Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-184/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 22 11.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Daşkəsən rayonu İstehlak Cəmiyyətinin Quşçu bazasında fəhlə işlədiyi dövrün sosial sığorta stajına daxil olunması və xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Daşkəsən rayonu X4 bazasında fəhlə işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarıxədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Daşkəsən "Filizsaflaşdırma ASC-də (keçmiş adı Dağmədən filizsaflaşdırma) asma hava kanat yolu vaqon itələyici, xx.xx.1985ci il tarixdən xx.xx.1988-ci il tarixədək yükləyici peşəsində işləmiş, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Daşkəsən rayonu "X2" özüyükünü boşaldan avtomaşında sürücü, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək qaynaqçı peşəsində işləmiş, "xxxx" ASC-də xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək vaqon itələyən, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək yükləyici peşəsində işləmişdir. xx.xx.2022-ci il tarixdən "Magro Construction” MMC-də sürücü işləmişdir. Beləliklə iddiaçının 2006-cı ilədək 20 il 10 ay, 2006-cı ildən sonrakı dövrdə 60 yaşı tamam olan 2019-cu ilin iyul ayınadək 8 il 6 ay sosial sığorta stajı var. Həmçinin, xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixədək (1 il 11 ay 8 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 il 4 ay 17 gün) olmaqla 2006-cı ilədək 5 il 3 ay 25 gün güzəştli şərtlərtə iş stajı var. 2006-cı ildən sonrakı dövrdə 12 il 6 ay tələb olunan güzəştli stajı var 7 il 3 aydan sonra tamam olur, Yəni xx.xx.2018-ci il tarixinə 12 il 6 ay güzəştli şərtlərlə stajı tamamdır. Göründüyü kimi, iddiaçının 60 yaşına qədər ümumi iş stajının 25 ildən çox, yəni 29 il 4ay, güzəştli şərtlərlə isə iş stajı 13 il 9 aydır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı güzəştli arayış təqdim etmədiyinə görə ona imtina verilmişdir. Həmçinin onun 1976-1977-ci illərdə işlədiyi müddət sığorta stajı kimi qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1980-xx.xx.1982-ci il arasındakı dövrlər ərzində Daşkəsən Rayon "xxxx" ASC-də vaqon itələyicisi və yükləyici vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vaqon itələyicisi və yükləyici vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2016-ci il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, X5 xx.xx.1980xx.xx.2021-ci il tarixlərdə ayrı-ayrı müəssisələrdə müəyyən fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Daşkəsən rayon Kooperativ Cəmiyyətinin xx.xx.2016-cı il tarixli 06 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1976-cı ildə Daşkəsən RİC-nin Quşçu bazasında fəhlə təyin edilmiş və xx.xx.1977-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. -Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli , 3-48-13RA/2-Ə-19-1/2023 nömrəli arxiv arayışından görünür ki, X5 xx.xx.1976-ci il tarixli 488 nömrəli əmrlə Quşçu bazasında fəhlə işinə təyin edilmiş, xx.xx.1977-ci il tarixli 331 nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmişdir. -Daşkəsən Rayon Dövlət Arxivinin arayışından görünür ki, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı xx.xx.1980-xx.xx.1982, xx.xx.1985-xx.xx.1989, xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2021-ci illərdə vaqon itələyicisi və ustası vəzifəsində işləmişdir. -Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 172 nömrəli arxiv arayışından görünür ki, X5 xx.xx.1980-ci il tarixli 14-k nömrəli əmrlə asma-kanat yoluna 2ci dərəcə ilə vaqon itələyicisi qəbul edilmiş, xx.xx.1982-ci il tarixli 6-k nömrəli əmrlə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1985-ci il tarixli 43-k əmrlə yükləyici qəbul edilmiş, xx.xx.1988-ci il taixli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. -Daşkəsən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 173 nömrəli arxiv arayışından görünür ki, X5 xx.xx.2010-cu il tarixli 74-k əmrlə 2 ay müdətinə "xxxx" ASC-nin Quşçu asma hava-kanat yoluna vaqon itəlyən təyin edilmiş, xx.xx.2010-cu il tarixli 98a-k əmr ilə işinə xitam verilmiş, xx.xx.2010-cu il tarixli 108-k nömrəli əmr ilə 2 ay müdətinə "xxxx" ASC-nin Yükləmə sexinin yükləyici vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixli, 100-k nömrəli əmrlə yükləmə sexinə usta vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 01-k əmrlə əmək müqaviləsinə xitam verilmişdir. -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2023-cü il tarixli 3-43-16/xx-xx/2023 nömrəli arayışından görünür ki, X5 xx.xx.1977 il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-50925/2023 nömrəli məktubundan görünür ki, iddaçı X3 güzəşli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. -«X11» MMC-nin xx.xx.2023-cü il tarixli, DDF-XO-0294/23 nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC ləğv edilmişdir və «X11» MMC ləğv edilmiş "xxxx" ASCnin hüquqi varisi deyildir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının olmaması əsası ilə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq xx.xx.2019-cu il tarixdə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Həmçinin işdə olan Daşkəsən rayon Kooperativ Cəmiyyətinin xx.xx.2016-cı il tarixli 06 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Daşkəsən RİC-nin Quşçu bazasında fəhlə işləmişdir. Odur ki, məhkəmə həmin dövrlərin də onun sosial sığorta stajına hesablanmasını məqsədəmüvafiq hesab edir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2010-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-də işlədiyi vaqon itələyicisi və yükləyici vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığını qeyd edərək iddiaçının güzəştli iş stajının olmadığını bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 il 4 ay 17 gün) olmaqla yükləmə sexində yükləyici, xx.xx.2010cu il tarixdən xx.xx.2021-ci il tarixədək (10 il 6 ay 23) olmaqla yükləmə sexində yükləyici və yükləmə sexində usta işləmişdir. Qeyd edilməlidir ki, iddiaçının işlədiyi qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.2.1-ci bölməsinin “a” bəndinin 16-cı yarımbəndində və 2.3-cü bölməsinin “b” bəndinin 9-cu yarımbəndində nəzərdə tutulmuşdur. Deməli cavabdehin yuxarıda qeyd olunan arqumenti əsassız olmuşdur. Həmçinin iddiaçı tərəfindən güzəştli iş stajını təsdiq edən arayışın təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli, 2245 nömrəli Sərəncamı ilə ləğv edildiyindən və onun hüquqi varisi müəyyən edilmədiyindən, eyni zamanda analoji fəaliyyətlə məşğul olması nəzərdə tutulan hüquqi şəxslərə məhkəmə tərəfindən verilmiş sorğular nəticə vermədiyindən, qeyd olunan arayışın təqdim edilə bilinməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçının 22 11.1976-cı il tarixdən xx.xx.1977ci il tarixədək Daşkəsən rayonu İstehlak Cəmiyyətinin Quşçu bazasında fəhlə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 22 11.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-184/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-184/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver