Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1843/2024 24.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli xəstəlik haqqında 1436 saylı şəhadətnaməsi (qərarı) ilə İddiaçı “L5-S1 fəqərəsi səviyyəsində at quyruğunu kompressiya edən epidural hemangiomaya görə aparılmış L5 fəqərənin soltərəfli hemilaminoektomiyası, hemangiomanın xaric edilməsi (xx.xx.2016-cı il tarixli) cərrahi əməliyatının sol aşağı ətrafın davamlı süst parezi və çanaq orqanlarının funksiyasının sidik saxlaya bilməməsi şəklində təzahür edən nəticələri” xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 12 ş/h nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuş İxrac Neft və X6 Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsi – 4-cü şöbənin Mühafizə qrupunun əməkdaşı baş çavuş İddiaçı 27 yanvar 2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməklə, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata Gəncə şəhəri Kəpəz rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinə göndərilmişdir.
3. İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletdə (səhifə 5) “Hərbi hissənin siyahısından çıxarıldığı tarix və əmrin nömrəsi” qrafasında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 12 nömrəli əmri qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdə İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar əlillik” səbəb əlaqəsi ilə “M54 Dorsalgiya, xx.xx.2016-cı il tarixdə L5 fəqərəsinin soldan hissəvi hemilaminoektomiyası, L5-S1 fəqərəarası sahədən epidural törəmənin xaric edilməsi, M54.1 Radikulopatiya, Radikulopatiya, hər iki aşağı ətrafın davamlı süst paroporezi. M54.5 Belin aşağı hissəsində ağrı, Belin aşağı hissəsində ağrı, Hemangiomanın xaric edilməsi (xx.xx.2016) sonrakı vəziyyət. sonrakı çanaq orqanlarının fuksiyasının pozulması, sidik saxlaya bilməməsi” diaqnozu üzrə xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək, “bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L5-S1 fəqərəsi səviyyədə at quyruğunu kompressiya edən epidural hemangiomaya görə aparılmış L5 fəqərənin soltərəfli hemilaminektomiyası, hemangiomanın xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən çıxarılmış onun işdən çıxmağı ilə bağlı xx.xx.2017-ci il tarixli 12 ş/h saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2008-ci ildə SOMXA-nın 20 ş/h saylı əmri ilə xüsusi dövlət mühafizə xidmətinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2017-ci ildə XDMX-nin 12 ş/h əmri ilə əlilliklə bağlı işdən azad edilmişdir. xx.xx.2022-ci ildə iddiaçının əlilliyindən imtina edilmişdir. İmtinanın səbəbi isə onunla əsaslandırılmışdır ki, onun əlilliyi təyin edilmir. Buna görə də əlilliyi ləğv edilmişdir. O, bundan sonra cavabdeh orqana müraciət edib işinə qayıtmaq istəmişdir. Bir halda ki, o, sağlamdır, deməli işə qayıda bilər. Ancaq cavabdeh iddiaçını işə qaytarmaqdan imtina etmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər
9. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasında iştirak edirlər. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. O, sədrlik edənin suallarına cavab olaraq bildirir ki, onun barəsində xx.xx.2017ci il tarixdə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edildiyinə görə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 12 ş/h nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, həmin əmrdən onun verildiyi gün məlumatlı olmuş və bununla razılaşmışdır. Ona xəstəliyinə görə xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin əlilliyin müddəti bitdikdən sonra onun diaqnozunun əlillik təyin üçün əsas vermədiyi bildirilərək, ona əlillik təyinatından imtina edilmişdir. Əgər onun xəstəliyi ona əlillik təyinatına imkan vermirsə, bu halda o, sağlamdır və işləyə bilər.
12. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, göstərmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixdə qərarı ilə İddiaçı barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Bu əsasla Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 12 ş/h nömrəli əmrinə əsasən İxrac Neft və X6 Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsi – 4-cü şöbənin Mühafizə qrupunun əməkdaşı olan İddiaçı 27 yanvar 2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməklə, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı həmin əmrdən qəbul edildiyi vaxtdan məlumatlı olmuş və onunla razılaşmışdır.
13. Cavabdehin məhkəməyə iddiaya qarşı etirazı daxil olmamışdır.
Əsaslandırma hissəsi:
14. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
16. İş materialları ilə müəyyən olunur ki, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli xəstəlik haqqında 1436 saylı şəhadətnaməsi (qərarı) ilə İddiaçı “L5- S1 fəqərəsi səviyyəsində at quyruğunu kompressiya edən epidural hemangiomaya görə aparılmış L5 fəqərənin soltərəfli hemilaminoektomiyası, hemangiomanın xaric edilməsi (xx.xx.2016-cı il tarixli) cərrahi əməliyatının sol aşağı ətrafın davamlı süst parezi və çanaq orqanlarının funksiyasının sidik saxlaya bilməməsi şəklində təzahür edən nəticələri” xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmiş və “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. Bundan sonra iddiaçının barəsində olan həmin qərar əsas götürülərək, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017ci il tarixli 12 ş/h nömrəli əmri ilə İxrac Neft və X6 Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsi – 4-cü şöbənin Mühafizə qrupunun əməkdaşı baş çavuş İddiaçı 27 yanvar 2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməklə, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
17. Hazırda İddiaçı həmin əmri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələb – əvvəlki vəzifəsinə bərpa edilmə tələbini irəli sürür.
18. Məhkəmə qeyd edir ki, həmin əmr “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.
19. İddiaçının sözügedən əmrdən qəbul edildiyi gündən məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
20. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, ona xx.xx.2022-ci il tarixdə əlillik təyinatından imtina barədə qərar qəbul edildikdən sonra sağlam olduğunu düşünərək, işə geri qayıtmaq istədiyini göstərmişdir.
21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
24. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.
25. Digər tərəfdən, iddiaçı hərbi biletini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər şöbəsindən 2017-ci ilin yanvar ayında təhvil almışdır ki, hərbi biletində də onun Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 12 nömrəli əmri ilə ehtiyata buraxılması barədə qeyd mövcud olmuşdur.
26. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir. Hətta, ona xəstəliyi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
27. İddiaçı xx.xx.2022-ci il tarixində əlilliyinin ləğvindən sonra bu səbəbdən işdən azad edilməsini əsassız hesab edərək işə yenidən bərpa edilməsini məhkəmədən xahiş etmişdir ki, məhkəmə bununla bağlı qeyd edir ki, əlilliyinin təyin edilməsindən imtina halını iddiaçı məhkəmədə mübahisələndirə bilər.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Lakin 24.4-cü maddənin tələbinə əsasən müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
30. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin buraxılmasından 7 il keçdiyi üçün müddətin bərpasına dair ərizə verə bilməz.
31. Məhkəmə onu da qeyd edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.
32. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
33. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva