Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1839/2025 21.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı İbrahimov Rafiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İbrahimov Rafiq oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci ildən 09.07.202-cü il tarixədək sosial müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə İznibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-647/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə ilə bağlı öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
2. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir.
3. Daha sonra MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.
4. İbrahimov Rafiq oğlunun xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sosial müavinətin verilməsi ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-234121/2024 nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir. Eyni zamanda MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən əvvəlki İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyininn müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən və təkrar müayinə nəticəsində orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyinin bərpa olunduğu xx.xx.2024-cü il tarixinədək 6 aydan çox müddət keçdiyindən, ona xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat
5. İddiaçı İbrahimov Rafiq oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildən xx.xx.2024cü il tarixədək sosial müavinətin hesablanıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 49 saylı və xx.xx.2023-cü il tarixli 118 saylı Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtina aktlarına əsasən onun əlilliyinin müəyyən edilməsi məqsədilə tibb müəssisəsinin Həkim Məsləhət Komissiyasına müraciət etmiş və qeyd edilən tarixlərdə keçirilən Həkim Məsləhət Komissiyasının iclası zamanı onun "bronxial astma qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi" diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarı"ndakı tibbi göstəriş siyahısında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən "əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 12 nömrəli Qərarına əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-647/2024 saylı Qərarı ilə Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçınnı müraciətinə "İnzibati icraat haqqında" Qanunun və "Tibbbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi" Qaydalarının tələblərinə uyğun olaraq zəruri inzibati icraat aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Ona xx.xx.2024-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Bildirir ki, ona 10 may 2017-ci ildə İl dərəcəli əlillik müəyyən edilmiş, bu əlilliyin müddəti 10 may 2022-ci il tarixədək müəyyən edilmişdir. Hazırda ona ömürlük əlillik təyin edilməsi təsdiq edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək onda heç bir əlillik dərəcəsinin müəyyən edilməməsinə baxmayaraq, o həmin dövrdə əlil olmuş, ona birinci dəfə təyin edilən əlillik dərəcəsinin əsası olan xəstəlikdə heç bir dəyişiklik olmamışdır. Həmçinin, xəstəxananın poliklinika şöbəsi qəsdən ona göndəriş verməkdən imtina etməklə ona əlillik dərəcəsinin təyin olunmasında süni maneə yaratmışdır. Ona ömürlük əlillik təyin edilən zaman birinci dəfə müddətli təyin edilən əlilliyin təyin edilməsi diaqnozundan fərqli olmayan diaqnoz qoyulmuşdur.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
15. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək əvvəlki dövrlər üzrə sosial müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Müraciətə müvafiq olaraq Mərkəzi Filial tərəfindən məktub ünvanlanmış, əlilliyin yenidən qiymətləndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddətin ötürülməsi səbəbindən müavinətin hesablanıb ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı "əvvəlki dövrlər üzrə müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-7-ci maddəsinə əsasən, səxs tibbi-sosial ekspert komisetaarəfindən ekspert muayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yasınadək sağlamlıq imkanları məhdud olan sayılır, Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu səxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı qeyd etmək istəyirlər ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinə 2 iyul 2021-ci il tarixində 3.3-1-ci yarımbəndi əlavə edilmişdir. Qanunun 3.3-1-ci yarımbəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixində iddiaçıya ll dərəcə əlillik müəyyən edilmiş və həmin tarixdən müavinət təyin edilərək xx.xx.2022-ci il tarixədək ödəniş həyata keçirilmişdir. İş üzrə icraat materiallarına əsasən iddiaçının əlillik müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış və xx.xx.2024-cü il tarixdə orqanizmin fəaliyyətinin 65 faiz pozulmasına görə əlillik bərpa olunmuşdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 26 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və R.lbrahimovun iddia ərizəsindən də göründüyü kimi iddiaçının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
17. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianınn təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə İznibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-647/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-234121/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən təqdim edilmiş iddiaçının əlillik işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir. Daha sonra MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən İddiaçı təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.
22. İbrahimov Rafiq oğlunun xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək sosial müavinətin verilməsi ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-234121/2024 nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən ilkin müayinə əsasında xx.xx.2017-ci il tarixindən İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyi müəyyən edilmiş və ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin olunaraq ödənişi xx.xx.2022-ci il tarixinədək (əlillik müayinənin müddətinin bitdiyi tarixədək) davam etdirilmişdir. Eyni zamanda MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2024-cü il tarixindən müddətsiz olaraq orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, MEİS-in "Əlillik" altsistemində olan məlumatlara əsasən əvvəlki İl dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyininn müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən və təkrar müayinə nəticəsində orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə əlilliyinin bərpa olunduğu xx.xx.2024-cü il tarixinədək 6 aydan çox müddət keçdiyindən, ona xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun hesab edir.
24. Belə ki, hazırda iddiaçının hüquqi marağı əlilliyə görə müavinətin əliliyinin müddəti bitdiyi xx.xx.2022-ci il tarixindən əlilliyinin təyinatı xx.xx.2024-cü il tarixinə kimi əlilliyə görə müavinətin ona ödənilməsindən ibarətdir.
25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
28. Göründüyü kimi, hazırkı mübahisə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin tətbiqi ilə bağlıdır.
29. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə, şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda ödəməni həyata keçirən orqan təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdır.
30. Bununla yanaşı, əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda ödəməni həyata keçirən orqanın vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxs isə - hazırkı halda iddiaçı özünün pozulmuş hüququnu (məsələn, vaxtında müraciət etsə də, qərar ondan asılı olmayan səbəblərdən 6 aydan sonra qəbul edildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair müvafiq (əlillik təyinatı aparan) orqana qarşı tələb irəli sürməlidir. Əlillik təyinatı tarixi dəyişdirildikdən sonra müvafiq ödəmələr aparılmalıdır.
31. Beləliklə, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəmə aparan orqana – hazırkı halda cavabdehə qarşı qaldırılmış iddia əsaslı hesab edilə bilməz.
32. Yekun olaraq, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) sosial müavinətin ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur.
33. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının sosial müavinət təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
34. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
37. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva