Məhkəmə qərarları › İş №2-1(114)-1844/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1844/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1844/2022 14.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı Prezident təqaüdünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiış X3 ailə üzvü olaraq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 29 sentyabr 1991-ci ildə X7 ilə el adəti ilə ailə qurmuşdur. Lakin onun həmin vaxt 17 yaşı olduğu üçün, rəsmi nikaha daxil ola bilməmişlər. Birgə nikahlarından onların 22 noyabr 1992-ci il təvəllüdlü bir övladları var. 1992-ci ilin fevral ayında əri Pərviz Səmədov könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qoşulmuşdur. 15 may 1992-ci ildə əri X12 Şelli kəndində gedən döyüşlərdə başından aldığı snayper gülləsindən şəhid olmuşdur. 07 iyun 1992-ci ildə əri Pərviz Səmədova Milli Qəhrəman adı verilmişdir. Ailələrinə şəhid ailəsi statusu verilmişdir. 2005-ci ilin avqust ayından ailələrinə, yəni uşağına və ona Prezident təqaüdü təyin edilmişdir. 2021-ci ilin noyabr ayınadək o, həmin təqaüdü mütəmadi olaraq almışdır. 2021-ci ilin dekabr ayından təqaüdü kəsilmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna getmişdir. Orada ona bildirilmişdir ki, Milli Qəhrəmanla rəsmi nikahı olmadığından ona Prezident təqaüdü düşmür. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və ona 26 yanvar 2022-ci il tarixli məktub ünvanlayaraq, yenə də Milli Qəhrəmanla rəsmi nikahı olmadığından ona Prezident təqaüdünün verilməsinin mümkün olmamasını qeyd etmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Milli Qəhrəman Pərviz Səmədovla el adəti ilə ailə qurmuşdur, onların toy şəkilləri var. Lakin, yuxarıda qeyd etdiyi kimi, o, toyu olanda nikah yaşına çatmadığına görə rəsmi nikah bağlanılmamışdır. Bundan başqa onun övladının atasının Pərviz Səmədov olması məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Ermənistan, Amasiya rayonu, Əzizbəyov kəndində doğulmuşdur. 29 sentyabr 1991-ci il tarixdə öz razılığı ilə X2 ilə toy mərasimi baş tutmuşdur. Həmin dövrdə İddiaçı nikah yaşına çatmadığı üçün rəsmi qaydada nikahı qeydə alına bilməmişdir. Çünki, həmin tarixdə onun 17 yaşı olmuşdur. 22 noyabr 1992-ci il tarixdə Gəncə şəhərində İddiaçı oğlu doğulmuşdur. 2-564-1992 nömrəli Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin qətnaməsi ilə 22 noyabr 1992-ci il tarixdə doğulmuş X8 atasının X7 olması faktı müəyyən edilmişdir. Atalığın müəyyən edilməsi haqqında 26 yanvar 1993-cü il tarixli, 342659 nömrəli şəhadətnamə ilə X1 Pərviz Pərviz oğlunun atası hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 iyun 1992-ci il tarixli Fərmanı ilə iddiaçının mərhum əri X4 Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə vətənpərvərlik nümunəsi göstərdiyi üçün "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı verilmişdir. Kəpəz şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2008ci il tarixli, 008345 nömrəli və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin xx.xx.2021-ci il tarixdə 019908 nömrəli şəhid ailəsinin üzvü kimi vəsiqə verilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdə Milli Qəhrəman ailəsi üzvü kimi Prezident təqaüdü təyin edilmiş və həmin təqaüd xx.xx.2021-ci il tarixdə İddiaçı mərhum milli qəhrəman X7 ilə rəsmi nikahının olmaması səbəbindən dayandırılmışdır. X2 27 mart 1992-ci il tarixdə könüllü olaraq Milli Orduya getmiş, 15 may 1992-ci il tarixdə də İddiaçı yaşı qanunla müəyyən edilmiş yaş həddinə çatmağıdı üçün nikah rəsmiləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə almaqla İddiaçı Prezident təqaüdünün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiasını qəbul edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - "Ölüm haqqında" xx.xx.2013-cü il tarixli, AZ-İ 629463 nömrəli şəhadətnamənin surəti; - Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 000175 nömrəli "Qızıl Ulduz" medalının surəti; - Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin 2-564-1992 nömrəli qətnaməsinin surəti; - "Atalığı müəyyən etmək haqqında" xx.xx.1993-cü il tarixli, İ-JQ 342659 nömrəli şəhadətnamənin surəti; - "Doğum haqqında" xx.xx.1993-cü il tarixli, XVİİ-JQ nömrəli şəhadətnamənin surəti; - iddiaçııya məxsus xx.xx.2008-ci il tarixli, 008345 nömrəli və xx.xx.2021-ci il tarixli, 019908 nömrəli vəsiqənin surətləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu punblik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 1.2. Bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddianın cavabdeh tərəfindən qəbul edildiyi məhkəmə tərəfindən təsdiq olunmalı, İddiaçı Prezident təqaüdünün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Prezident təqaüdünün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar