Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-184/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsinin nümayəndəsi (sədri) X7 iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsinə qarşı zəbt torpaq sahəsinin ona satılmaqla adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə qərar qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Güloğlular kəndi ərazisində yerləşən, 2006-cı ildən hal-hazıradək istifadəsində olan, xx.xx.2011-ci il tarixli, 11140 inventar nömrəli və xx.xx.2020-ci il tarixli 22221 inventar nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın Texniki pasportlarında zəbt kimi göstərilmiş 1600 kv.metr (0,16 ha) torpaq sahəsinin 1 (bir) ay ərzində və 1 sotu 250-300 manat hesabı ilə ona bilavasitə satılmaqla adına rəsmiləşdirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli, 07 saylı qərarı ilə Bərdə rayonu Güloğlular kənd sakini, həmkəndlisi X9 Güloğlular kəndi ərazisində 0,26 ha torpaq həyətyani torpaq sahəsi kimi ayrılaraq verilmişdir. X14 ilə iddiaçının arasında notariat təsdiqli xx.xx.2006-cı il tarixli, AN-İ № ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanılmaqla sözügedən həyətyani torpaq sahəsi onun tərəfindən ona satılmışdır. Həmin 0,26 ha torpaq sahəsi və əlavə 0,16 ha torpaq sahəsi birlikdə ümumi hasarın içərisində yerləşməklə 2006-cı ilədək X14 tərəfindən, ondan əvvəl isə sonuncunun ata-babası tərəfindən istifadə edilməklə onun mülkiyyəti olmuşdur. Odur ki, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə 0,26 ha torpaq sahəsini iddiaçıya satarkən Qnyaz Cəfərov tərəfindən onun istifadəsində olmuş 0,16 ha torpaq sahəsidə onun üstündə və qeyri-rəsmi qaydada ona verilmişdir. İddiaçı Qnyaz Cəfərovdan yuxarıda göstərdiyi müqavilə əsasında satın aldığı 0,26 ha torpaq sahəsinin 0,06 hektarı 2011-ci ildə iddiaçının özü tərəfindən X15 qanunla müəyyən edilmiş qaydada notariat təsdiqli alqı-satqı müqaviləsi əsasında satılmışdır. Odur ki, mülkiyyətində qalmış həyətyanı torpaq sahəsinin ölçüsü 11140 inventar nömrəli, xx.xx.2011-ci il tarixli fərdi yaşayış evinə dair Daşınmaz əmlakın texniki pasportunda 0,20 ha, faktiki sahə isə 0,36 (Qnyaz Cəfərovdan aldığı 0,26 ha həyətyanı torpaq sahəsinin üstündə onun iddiaçıya verdiyi 0,16 ha torpaq sahəsi 1600 kv.metr zəbt sahəsi kimi qeyd edilməklə) göstərilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya MA № ******* №-li Çıxarışda da fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 0,20 ha torpaq sahəsi kimi göstərilmişdir. Daha sonra Qnyaz Cəfərovdan 2006-cı ildə alqı-satqı müqaviləsi ilə aldığı 0,26 ha həyətyani torpaq sahəsindən 0,06 ha hektarını 2019-cu ildə notariat təsdiqli alqı-satqı müqaviləsi ilə 2019cu ildə X1. Odur ki, fərdi yaşayış evimə dair 22221 inventar nömrəli xx.xx.2020-ci il tarixli Texniki pasportda evinin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,14 ha (0,20-0,06-0,14) faktiki sahə isə 0,2177 ha (0,14+0,16+0,00673 ha tikinti altı sahə = 0,2177 ha) göstərilməklə, sözügedən və hazırki mübahisənin predmeti olan 0,16 ha torpaq sahəsi yenidən zəbt torpaq sahəsi kimi iddiaçının evinin Texniki pasportunda qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda da evinin həyətyanı torpaq sahəsi 0,14 ha göstərilmişdir. Beləliklə də sözügedən 0,16 ha torpaq sahəsi zəbt torpaq kimi iddiaçının həm 2011-ci il tarixli Texniki pasportunda, həm də 2020-ci il tarixli Texniki pasportunda onun adına göstərilməklə 2006-cı ildən onun istifadəsində olduğu təsdiq olunur. Sözügedən 0,16 ha torpaq sahəsinin 2006-cı ildən indiyədək (16 il) onun istifadəsində qanunsuz olması heç kim tərəfindən, o cümlədən də Güloğlular bələdiyyəsi tərəfindən mübahisələndirilməmiş, ona qarşı hər hansı bir narazılıq bildirilməmiş, bu torpaqdan istifadəni dayandırmaq və onu Güloğlular bələdiyyəsinin mülkiyyətinə qaytarmağı tələb edilməmişdir. Odur ki, həmin 0,16 ha torpaq sahəsinə 2006-cı ildən halhazıradək qulluq göstərir, orada müxtəlif meyvə ağacları əkmiş və münbitləşdirilməsi üçün şəxsi vəsaiti hesabına tədbirlər görür. Sözügedən 0,16 torpaq sahəsinin 2006-cı ildən etibarən 15 il ərzində istifadəsində olmasını və onun istifadəsində qanunsuz və ya qanuni əsaslarla olmasının heç kim, o cümlədən də Güloğlular bələdiyyəsi tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq orada övladlarımdan birinə fərdi yaşayış evi tikmək məqsədi ilə 2021-ci ildə inşaat işləri aparmaq, layihə ilə 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evi tikmək məqsədi ilə evin bünövrəsini tökmüş, mişar daşı və qumçınqıl tökdürmüşdür. Lakin cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsi ona bu evi tikməkdə maneçilik edir və evin tikintisini dayandırmağını tələb edir. Bu tələbin səbəbi kimi bələdiyyə sədri Müfaqət Əliyev bildirir ki, evi tikmək istədiyi 0,16 ha zəbt torpaq sahəsi guya Güloğlular bələdiyyəsinin mülkiyyətidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bələdiyyə ondan çox pul tələb edir, lakin sahəni satmaqdan imtina etmir. Cavabdehin nümayəndəsi (sədri) X16 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı X5 0.26 ha həyətyanı sahəsini satın almışdır. Həmin torpaq sahəsinin qarşısında əlavə olaraq bələdiyyə mülkiyətinə aid 0,16 ha torpaq sahəsi olmuşdur. Bundan sonra İddiaçı mülkiyyətinə aldığı həmin 0,26 ha torpaq sahəsindən xx.xx.2020-ci ildə **********5 reyestr nömrəli çıxarışa əsasən 0,06 ha torpaq sahəsini X8 və xx.xx.2019-cu il tarixli A N-li 420905 sənədə əsasən isə 0,06 ha torpaq sahəsini X3. Bundan sonra İddiaçı verilmiş plan və ölçü sənədində mülkiyyətində qalan 0,14 ha torpaq sahəsindən əlavə istifadəsində bələdiyyə mülkiyyətinə aid 0,08 ha torpaq sahəsi göstərilmişdir. xx.xx.2022-ci ildə X11 və X4 rəsmi ərizə ilə müraciət edərək onlara məxsus evin qabaq hissəsində qeyri-qanuni tikinti işlərinin aparılmasını bildirmişlər. Bununla əlaqədar sözügedən torpaq əraziyə baxış keçirilmiş və bu zaman həmin ərazidə bələdiyyə mülkiyyətinə aid 0,08 ha və 0,03 ha torpaq sahələrində qeyri-qanuni tikinti işləri aparan İddiaçı Asəf oğlundan və X10 tikintinin dayandırılması tələb olunmuşdur. Bundan sonra İddiaçı onun istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,16 ha torpaq sahəsinin ona bilavasitə satılmasını bildirmişdir. Müraciətlə bağlı qeyd olunan 0,16 ha torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması üçün xx.xx.2022-ci il tarixli, 09 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edilmişdir. 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərkən X11 və X18 həmin torpaq sahəsinin onlara olan hissələri ilə bağlı idda etmələri ilə əlaqədar mübahisə yaranmışdır. Buna görə də 0,16 ha torpaq sahəsinə dair yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən bələdiyyəyə xx.xx.2022-ci il tarixli, **********81 nömrəli imtina məktubu göndərilmişdir. İddiaçı, X6 və X2 torpaq sahəsinə aid bələdiyyəyə təqdim etdikləri hüquqi sənədlərə əsasən vaxtı ilə İddiaçı istifadəsində olan bələdiyə mülkiyyətinə aid 0,16 ha torpaq sahəsindən 0,08 ha torpaq sahəsi hal-hazırda İddiaçı mülkiyyətində olan 0,14 ha sahəsinin qarşısında çəpərin daxilindədir. Qalan hissəsi isə X6 və X12 mülkiyyətində olan ümumilikdə 0,12 ha torpaq sahələrinin qarşısındadır və heç bir çəpər, yaxud hasarla əhatə olunmamışdır. Həmin bu torpaq sahəsindən 0,03 ha torpaq sahəsi qeyri-qanuni X17 AN-0969196 nömrəli alqı-satqı müqaviləsi ilə satılmışdır. Belə ki, İddiaçı 0,26 ha torpaq sahəsini satan X14 tərəfindən X17 0,03 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsinin kordinatları başqa yerdə olmasına baxmayaraq Xalidə Əzizovaya satılmış 0,03 ha torpaq sahəsi mübahisəli 0,16 ha torpaq sahəsindən göstərildiyi üçün Xalidə Əzizova orada yaşayış evi tikmək üçün bünövrə tökmüşdür. Sözügedən torpaq sahələri (0,08 ha və 0,03 ha) ilə əlaqədar bələdiyyənin xx.xx.2022-ci il tarixli 7 saylı iclasında müzakirə aparılmış və həmin torpaq sahələri üzrəində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması məqsədilə müvafiq yerquruluşu səbədlərinin və rəylərin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə, habelə rayon icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciətlər olunması barədə qərar qəbul olunmuş və müraciətlər göndərilmişdir. Bundan sonra həmin sahələrin (0,08 ha və 0,03 ha) bələdiyyənin mülkiyyətinə verilməsi barədə çıxarış alınmışdır. Odur ki, bələdiyyə sözügedən torpaq sahələrini məhkəmə qərarı əsasında sata bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya MA ******* №-li çıxarışdan görünür ki, Bərdə rayonu, Güloğlular kəndində 0.20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Bərdə rayonu, Güloğlular kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 11140 inventar nömrəli fərdi yaşayış evinə dair Texniki pasportdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü sənəd üzrə 0.20 ha, faktiki isə 0.036 ha-dır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən 0.03 ha torpaq sahəsi üzərində Bərdə rayonu Güloğlular bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Çıxarışdan görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində Bərdə rayonu Güloğlular bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli, AN-İ № ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X14 tərəfindən ona Bərdə rayonu Güloğlular kəndində yerləşən 0.26 ha torpaq sahəsi satıldığı zaman həmin torpaq sahəsinə bitişik 0.16 ha zəbt torpaq sahəsinin də ona verildiyini, sözügedən torpaq sahəsinin xx.xx.2020-ci il tarixli 22221 inventar nömrəli fərdi yaşayış evinə dair daşınmaz əmlakın Texniki pasportlarında zəbt kimi göstərildiyini bildirərək həmin torpaq sahəsinin bilavasitə ona satılaraq adına rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun:- -2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. -2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. -16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. -16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. -16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. -16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. -27.2-ci maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Göründüyü kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində özbaşına tutulmuş bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün paralel 2 şərt mövcud olmalıdır. Bunlardan biri həmin torpaq sahəsinin bu Qanun qüvvəyə minənədək (29 iyun 2001-ci il tarixədək) özbaşına tutulmuş olması, digəri isə fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməklə qaytarılmasının mümkün olmamasıdır. İşin hallarından məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda Bərdə rayon Güloğlular bələdiyyəsinin mülkiyyətindədir. Yəni cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Həmçinin qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsində özbaşına tutulmuş bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi üçün həmin torpaq sahəsi 29 iyun 2001-ci il tarixədək (bu Qanun qüvvəyə minənədək) özbaşına tutulmuş olmalı idi. Lakin iş materialları ilə təsdiq olunur ki, sözügedən sahə 2006-cı ildən iddiaçının istifadəsindədir. Bundan əlavə, iddia olunan torpaq sahəsinin bir hissəsindən başqa şəxslər istifadə edir və bununla bağlı tərəflər arasında mübahisə mövcuddur. Mövcud qanunvericiliyin tələbinə görə qeyri-qanuni istifadə edilən torpaq sahələrinin onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi şərtləri nəzərdə tutulsa da həmin şərtlərin iddiaçıya münasibətdə mövcudluğu iş materialları ilə sübut olunmur. Odur ki, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəliyi yaranmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Bərdə rayonu Güloğlular bələdiyyəsinə qarşı zəbt torpaq sahəsinin ona satılmaqla adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-184/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-184/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver