Məhkəmə qərarları › İş №2-1(114)-184/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-184/2021

28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-184/2021 28.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon İcra Hakimiyyətinə qarşı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçılar) cavabdeh Qazax rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.N0N0-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müvəqqəti yaşayış sahəsinin kirayəsinin 3 il müddətinin və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın xx xxxx N0N0-ci il tarixdən, yəni ərizəsinin Qazax rayon İcra Hakimiyyətinə daxil olduğu gündən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ehtiyatda olan gizirdir. O, xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx N011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxx N011-ci il tarixli müvafiq əmrilə, N saylı hərbi hissə komandirinin xx xxxxxx N011-ci il tarixli 350 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq və hərbi uçota durmaq üçün Qazax rayon hərbi komisarlığına göndərilmişdir. Hazırda mülkiyyətində nə mənzil nə də torpaq sahəsi yoxdur. Ehtiyata buraxıldıqdan sonra xx xxxxxx N011-ci il tarixdə Qazax Bələdiyyəsində torpaq növbəsində qeydiyyata alınmışdır. N015-ci il oktyabr ayınadək «Hərbi xidmət dövrü əlili», N015-ci ilin oktyabr ayından isə Azərbaycan Respublikasının müdafiəsi uğrunda «Xidməti vəzifələrinin icrası zamanı N-ci dərəcəli müharibə əlili» statusu almışdır. N015-ci ilin noyabr ayında ünvan 1 qeydiyyata alınmaq üçün ərizə ünvanlamış və xx xxxxx N016-cı il tarixdə ünvan N götürülmüşdür. Nə xx xxxxxx N011-ci il tarixdə torpaq növbəsinə qeydiyyata alındığı zaman nə də N016-cı ilin aprel ayında mənzil növbəsinə qeydiyyata götürülərkən kirayə pulu ilə təmin olunmamışdır. Təxris olunduğu gündən bu günə kimi də kirayə pulu almaqda çətinlik çəkir. Sonuncu dəfə xx.xx.N0N0-ci il tarixdə kirayə pulunun verilməsi ilə bağlı ərizə ünvanlamış və ona torpaq sahəsinin ayrılması qərarına gəlinmiş, lakin o, həmin sahənin qəbul edilməsindən imtina etmişdir ona görə ki, onun həmin torpaq sahəsndə kv tikmək üçün maddi imkanı yoxdur, icra hakimiyyəti isə ona ev tikməyə boyun olmur. İddiaçı iddia ərizəsində qeyd edilənləri və qanunvericiliyin tələblərini əsas gətirərək məhkəmədən ona müvəqqəti yaşayış sahəsinin kirayəsinin 3 il müddətinin və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın xx xxxx N0N0-ci il tarixdən, yəni ərizəsinin Qazax rayon İcra Hakimiyyətinə daxil olduğu gündən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx N0N1-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh tərəf məhkəməyə məktub ünvalayaraq nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçı məxsus Azərbaycan Respublikası Vətəndaşının X3 AZE № 0******* surəti; - Qazax rayon İ.H.B-nın Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndsi A.Vəliyev tərəfindən verilmiş xx.xx.N0N0-ci il tarixli 11-N1/810 nömrəli arayış; - İddiaçı məxsus AO № ******* seriyalı hərbi biletin surəti; - N saylı hərbi hissə komandirinin xx xxxxxx N011-ci il tarixli 350 nömrəli əmrindən çıxarışın surəti; - İddiaçı məxsus 1339N7 nömrəli vəsiqənin surəti; - İddiaçı tərəfindən Qazax Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.N015-ci il tarixli, xx.xx.N015-ci il tarixli, xx.xx.N016-cı il tarixli və xx xxxx N0N0-ci il tarixli ərizələrin surətləri; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsinin xx xxxx N0N0-ci il tarixli 15 nömrəli arayışın surəti; -xx xxxx N0N0-ci il tarixli Mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surəti; - AzərbaycanRespublikası Müdafiə Nazirliyinin xx xxxx N0N0-ci il tarixli 11/34N0 saylı məktubun surəti; - Qazax rayon İcra Hakimiyyətinin xx xxxxxxxx N0N0-ci il tarixli R-N/7-068 nömrəli məktubun surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx xxxxxx N011-ci il tarixli 350 nömrəli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, gizir İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx N011-ci il tarixli 01N9gm saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə xx xxxxxx N011-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və uçota durmaq üçün Qazax RHK-na göndərilmişdir. İş materillarında olan Qazax rayon İ.H.B-nın Aşağı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndsi A.Vəliyev tərəfindən verilmiş xx.xx.N0N0-ci il tarixli 11-N1/810 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Aşağı Əskipara kəndində qeydiyyatdadır. Hazırda Qazax rayon Ağköynək kəndində müvvəqəti məskunlaşmışdır. İş materiallarında olan İddiaçı məxsus 1339N7 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikasının müdafiəsi uğrunda «Xidməti vəzifələrinin icrası zamanı N-ci dərəcəli müharibə əlili» statusu almışdır. İş materiallarında olan «Nikah haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, İddiaçı ilə X1 arasında nikah xx.xx.N005-ci il tarixdə 18 nömrəli qeyd ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Qazax rayon İcra Hakmiyyətinə ünvanlanmış xx.xx.N015-ci il tarixli ərizədən müəyyən olunur ki, o, mənzil növbəsinə alınmaq üçün oraya müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin xx.xx.N015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan müəyyən olunur ki, Rzayeva(Cəfərova) Günay Maarif qızının heç bir daşınmaz əmlakı mövcud deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinin xx.xx.N015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan müəyyən olunur ki, İddiaçı heç bir daşınmaz əmlakı mövcud deyil. İş materiallarında olan Qazax Bələdiyyəsinin xx xxxx N0N0-ci il tarixli 98 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı hazırda Qazax Bələdiyyəsində torpaq sahəsinin alınması üçün növbədə deyil və torpaq sahəsi ilə təmin edilməmişdir. İş materiallarında olan Qazax rayon İcra Hakmiyyətinin xx xxxxxxxx N0N0-ci il tarixli R-N/7-068 nömrəli məktubun surətindən müəyyən olunur ki, İddiaçı N-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi xx.xx.N016-ci il tarixdən Qazax rayon İcra Hakimiyyətində mənzil növbəsində qeydiyyata alınmış və hazırda növbədə 134-cü yerdədir. İş materiallarında olan xx xxxx N0N0-ci il tarixli Mənzillərin, evlərin müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən müəyyən olunur ki, XN ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.N018-ci il tarixli, 74 nömrəli sərəncamı qanunsuzdur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1N-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. iBu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. ii Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx N01N-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Beləliklə də, məhkəmə araşdırmaları zamanı, şifahi məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən verilmiş iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinin kirayəsinin 3 il müddətin və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün kompensasiyanın xx xxxx N0N0-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi Qazax rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. N5N) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov i . ii 2 may 1995-ci il tarixli 1030 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12-ci maddənin 2-ci bəndinin birinci abzasında "zabitlər" sözlərindən sonra "gizirlər və miçmanlar" sözləri əlavə edilmiş və 2-ci bəndinin ikinci cümləsində"müddətli xidmət hərbi qulluqçuları" sözləri "müddətindən artıq xidmət hərbi qulluqçuları" sözləri ilə əvəz edilmişdir. 7 oktyabr 1997-ci il tarixli 378-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 15) ilə 12-ci maddənin ikinci bəndinin birinci abzasında “müddətindən artıq xidmət hərbi qulluqçuları” sözləri “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları” sözləri ilə əvəz edilmişdir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar