovxozda işləməyi arxiv arayışı ilə təsdiq olunur. Yaşa görə əmək pensiyasının bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh pensiyanın dayandılmasının səbəbi kimi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixdək “Kominterin” sovxozunda əmək fəaliyyəti dövrünün Qazax rayon Dövlət Arxivinin möhrü ilə təsdiq edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə mümkün hesab edilmədiyini və əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiq edilmədiyindən, ümumi stajının xx.xx.2017-ci il tarixədək qanunla həzərdə tutulan 12 ilədən az olduğu üçün yaşa görə əmək pensiya ödənişinin bərpa edilməsinin mümkün hesab olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1985-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Komintern” sovxozunda əmək fəaliyyəti ilə bağlı qeyd Qazax rayon Dövlət Arxivinin möhürü ilə təsdiq edildiyinə görə əmək kitabçası mötəbər sayılmır. İddiaçının əmək pensiyasının dayandırılması barədə qərar yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Qazax rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 180 nömrəli arxiv arayışından görünür ki, iddiaçı «Komintern» sovxozunda 1986-cı ilin yanvar ayından 1996-cı ilin aprel ayınadək əmək haqqı almışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 604 nömrəli qərardan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdə «Komintern» sovxozunda 150/6 nömrəli əmrlə maldarlıq üzrə uçotnik vəifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixində isə həmin vəzifədən 27/2 nömrəli əmrlə vəzifəsindən azad edilmişdir. Qeyd arxiv möhürü ilə təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 7685,13 manat məbləğ bölünərək onun aylıq müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********7 nömrəli iddiaya etirazdan görünür ki, cavabdeh əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (10 il 3 ay 27 gün) “Komintern” sovxozunda əmək fəaliyyəti dövrü Qazax Rayon Dövlət Arxivinin möhürü ilə təsdiqlədiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdən təyin edilmiş pensiya iddiaçının yetərli sığorta stajının olmaması səbəbindən dayandırılmış və Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərar ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 7685,13 manat məbləğin bölünərək onun aylıq müavinətindən tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qarara alınmışdır. İddiaçı hazırda “Komintern” sovxozunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmasını xahiş edir, həmçinin Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərarını mübahisələndirir. Məhkəmə iddiaçının “Komintern” sovxozunda işlədiyi illərin ona pensiya təyin edilməsi üçün nəzərə alınan iş illərinə daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İş materiallarına əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur ki, iddiaçı «Komintern» sovxozunda 1986-cı ilin yanvar ayından 1996-cı ilin aprel ayınadək əmək haqqı almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Komintern” sovxozundakı əmək fəaliyyəti dövrü əmək pensiyası hesablanarkən nəzərə alınmalı və ödənilməmiş əmək pensiya məbləğinin tam həcmdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmetindən biri cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün sosial təminat sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurum tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Odur ki, iddiaçının sözügedən qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Digər tərəfdən həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməli və iddiaçının aylıq müavinətindən tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iddiaçının əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi tələbi ilə bağlı qeyd edir ki, pensiya ödənişi faktiki olaraq dayandırılmış olsa da məhkəmə araşdırması zamanı müvafiq qərarın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, tələb həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2022-ci il tarixli 6199 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Komintern” sovxozunda işlədiyi illər nəzərə alınaraq yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin tam həcmdə ödənilməsi və İddiaçı müavinətindən tutulmuş məbləğin ona geri ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1830/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1830/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver