Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1839/2021 09.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 18.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, ev 77/1, mənzil 3 iddiaçının mərhum atası X3 1977-ci ildə X8 Hissəsində işlədiyinə görə verilmişdir, həmin evdə qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. ünvan 2əncamı ilə həmin mənzilin kirayəçisi X2 vəfatı ilə əlaqədar mənzilin kirayəçisi hesab edilmiş, mənzil onun istifadəsinə verilməklə onunla kirayə müqaviləsi bağlanılmışdır. Həmin evdə iddiaçıdan başqa qeydiyyatda olan yoxdur. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsini xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 19.08.2021-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -"xxxx" QSC Yükdaşımaları Departamentinin Qərb İstiqaməti üzrə arxiv bölməsinin 28.04.2021-ci il tarixli 26/1 nömrəli arxiv arayışından görünür ki, 9 nömrəli evlər idarəsinin “Evlərin üz hesabı” kitabında X5 1977-ci ildən Lenin prospekti bina 77/1, mənzil 3-də qeydə alınıb və onunla bərabər İddiaçı və digər ailə üzvləri yaşayır. -Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 13 nömrəli Xidmət Sahəsinin 09.04.2021-ci tarixli 45 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 77/1 nömrəli binanın 3 nömrəli mənzilin sahibi X4r (vəfat edib) və İddiaçı həmin mənzildə yaşamaq hüququ var. -Gəncə Şəhər İcra Hakimiyyətinin 04.08.2021-ci il tarixli 198 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 77 nömrəli binanın 3 nömrəli mənzilinin kirayəçisi X2 vəfatı ilə əlaqədar mənzilin əsas kirayəçisi İddiaçı hesab edilməklə mənzilin onun istifadəsinə verilməsi və onunla kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. -09.08.2021-ci il tarixli, 020 nömrəli Yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 77 nömrəli binanın 3 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmışdır. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 25.05.2021-ci il tarixli, **********28 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 77/1 nömrəli binanın 3 nömrəli mənzili iddiaçının mərhum atası X3 verilmişdir, sonuncunun vəfatı ilə əlaqədar mənzilin əsas kirayiçisi iddiaçı hesab edilməklə onunla mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, H.Əliyev prospekti, 77/1 nömrəli binanın 3 nömrəli mənzili Gəncə Şəhər İcra Hakimiyyətinin balansındadır və həmin mənzilə dair tərəflər arasında 09.08.2021-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 2.1.2-ci bəndinə əsasən kirayəçinin, yəni hazırki halda iddiaçının kirayə verənin (Gəncə Şəhər İcra Hakimiyyətinin) razılığı ilə kirayəyə götürülmüş mənzili özəlləşdirmək hüququ var. Bir halda ki, balans saxlayan balansda olan mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir, belə olan təqdirdə cavabdeh orqanın həmin mənzilin özəlləşdirilməsi ilə bağlı imtinası qanunsuz hesab edilməlidir. Həmçinin qeyd olunan mənzildə yaşamaq hüququ yalniz iddiaçıya məxsusdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 77/1 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, H.Əliyev prospekti, 77/1 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1839/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1839/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver